Məhkəmə qərarları › İş №2(010)-2235/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2235/2025

24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2235/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas katibliyi ilə İddiаçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiаçı Bakı şəhər Probasiya İdarəsi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət vasitəsinin ümumi dəyəri olan 2277.40 manat məbləğində vəsaitin alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-*59/2022 nömrəli, *8.08.2022-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. 30.0*.2023-cü il tarixdə idarənin icra məmuru elektron nəzarət qurğusunun tətbiqi ilə bağlı müvafiq protokol tərtib etmiş və cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydalarını izah edərək ona 35638762 saylı elektron nəzarət qurğusunu tətbiq etmişdir. Elə həmin gün müvafiq aktla “attenti” markalı bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adapter və bir ədəd mobil qurğu üçün kabro hazırkı iş üzrə cavabdehə quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. *3.08.2023-cü il tarixli yoxlama zamanı cavabdehə təhkim olunmuş mobil qurğu, kabro, adapter və çanta aşkarlanmamışdır. Hadisə ilə bağlı müvafiq akt tərtib edilmişdir. Cavabdehin günahından, yəni lazımı məsuliyyəti olmadığından elektron nəzarət vasitəsi itmiş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277.40 manat təşkil edir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *8.08.2022-ci il tarixli, *(0*0)-*59/2022 nömrəli hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Cavabdeh üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrinin qoyulması hökm edilmişdir. 30.0*.2023-cü il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslə aparılmış söhbətin nəticələrinə dair protokolun surətindən müəyyən olunur ki, məhkum Cavabdeh ilə söhbət zamanı sonuncuya məhkəmə hökmünün (qərarının) icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin hökmü (qərarı) ilə onun üzərinə qoyulmuş vəzifələri izah edilmiş və yol verilə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər nəzərinə çatdırılmışdır. xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, məhkum Cavabdeh cəzasının çəkilməmiş hissəsi digər növ cəza ilə əvəz edildiyi üçün ondan elektron nəzarət vasitəsi təhvil alınarkən sonuncunun üzərində mobil qurğu aşkar edilməmiş və bu barədə akta imza edilmişdir. X2 (cavabdehin arvadı) tərəfindən Bakı şəhər Probasiya İdarəsinə ünvanlanmış 20.*0.2023-cü il tarixli izahatın məzmunundan müəyyən olunur ki, ərizəçinin əri ara – sıra evə gəlmiş, evə gəldiyi zamanlar mobil qurğunu enerjiyə qoşmuş, lakin 2023-cü ilin iyul ayından etibarən mobil qurğunun yoldaşının istifadəsində olduğunu görməmiş və mobil qurğunu itirdiyini güman etmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyinin surətindən müəyyən olunur ki, **.0*.2024-cü il tarixdə keçirilən texniki baxışda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsindən emal üzrə götürülmüş “Attenti” markalı sadə qolbağın komplektasiyasının pozulması, yoxlama nəticəsində komplektə daxil olan “V6” markalı mobil qurğunun, kabro, adapter və çantanın mövcud olmaması aşkar edilmiş və cihazın komplektinin təkrar istifadəyə yararsız olduğu aşkar edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 29.07.202*-ci il tarixdə tərtib edilmiş cədvələ əsasən, 0* ədəd sadə elektron qolbağın dəyəri – sadə elektron qolbaq x*, - mobil nəzarət qurğusu – x*, elektrik adapteri – x*, proqram lisenziyası – x* və ƏDV əlavə olunmaqla 2277.40 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 2*.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi Maddə *5-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri. *5-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. *5-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin *0 aprel 20*8-ci il tarixli Qərarı

2. Elektron nəzarət vasitələrinin tətbiqinə dair tələblər. 2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*4. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehə “Attenti” markalı elektron nəzarət vasitəsi, elektron qolbaq, onun enerji toplayıcısı və kabro təhvil verilmişdir. Onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən müəyyən edildi ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh cəzasının çəkilməmiş hissəsi digər növ cəza ilə əvəz edildiyi üçün ondan elektron nəzarət vasitəsi təhvil alınarkən onun üzərində mobil qurğu aşkar edilməmişdir. Bununla da, cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifəsini pozmuşdur. Məhz onun təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş mobil nəzarət qurğusu itmişdir, bununla da, dövlətə 2277,40 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh bu nəzarət vasitələri ona təhvil verilərkən onları işlək vəziyyətdə saxlamaq üçün lazımı diqqət göstərməli olması, bu vasitələri təqsirli olaraq (qəsdən və ya ehtiyatsızlıqdan) işlək vəziyyətdə saxlanılmamasının məsuliyyətə səbəb olması barədə xəbərdar edilmişdi və bütün bunları bilirdi (bilməli idi). Bu baxımdan məhkum kimi işlək vəziyyətdə saxlamağa borclu olduğu elektron nəzarət vasitəsini itirən cavabdeh bu cihazın dəyərini ödəməlidir. Odur ki, iddiaçı elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən ödənilməmiş 42.77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2277.40 manat məbləğində pul vəsaiti və ödənilməmiş 42.77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti və ödənilməmiş 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar