Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2237/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : İddia tələbi.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 66 manat əsas borc, 1220 manat faiz borcu, ümumilikdə 3786 manat məbləğində kredit borcunun, kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiq olunması mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 12 manat və 20 manat məbləğində dövlət rüsumunun tutulub kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-7564/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2566 manat əsas borc,1220 manat faiz borcu olmaqla cəmi 3786 manat borcun, 12 manat notarial xərcləri və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi əmr edilmişdir.
3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-7564/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə məhkəmə əmri verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(010)-7564/017 saylı məhkəmə əmrinin ləğv edilməsi və işin iddia icraatına keçirilməsi qərara alınmışdır.
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 2251 NF nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 2566,14 manat əsas, 930,69 manat faiz, 288,48 manat cərimə, 1.167,48 manat əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4952,79 manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 69,53 manat dövlət rüsumunun, 12 manat notarial xərclərin tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 2251 NF nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh2 2566,14 manat əsas borc, 930,69 manat faiz borcu, 288,48 manat cərimə və 1167,48 manat əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4952,79 manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 69,53 manat dövlət rüsumunun, 12 manat notarial xərclərin tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmaını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, kreditor İddiaçı ASC-nin “Nərimanov” filialı ilə borclu Cavabdeh1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 2251 NF N:li «Kredit müqaviləsi»nə əsasən, borcluya şəxsi məqsədlər üçün 36 ay müddətinə, 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.3. bəndinə əsasən, kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 gün müddətin bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1. bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Qeyd olunan «Kredit müqaviləsi»nin 3.4. bəndinə əsasən, «Kredit alan» kreditdən istifadəyə görə «Kredit verən»ə illik 24% faiz ödəyir. Həmin müqavilənin 3.6. bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim günün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 2251 NF N:li «Kredit müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli “Zaminlik” müqaviləsi bağlanmışdır. Borclu bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, borclunun banka xx.xx.2017-ci il tarixinə olan əsas borcu 2566 manat, faiz borcu 1220 manat, ümumilikdə 3786 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə borcluya və zaminə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə baxış iclasının iştirakları olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh2 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o kredit götürən Cavabdeh1 tanımır, həmin kredit müqaviləsi üzrə zamin durmamış və həmin zaminlik müqaviləsindəki imza ona məxsus deyildir. Qeyd olunanlara əsasən iddia tələbini ona münasibətdə rədd olunmasını xahiş etmişdir.
9. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
10. xx.xx.2013-cu il tarixli, 2251 NF saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir.
11. xx.xx.2013-cü il tarixli Zaminlik müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə görə “Zamin”( Cavabdeh2) 1.2. bəndində göstərilən müqavilə üzrə “Borclu”nun “Kreditor” qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Kreditor”a dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürürür.
12. xx.xx.2016-ci il tarixli, xx.xx.2016-cı il tarixli Xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir.
13. xx.xx.2017-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 2251 NF saylı kredit müqaviləsinə əsasən cavabdehin İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixə 2566 manat əsas, 1220 manat faiz borcu olmaqla, cəmi 3786 manat borcu vardır.
14. xx.xx.2025-ci il tarixli Maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixinə 2566,14 manat əsas borc, 930,69 manat faiz borcu, 288,48 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 1167,48 manat faiz borcu olmaqla, cəmi 4952,79 manat borcu vardır.
15. AZ-İ 681573 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə ölmüşdür.
16. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2008-ci il tarixdən ½ hissədə X1 və xx.xx.2012-ci il tarixdən ½ hissədə Cavabdeh1 məxsusdur.
17. Cavabdeh6 Sahiyyəddin qızı tərəfindən Bakı şəhəri, 35 saylı notariat ofisinin notariusu X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş **********69-10301 nömrəli reyestr və **********-lə qeydiyyat nömrəli çıxarışa əsasında mərhum əri — Cavabdeh1 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m, yaşayış sahəsi 31.5 kv/m, yardımçı sahəsi 26.4 kv/m olan fərdi yaşayış evinin, 2 (iki) otağının 1/2 hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin edilməsini xahiş etmişdir.
18. xx.xx.2021-ci il tarixli Vərəsəlik payının bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, Birinci tərəf, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ikinci tərəf Cavabdeh6dır. Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2V/99 saylı, reyestrlə verilmiş Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən mərhum Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m, yaşayış sahəsi 31.5 kv/m, yardımçı sahəsi 26.4 kv.m olan fərdi yaşayış evinin, 2 (iki) otağının 1/2 hissəsindən vərəsəlik yolu ilə onlara düşən payı anaları - Cavabdeh6 bağışlamışlar.
19. xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2014-ci il tarixdə vəfat etmiş - Cavabdeh1 vərəsələri: Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh6 onların hər biri miras əmlakdan ¼ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDKY, DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixdə Cavabdeh1 verilmiş **********69-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m, yaşayış sahəsi 31.5 kv/m, yardımçı sahəsi 26.4 kv/m olan fərdi yaşayış evinin, 2 (iki) otağının 1/2 hissəsindən ibarətdir.
20. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1161 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 107-ci vərəqində olan 22 aprel 2013-cü il tarixli “Zaminlik müqaviləsi”nin arxa hissəsində “Zamin” qrafasında olan imza; mülki işin 108-ci vərəqində Cavabdeh2 adından olan 22 aprel 2013-cü il tarixli “Zəmanət məktubun”da “Cavabdeh2” yazılarının qarşısında olan imza - Cavabdeh2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir.
İşin faktiki halları.
21. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)- 7564/2017 nömrəli əmrinə əsasən, borclular Cavabdeh1 və Cavabdeh2 2566 manat əsas, 1220 manat faiz olmaqla, cəmi 3786 manat kredit borcunun, 12 manat notarial xərclərin və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq kreditor İddiaçı ASC-yə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh2 yuxarıda qeyd olunmuş məhkəmə əmrinə etiraz etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-7564/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə məhkəmə əmri verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(010)-7564/017 saylı məhkəmə əmrinin ləğv edilməsi və işin iddia icraatına keçirilməsi qərara alınmışdır.
22. Cavabdeh2 zaminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirmiş və məhkəmə tərəfindən məhkəmə xəttşünaslıq ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1161 saylı ekspertiza rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 107-ci vərəqində olan 22 aprel 2013-cü il tarixli “Zaminlik müqaviləsi”nin arxa hissəsində “Zamin” qrafasında olan imza; mülki işin 108-ci vərəqində Cavabdeh2 adından olan 22 aprel 2013-cü il tarixli “Zəmanət məktubun”da “Cavabdeh2” yazılarının qarşısında olan imza - Cavabdeh2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir.
23. xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənə əsasən Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2014-ci il tarixdə vəfat etmiş - Cavabdeh1 vərəsələri: Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh6 onların hər biri miras əmlakdan ¼ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDKY, DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixdə Cavabdeh1 verilmiş **********69- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m, yaşayış sahəsi 31.5 kv/m, yardımçı sahəsi 26.4 kv/m olan fərdi yaşayış evinin, 2 (iki) otağının 1/2 hissəsindən ibarətdir.
24. xx.xx.2021-ci il tarixli Vərəsəlik payının bağışlanması müqaviləsinə əsasən Birinci tərəf, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ikinci tərəf Cavabdeh6dır. Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2V/99 saylı, reyestrlə verilmiş Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən mərhum Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m, yaşayış sahəsi 31.5 kv/m, yardımçı sahəsi 26.4 kv.m olan fərdi yaşayış evinin, 2 (iki) otağının 1/2 hissəsindən vərəsəlik yolu ilə onlara düşən payı anaları - Cavabdeh6 bağışlamışlar.
Tətbiq edilən hüquq.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı.
Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, əvvəldə də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
29. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
30. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı ilə borclu arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Lakin borclu vəfat etmiş və bu səbəbdən öhdəliyi icra edə bilməmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun vərəsələri tərəfindən qəbul edilmiş və qəbul edilmiş miras əmlak açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin miras əmlak digər vərəsələr tərəfindən vərəsəlik payının bağışlanması müqaviləsinə əsasən Cavabdeh6 bağışlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh6 müvafiq kredit müqaviləsi borcu tələb etməkdə haqlı olmuşdur. 31.İddia tələbinin Cavabdeh2 borcun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir, zaminlik müqaviləsi Cavabdeh2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edildiyindən ona münasibətdə iddia tələbi təmin oluna bilməz.
Məhkəmə xərcləri.
32. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 49,53 manat və 20 manat məbləğində dövlət rüsumu məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
33. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu qismən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh6 xx.xx.2013-cü il tarixli 2251 NF nömrəli kredit müqaviləsi üzrə 2566,14 manat əsas borc, 930,69 manat faiz borcu, 288,48 manat cərimə və 1167,48 manat əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4952,79 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. 35.Cavabdeh6 ödənilmiş 69,53 manat dövlət rüsumu və 12 manat notarial xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. 36.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
q ə t e t d i :
İddia qismən təmin edilsin. Cavabdeh6 xx.xx.2013-cü il tarixli 2251 NF nömrəli kredit müqaviləsi üzrə 2566,14 manat əsas borc, 930,69 manat faiz borcu, 288,48 manat cərimə və 1167,48 manat əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4952,79 (dörd min doqquz yüz əlli iki manat, yetmiş doqquz qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh6 ödənilmiş 69,53 (altmış doqquz manat, əlli üç qəpik) manat dövlət rüsumu və 12 (on iki) manat notarial xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova