Məhkəmə qərarları › İş №2(010)-224/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-224/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-224/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh müstəqil tələblər irəli sürməyən X7 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hüseyn qızı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumu hesabına 30 manat məbləğində pul vəsaiti, mənəvi ziyana görə isə 20000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Cavabdeh 13.06.2017-ci il tarixdə 009L**********11 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh "xxxx" QSC ilə bağladığı 30.06.2017-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 (qırx min) manat məbləğində kredit götürülmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh "xxxx" QSC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə X4 "xxxx" QSC ilə bağladığı 29.06.2017-ci il tarixli 3M-1236 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzili "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh bank qarşısında öhdəliklərini icra etməkdən imtina etmişdir. Eyni zamanda Cavabdeh ipoteka müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırarsa bank faizlərinin və cəriməsinin hesablanacağını, son nəticədə borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldiləcəyini və mənzilin hərracda satılaraq, əldə edilən vəsaitin banka ödəniləcəyini bildiyi halda qəsdən bank qarşısında olan öhdəliyini icra etməkdən bilərəkdən yayınmışdır. Bundan sonra "xxxx" QSC Suraxanı rayonu Məhkəməsinə cavabdehlər Cavabdeh, X8 və X12 qarşı “Kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(010)-3393/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 23514.38 manat əsas borc, 3923.92 manat faiz borcu, 82,06 manat cərimə olmaqla cəmi 27520.36 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra "xxxx" QSC yenidən Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinə müraciət edərək “borcun ipoteka predmetinə yönəldilməsi,əmlakın hərracdan satılaraq tələbin ödənilməsinə dair“ iddia qaldırmış və Suraxanı rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və ipoteka predmeti tutmaya yönələrək, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 7 saylı evin 50 mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra X16, İddiaçı və X5 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə proseslərinin nəticəsi olaraq belə aydın olurdu ki, əgər banka olan borc ödənilməzsə mənzil açıq hərracdan satılaraq bankın mülkiyyətinə keçəcək və ailə üzvləri mənzili boşaltmaq məcburiyyətində qalacaqlar. Cavabdeh əsas borclu olsa da onu və atası öz üzərinə düşən öhdəliyi sonuncunun əvəzinə yerinə yetirmək məcburiyyətində qoymuşdur. 12.12.2020- ci il tarixdə X4 vəfat etdi. Cavabdeh X12 münasibətdə icra vərəqəsinə xitam verildikdən sonra o, məcbur qalıb cavabdehin əvəzinə 20.000 (iyirmi min manat) borcu "xxxx" QSC-yə tamamilə ödəmişdir. X4 və o, dəfələrlə Cavabdeh həm bank qarşısında, həm də atası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb edildi, lakin cavabdeh müxtəlif bəhanələrlə öz öhdəliklərinin icrasından boyun qaçırmış, son vaxtlar isə münasibətləri kəskin pisləşdiyi üçün ümumiyyətlə tapa bilməmişdir. Cavabdehin onları aldatdığına, kredit müqaviləsinin şərtlərini yerinə yetirməməsinə və yerinə yetirməkdən boyun qaçırmasına, onlara vurduğu maddi və mənəvi zərərə görə, maddi məsuliyyət daşımalıdır. Hesab edir ki, Cavabdeh "xxxx" QSC yə olan borc məbləği onun mülkiyyətində olan pul vəsaiti hesabına ödənildiyi üçün onun mülki qanunvericiliyin normalarına uyğun olaraq 20.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tələb etməsinə dair iddiası əsaslıdır və təmin olunmalıdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh hazırki mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ülkərin, yəni iddiaçının bacısının keçmiş həyat yoldaşıdır. Həmin kredit Ülkər xanım və onun atasının şəxsi ehtiyacları üçün götürüldüyündən iddiaçının atasının mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdehin həmin dövrdə kifayət qədər imkanı var idi, 4 mağazaya sahiblik edirdi. Cavabdehin özünün əmlakı ola-ola kreditin təminatı olaraq iddiaçının atasının yaşayış evinin ipoteka ilə yüklü edilməsi elə onu nümayiş etdirir ki, kredit iddiaçının bacısı Ülkər xanıımın şəxsi ehtiyacları üçün götürülmüşdü. Ona görə də iddiaçı krediti ödəməyib ki, Ülkər xanım özü ödəsin. Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynbəyli Ülkərə qarşı iddia tələbi irəli sürmək niyyəti olduğundan mediasiyaya müraciət edilib, belə ki, həmin kredit birgə nikah dövründə əldə edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, əmlak əvvəldən Cavabdeh mülkiyyətində deyil, ipoteka qoyan Quliyev Hüseynin mülkiyyətində olmuşdur. O, öz həqiqi iradə ifadəsi əsasında həmin əmlakı ipoteka qoyaraq onu itirmək təhlükəsini əvvəldən tərk edərək məsuliyəti öz üzərinə götürmüşdür. İpoteka müqaviləsi qanunvericiliyin şərtlərinə riayət edilməklə bağlanmış və müqvilə bağlanarkən H.Quliyev fəaliyyət qabiliyyətli olmuş, heç bir hədə və təzyiq əsasında deyil, həqiqi iradə ifadəsi əsasında müqaviləni notariusun iştirakı ilə imzalamışdır. Müstəqil tələblər irəli sürməyən X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə müstəqil tələblər irəli sürməyən X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: “AccessBank" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.06.2017-ci il tarixli 009L**********11 saylı kredit xətt müqaviləsi üzrə kredit razılaşmasına əsasən bank borcalana 120 (yüz iyirmi) müddətinə 500000 (beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açmışdır. Həmin müqaviləyə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. “AccessBank" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.06.2017-ci il tarixli 009L**********11 saylı kredit xətt müqaviləsi üzrə kredit razılaşmasına əsasən bank borcalana 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açmışdır. 13.06.2017-ci il tarixli 009R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı "xxxx" QSC-nin Azadlıq filialı Cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000,00 (qırx min) manat məbləğində kredit vermişdir. 0095C**********01 saylı 30.07.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən X16 borcalan Cavabdeh “AccessBank» QSC-nin Azadlıq filialının qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 29.06.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən X16 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində istifadədə olan 0,158 h torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binada 31,8 k.m. yaşayı sahəsindən ibarət 2 otaqlı 50 nömrəli mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, X16 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində istifadədə olan 0,1458 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 4 mərtəbəli binada, 31,8 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 50 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 481 nömrəli reyestr kitabının 44434 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-3393/2019 saylı 16.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçi "xxxx" QSC-nin cavabdehlər Cavabdeh, X13, X12 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh, X3, X9 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 23514.38 (iyirmi üç min beş yüz on dörd min otuz səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 3923.92 manat məbləğində faiz borcu və 82.06 (səksən iki manat altı qəpik) manat məbləğində cərimə, cəmi 27.520,36 (iyirmi yeddi min beş yüz iyirmi manat otuz altı qəpik) manat pul məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-661/2020 saylı 28.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(010)- 3393/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh, X3 və X9 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 27520 (iyirmi yeddi min beş yüz iyirmi) manat 36 qəpik məbləğində borcun və 30 manat dövlət rüsumunun, eyni zamanda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzilin ilkin satış qiymətinin 56000 (əlli altı min) (32898 (otuz iki min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 60 (altmış) sent ekvivalentində) manat qiymətləndirilməsi, satışdan əldə olunmuş vəsait hesabına 27520 (iyirmi yeddi min beş yüz iyirmi) manat 36 qəpik məbləğində borcun və 30 manat dövlət rüsumunun, eyni zamanda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X10, İddiaçı və X5 həmin mənzildən çıxarılması, Mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. 06.05.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12.12.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi İddiaçı Hüseyn qızı və o, miras əmlakdan tam hissədə pay almalıdır. Bakı şəhəri 21 saylı Notariat ofisinin notariusu X14 "xxxx" ASC-nin Dostluq filialına ünvanladığı 07.05.2021-ci il tarixli məktubundun görünür ki, həmin məktubla X6 ilə təsdiq ediləcək fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 107000 AZN (bir yüz yeddi min manat 00 qəpik) manat pulun müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün banklarında olan AZ 18MUGA**********00001AZM10№ li depozit hesabına qəbul olunmasını və həmin puldan 20000 AZN (iyirmi manat 00 qəpik) manatını Cavabdeh "xxxx"QSC qarşısında ipoteka müqaviləsi üzrə borc öhdəliyinin yerinə yetirilməsinə yönəldilməsi məqsədilə hesaba köçürülməsini, qalan 87000AZN (səksən yeddi min manat 00 qəpik) məxaric çeki əsasında Satıcıya verilməsi xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, “AccessBank" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.06.2017-ci il tarixli 009L**********11 saylı kredit xətt müqaviləsi üzrə kredit razılaşmasına əsasən bank borcalana 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açmış, 13.06.2017-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən iddiaçı "xxxx" ASC-nin Azadlıq filialı Cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000,00 (qırx min) manat məbləğində kredit vermişdir. Məhkəmə həmçinin müəyyən edir ki, 29.06.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən X12 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində istifadədə olan 0,158 h torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binada 31,8 k.m. yaşayı sahəsindən ibarət 2 otaqlı 50 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzilə tutma yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına hazırki mülki iş üzrə Cavabdeh "xxxx" QSC qarşısında öhdəliyinin təmin edilməsi qət edilmişdir. 06.05.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən məhkəmə müəyyən edir ki, 12.12.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi İddiaçı Hüseyn qızıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarından məhkəmə onu da müəyyən edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzilə tutma yönəldilmiş, həmin mənzil açıq hərrac vasitəsilə satıldıqdan sonra mənzilin dəyərindən 20.000 manat məbləğində vəsait Cavabdeh "xxxx" QSC qarşısında öhdəliyinin təmin edilməsi məqsədilə "xxxx" QSC-yə ödənilmişdir. Hazırda iddiaçı cavabdehin "xxxx" QSC qarşısında öhdəliyinin təmin edilməsi məqsədilə ödənilmiş 20.000 manat məbləğində pulun, eləcə də mənəvi zərər olaraq 20.000 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia tələbinə etirazının dəlilinə (kreditin iddiaçının atası və bacısının şəxsi ehtiyacları üçün götürülməsi) münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh ilə "xxxx" QSC-arasında bağlanmış kredit müqaviləsinə əsasən birincinin 40.000 manat məbləğində krediti ödəmək öhdəliyinin yaranması artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə preyudisial xarakter daşıyır və mübahisələndirilə bilməz. Məhkəmə iş materiallarına məcmu halda qiymət verərək və qanunvericiliyin müvafiq normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının iddiası cavabdehin "xxxx" QSC qarşısında öhdəliyinin təmin edilməsi məqsədilə ödənilmiş 20.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin “cavabdehdən mənəvi ziyana görə isə 20000 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. İddiaçı ona hansı qaydada mənəvi ziyanın vurulması faktını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında göstərilmişdir ki “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». İddiaçı iddia edir ki, cavabdeh tərəfindən ona 20.000 manat məbləğində mənəvi ziyan dəymişdir. İddiaçı bunu cavabdehin öz borcunu ödəməməsi ilə əsaslandırmış, lakin cavabdehin borcu ödəməməsi nəticəsində yuxarıda qeyd edilən qərarda göstərildiyi kimi hansı fiziki və psixi iztirablar keçirməsi, bununla da onlara mənəvi ziyan dəyməsini əsaslandırmamış, məhkəmə zamanı iddia tələbinin əsaslığı barədə məhkəməyə heç bir rəsmi və mötəbər sübut təqdim etməmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.000 (iyirmi min) manat və iddianın qismən təmin edilməsini nəzərə alaraq ödənilmiş dövlət rüsumunun yarısı, yəni 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun yarısı, yəni 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar