Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2242/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı2, Cavabdeh1 Tofiq qızının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Tofiq qızına və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri» publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı "vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı miras şərikləri tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Tofiq qızına və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri» publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı "vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı miras şərikləri tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Tofiq qızının nümayəndəsi (vəkili) Vəkil izahatında göstərdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərə Cavabdeh1 Tofiq qızına və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri» publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) "vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı miras şərikləri tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iddia tələbi iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən irəli sürüldüyü halda, iddia ərizəsi yalnız İddiaçı1 tərəfindən imzalanmışdır, yəni iş üzrə ikinci İddiaçı2 tərəfindən imzalanmamışdır. Odur ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri» publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri» publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi üzrə iddia ərizəsi yalnız İddiaçı1 tərəfindən imzalandığından, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən, məhkəmə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Tofiq qızına və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri» publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) "vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı miras şərikləri tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddiaçılar tərəfindən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 101 (bir yüz bir) manat məbləğində pul İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2242/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2242/2023
23.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver