Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2245/2023 09.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü fiziki qüsurlu, əmək qabiliyyəti olmayan (serebral iflic) X1 üçün hər ay aliment Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini dəqiqləşdirərək, xx.xx.2005-ci il təvəllüdlü, birinci dərəcəli əlil, əmək qabiliyyətsiz X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment və onun saxlanılması ilə bağlı yaranan əlavə xərclərin ödənilməsi üçün hər ay 200 manat olmaqla, cəmi 420 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı. Cavabdeh iddia tələbinə etiraz verərək, iddiаçı İddiaçı ona qarşı aliment tələbinə dair iddiasının rədd olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.1999-ci il tarixində rəsmi nikahla ailə həyatı qurmuşdur. Rəsmi nikahdan 09 dekabr 1999-cu il təvəllüdlü X15 və xx.xx.2005-ci il təvəllüdlü X16 doğulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən Cavabdeh X15 və X1 üçün hər ay aliment ödəyirdi. Lakin, X15 və X16 yetkinlik yaşma çatdıqlarından onlara verilən aliment dayandırılmışdır. X16 isə fiziki qusurlu, əmək qabiliyyəti olmadığından (serebral lflic) ona verilən aliment 2023-cü ilin aprel ayından dayandırılsa da, davam etdirilməsini xaiş edir. X6 az yaşlı qüsurlu olduğundan və onun daimi olaraq qulluğa ehtiyacı olduğundan, onu nəzarətsiz qoyub heç bir yerdə işləyə bilmir. Başqa bir yerdən gəliri olmadığı üçün aldığı alimentin dayandırılmamasını xahiş edir. Yəni bu maddi tərəfdən ona böyük sıxıntılar gətirir. Ona görə də X1 üçün Cavabdeh tutulan alimentin davam etdirilməsin tələb edir. Tərəflərin izahatları. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişlər ki, 26 mart 2005-ci il təvəllüdlü birinci dərəcəli əlil, əmək qabiliyyətsiz X3 üçün hər ay 220 manat sabit pul məbləğində aliment və onun saxlanması ilə bağlı yaranan əlavə xərclərin ödənilməsi üçün hər ay 200 manat olmaqla, cəmi 420 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutulmasının tələb edir. Səməd Abbasov əlil olduğu üçün xüsusi qulluq tələb edilən şəxsdir və hal-hazırda anasının himayəsindədir. Cavabdeh onun saxllanılmasında iddiaçıya köməklik göstərmir, xərcləri qarşılamır. Bu səbəbdən də iddianın təmin olunmasını xahiş edirlər. Məhkəmənin iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, hərbçidir, əmək haqqı 1245 manatdır, dekabr ayında hərbi xidmətdən təxris olunacaqdır. İddiaçı ilə boşandıqdan öncə və sonra da uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəmişdir. Bir uşağı əlildir, pensiya alır. O, yenidən ailələ qurub və uşağı var. Özü əsəb xəstəsidir, həyat yoldaşı da ürəkdən əməliyyat olub, hazırda kirayədə yaşayır. Əlavə aliment ödəməyə imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. İş materialları. Mediasiya Şurası Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-ci il tarixdə verilmiş “Mediasiya Sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında MŞB/17/2023-00239 nömrəli mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyası barədə məlumat verilməsinə baxmayaraq, o sessiyada iştirak etməmiş və bu barədə hər hansı məlumat verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş SQ ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-17-7/2-A-10462/2023 nömrəli arayışın surətindən görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq’' altsistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2023-cü il tarixindən işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ÜMİD X9" MMC tərəfindən xx.xx.2014cü il tarixdə verilmiş 9 nömrəli çıxarışın surətindən görünür ki, 2005-ci il təvəllüdlü X16 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “ÜMİD X9" MMC-də müayinədə olmuş və ona “uşaq serebral iflici” diaqnozu qoyulmuşdur. Bakı şəhəri, Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş nikahın pozulması haqqında AZ-İ seriyalı 114155 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah xx.xx.2011-ci il tarixdə ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzi tərəfindən verilmiş 63 nömrəli ambulator kartdan çıxarışın surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X16 xx.xx.2011-cü il tarixdən xx.xx.2011-cı il tarixədək həmin Mərkəzdə müalicə olunmuşdur. Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2022ci il tarixdə təsdiq edilmiş “mənzillərin, evlərin(bağların) müvəqqəti istifadəyə verilməsi (kirayə müqaviləsi) müqaviləsindən görünür ki, “kirayə verən” X2 şəhəri, Əliağa Vahid küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən ümumi sahəsi 44.16 km2 olan mənzilin ona məxsus hissəsini “kirayəçi” Cavabdeh xx.xx.2024-cü il tarixədək kirayə vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 500 nömrəli arayışdan görünür ki, hər ildə Cavabdeh aylıq pul təminatı 1325.17 manat, ildə bir dəfə ödənilən məzuniyyət haqqı 499.55 manat, ildə bir dəfə ödənilən maddi yardım 642 manat, ildə bir dəfə ödənilən birdəfəlik pul mükafatı 1245.48 manat təşkil edir. N saylı Hərbi Hissə komandiri tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 5 nömrəli əmrindən çıxarışdan görünür ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış baş gizir Cavabdeh xx.xx.2023-cü il tarixədək həqiqi hərbi xidmətdə saxlanılmışdır. Mərkəzi Neftçilər xəstəxanası tərəfindən verilmiş epikrizin surətindən görünür ki, 1983-cü il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cı il tarixədək həmin xəstəxanada müayinədə olmuş, ona “Q 21.1 qulaqcıqarası çəpər defekti” diaqnozu qoyulmuş,xx.xx.2022-ci ildə qulaqcıqarası çəpər deffektinin toxuma qrefti ilə bərpasına dair cərrahi əməliyyatı olmuş və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, yaralar sağalmışdır. Silahlı Qüvvələrin Baş X7 X10 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışın surətindan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixədə həmin xəstəxanada müayinədə olmuş və ona “sol göz yuvası ətrafı sahədə metal artefaktı” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Salyan Rayon Arbatan Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 628528 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X12 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 03 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Mənəfova soyadı verilmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 877921 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 (atası Cavabdeh, anası X12) 09 aprel 2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 2222 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri: Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi ... ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.... Maddə 6. Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi ...6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.... Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.... Maddə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsi: 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: (...)112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;(...) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-cı il tarixli Qərarı (çıxarış). Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil.... Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi)... Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.... Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.... Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir....
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, Cavabdeh və İddiaçı nikah münasibətlərdən xx.xx.2005-ci il təvəllüdlü X16 doğulmuşdur. Cavabdeh “serebral iflic” diaqnozu qoyulmuşdur. O, yetkinlik yaşına çatdığından onun saxlanılması üçün təyin olunmuş alimentin ödənilməsi başa çatmışdır. X16 fiziki qüsurlu və onun daimi olaraq qulluğa ehtiyacı olduğundan, iddiaçı onun saxlanılması və onun saxlanılması ilə bağlı yaranan əlavə xərclərin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaçıya aliment ödəməyə razı deyil. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdeh ailəlidir və himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının fiziki qüsurlu olan uşağının saxlanılması ilə bağlı yaranan əlavə xərclərin ödənilməsi ilə bağlı aliment tələbi qismən əsasslıdır. Belə ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. İş materialarından müəyyən olunur ki, yetkinlik yaşına çatmış övlad serebral iflic xəstəsidir, onu saxlayan ana (iddiaçı) isə hazırda işsizdir. Eyni zamanda, yuxarıda qeyd olunan Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmiş hüquqi mövqeyinə əsasən, məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən .... tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir....İş materiallarından həmçinin görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olacaqdır. Onun başqa ailəsi və bir uşağı vardır. Özü və həyat yoldaşı müxtəlif xəstəliklərdən müəalicə alırlar. Bunları nəzərə alaraq, məhkəmə iddiaçının tələb etdiyi alimentin məbləğinin 220 manat deyil, 130 manat mabləğində təyin olunmasını məqsədəuyğun hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının yetkinlik yaşına çatmış övladı əlil olduğu üçün, onun pensiya almaq hüququ vardır. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı icbari tibbi sığorta çərçivəsində pulsuz müalicə almaq hüququna malikdir. İddiaçının tələb etdiyi “uşağın saxlanılması üçün əlavə xərclərin ödənilməsi ilə bağlı” tələbi üzrə məhkəmə həmin Plenumun Qərarında göstərilmiş hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, iddiaçı tələb etdiyi əlavə xərclərin tərkibini təşkil edən əsaslar üzrə sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də hesab edir ki, “uşağın saxlanılması üçün əlavə xərclərin ödənilməsi ilə bağlı” tələbi əsassızdır. Məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin diqqətəlayiq olan maraqlarını nəzərə almaqla, maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladını saxlanılması üçün cavabdehdən hər ay 130 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladın üstün maraqlarına uyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X3 üçün hər ay 130 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 35.6 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə xərcləri. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə ((130x12=1560 manat) mütənasib olan 35.6 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiа qismən təmin edilsin. İddiaçının əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladı, 26 mart 2005-ci il təvəllüdlü X3 üçün hər ay 130 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ödənilməmiş 35.6 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva