Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2246/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Mustafayev Cavı̇ d Elçı̇ n oğlunun cavabdeh Qayıbova Fatmanı̇ sə Etı̇ bar qızına qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Mustafayev Cavı̇ d Elçı̇ n oğlu cavabdeh Qayıbova Fatmanı̇ sə Etı̇ bar qızına qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan “Volkwagen Passat CC markalı» AZ **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 6514,18 (altı min beş yüz on dörd manat 18 qəpik) manat maddi ziyanın və 85,15 (səksən beş manat 15 qəpik) manat dövlət rüsumunun - cəmi 6599,33 (altı min beş yüz doxsan doqquz manat 33 qəpik) manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh mülkiyyətində olan və idarə etdiyi AZ **-EG-*** dövlət nömrə nişanlı “Hyundai Santa FE” avtomobil yol hərəkəti qaydalarını pozaraq ona məxsus AZ **-UB-*** dövlət nömrə nişanlı “Volkswagen Passat CC» markalı avtomobili vurmuşdur. Nəticədə ona məxsus avtomobilə 11480 (on bir min dörd yüz səksən) manat maddi zərər dəymişdir. Bu barədə “X3”MMCnin qüsur aktı vardır. Dəymiş ziyanın 11480 (on bir min dörd yüz səksən) manat puldan sığorta tərəfindən ona cəmi 4965,82 (dörd min doqquz altmış beş manat 82 qəpik) manat pul ödənilmişdir, qalan 6514,18 (altı min beş yüz on dörd manat 18 qəpik) manat ödənilməmiş qalmışdır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçı Mustafayev Cavı̇ d Elçı̇ n oğlu iddia tələbində qeyd olunanlara uyğun izahat verərək qeyd etdi ki, ekspert rəyində göstərilmiş ümumi ziyan məbləği ilə razıdır.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, ekspert rəyi ilə razı deyildir. İş materialları
5. “X1 şəhadətnaməsi”ndən görünür ki, “Volkswagen Passat CC” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil Mustafayev Cavı̇ d Elçı̇ n oğlunun mülkiyyətindədir.
6. “X1 şəhadətnaməsi”ndən görünür ki, “Hyundai Santa FE” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir.
7. Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayevin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Hyundai Santa FE” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR İXM-nin 327.2-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qərarın surətinin Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi müəyyən edilmiş, dəymiş maddi ziyanın ödənilməsi üçün tərəflərə sığorta şirkətinə, əks halda məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
8. “X3” MMC-nin xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, “Volkswagen Passat CC” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği ümumilikdə 11480 manat təşkil edir.
9. xx.xx.2022-ci il tarixli, 02854 nömrəli Sığorta ödənişi ilə bağlı aktdan görünür ki, “Volkswagen Passat CC” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyana görə “Azərsığorta” DSKŞ tərəfindən 4956.82 manat hesablanmış sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur.
10. xx.xx.2022-ci il tarixli, 34953 nömrəli ödəniş tapşırığından görünür ki, Mustafayev Cavı̇ d Elçı̇ n oğlunun hesabına 4956.82 manat pul vəsaiti köçürülmüşdür.
11. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12500 manat olmuş 2009-cu il tarixli buraxılışlı “Volkswagen Passat CC” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyan məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 8750 manat (12500-30%) manat müəyyən edilir.
İşin faktiki halları
12. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, “Volkswagen Passat CC” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı Mustafayev Cavı̇ d Elçı̇ n oğlunun mülkiyyətindədir. Digər “Hyundai Santa FE” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh mülkiyyətindədir xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Volkswagen Passat CC” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Eyni zamanda, hadisə “Hyundai Santa FE” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Avtomobilə dəymiş ziyan məbləği təqdim edilmiş ekspert rəyində 8750 manat olaraq müəyyən edilmişdir. Hazırki iclasda iddiaçı avtomobilə dəymiş ziyan məbləği ilə bağlı təqdim edilmiş ekspert rəyi ilə razı olduğunu bildirir. Cavabdeh tərəf isə ekspert rəyini qəbul etmir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Məhkəmənin mövqeyi
15. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməlidir.
16. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçı Mustafayev Cavı̇ d Elçı̇ n oğlunun mülkiyyətində olan “Volkswagen Passat CC” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh mülkiyyətində olan və idarə etdiyi “Hyundai Santa FE” markalı, **- EG-*** dövlət qeydiyyat nişanlı nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Volkswagen Passat CC” markalı, **-UB- *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Eyni zamanda, hadisənin baş verməsində “Hyundai Santa FE” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli bilinmişdir. Beləliklə, işdən müəyyən edilir ki, qəza Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Delikt münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçı Cavabdeh ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Ziyanın məbləğinə gəldikdə isə, iddiaçı əvvəlcə tələbində avtomobilinə ümumilikdə 11480 manat vurulmuş ziyandan 4965.82 manat sığorta ödənişin alınmasını nəzərə alaraq 6514.18 manat məbləğində dəymiş ziyanın ona ödənilməsini xahiş etsə də, lakin iş materiallarında olan ekspert rəyindən görünür ki, “Volkswagen Passat CC” markalı, **-UB- *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan məbləği ümumilikdə 8750 manat təşkil edir. Eyni zamanda iddiaçı da ekspert rəyində təqdim edilmiş məbləğlə razı olduğunu bildirmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və iddiaçının mülkyyətində olan avtomobilə dəymiş ziyana görə 4965.82 manat məbləğində sığorta ödənişi almasını nəzərə alaraq hesab edir ki, dəymiş ümumi ziyan məbləğindən iddiaçının aldığı sığorta ödənişi çıxılmalı və sığorta ödənişi ilə əhatə olunmayan yerdə qalan ziyan məbləği, yəni 3784.18 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 86 manat dövlət rüsumunun 57.84 manat hissəsi Cavabdeh tutularaq iddiaçı Mustafayev Cavı̇ d Elçı̇ n oğluna ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutulmaqla AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Qayıbova Fatmanı̇ sə Etı̇ bar qızından vurulmuş maddi zərərə görə 3784.18 manat pul vəsaiti tutularaq iddiaçı Mustafayev Cavı̇ d Elçı̇ n oğluna ödənilməli və iş üzrə ödənilmiş 86 manat dövlət rüsumunun 57.84 manat hissəsi Cavabdeh tutularaq iddiaçı Mustafayev Cavı̇ d Elçı̇ n oğluna ödənilməli və iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutulmaqla AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Qayıbova Fatmanı̇ sə Etı̇ bar qızından vurulmuş maddi zərərə görə 3784.18 manat pul vəsaiti tutularaq iddiaçı Mustafayev Cavı̇ d Elçı̇ n oğluna ödənilsin. İş üzrə ödənilmiş 86 manat dövlət rüsumunun 57.84 manat hissəsi cavabdeh Qayıbova Fatmanı̇ sə Etı̇ bar qızından tutularaq iddiaçı Mustafayev Cavı̇ d Elçı̇ n oğluna ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Qayıbova Fatmanı̇ sə Etı̇ bar qızından tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.