Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2251/2023 25.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin sabit pul məbləğindən dəyişdirilib aylıq əmək haqqından tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1837/22 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməsi. Qarşılıqlı iddia tələbi İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin artınlması” tələbinə dair ilkin iddiasının təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(10l)-l837/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin dəyişdirilməsi, xx.xx.2012-ci il təvəllüdlü X4 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmalan üçün 2 uşağa görə orta aylıq əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin tutulması. İlkin iddia tələbinin dəlliləri xx.xx.2006-cı il tarixdə Suraxanı rayonu qeydiyyat VVADQ şöbəsi tərəfindən 297 saylı akt qeydi ilə İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmış, birgə nikahdan iki əkiz övladı -xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci təvəllüdlü X4 doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)2725/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və 2 uşağın saxlanılması üçün 340 manat aliment tutulması qət edilmişdir. Bundan sonra, iddiaçı alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldırmış, Suraxanı Rayon Məhkəməsinin 2(010) 1837/22 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq, hər uşağa görə 185 manat, cəmi 370 manat aliment tutulması qət edilmişdir. Hazırda cəmi 370 manat həcmində aliment uşaqların təminatlarının normal ödənilməsi üçün yetərli deyildir. Onun hər ay hər uşağın saxlanması üçün 1000 manata qədər xərci çıxır ki, bunun yarısı da cavabdeh tərəfindən ödənilməlidir. Uşaqların böyüməsi və məktəbə getməsi ilə əlaqədar müəyyən xərclərin artması iddiaçını maddi problemlərlə üzləşdirir. Uşaqların hər ikisi məktəbdə təhsil alır. Uşaqların normal təhsil alması üçün hər il yeni dərs vəsaitləri, geyim əşyaları, normal qidalanma tələb olunur. Bütün bunları uşaqları üçün təşkil etmək tək başına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh alimentdən başqa hər hansı bir köməklik göstərmir. Buna görə də alimentin məbləği artırılmalıdır. Qarşılıqlı iddia tələbi Cavabdeh “X3” MMC-nin Layların, quyuların tədqiqatı və istehsalat işləri sahəsində neft və qaz hasilatında idarəetmə pultunun operatoru peşəsində çalışır və orta aylıq əmək haqqı (vergilər və digər məcburi ödənişlər daxil olmaqla) 1126,05 (bir min yüz iyirmi altı manat beş qəpik) manat təşkil edir. İddiaçı hər uşağa görə hər ay sabit pul məbləğində 220 manat aliment tələb edir. O, bununla razı deyil. Belə ki, onun rəsmi iş yeri olduğundan AR Ailə Məcəlləsinin 76-cı maddəsinin normasına əsasən ondan 2 uşağa görə orta aylıq əmək haqqının üçdə bir hissəsi miqdannda aliment tutula bilər. Onun göstərilən iş yerindən başqa ayrı iş yeri yoxdur. Yeganə gəliri və qazanc mənbəyi aldığı əmək haqqıdır. O, iddiaçı ilə boşansa da bir evdə ünvan 1 ünvanında uşaqları ilə birlikdə yaşayır, gündəlik uşaqları ilə ünsiyyətdə olur, onların məhkəmə qətnaməsi ilə tutulan alimenti vaxtlı-vaxtında ödəyir və əlavə də olaraq uşaqlarının digər xərclərini də qarşılayır. Aliment 2-ci dəfə artınlmayana kmi, yəni 2022-ci ilədək evin bütün kommunal xidmətlərini təkbaşına ödəyir, bu məbləğ ona 200 manatadək başa gəlirdi. İddiaçı alimenti artırdıqdan sonra o, iddiaçıya kommunal xidmətlərin yansını ödəməyi təklif etmiş, ancaq o, bunu ödəmək istəmədiyinə görə o, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə müraciət etmiş, bundan sonra iddiaçı kommunal xidmətlərin yansını ödəməyə başlamışdır. İddiaçı özü də işləyir. Bununla bağlı tərəfindən iddiaçının iş yerinə sorğu verilmiş, sorğuya onun işlədiyi ASG Business Aviation MMC-nin SKY CATERİNG Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə cavab verilərək bildirilmişdir ki, İddiaçı burada xx.xx.2019-cu il tarixindən uçan aparatların təmizliyi üzrə texnik vəzifəsində çalışır və işçinin əmək haqqı 565 (beş yüz altmış) manat məbləğindədir. Uşaqlan saxlamaq hər iki valideyinin borcudur. İşdən göründüyü kimi cavabdeh də uşaqları saxlamaq vəzifəsi daşıyır və işləyir. Uşaqlarını özü məktəbə aparıb gətirir. İşin hallarından göründüyü kimi o, hazırda öz əmək haqqının 1/3 hissəsindən çox iddiaçıya aliment ödəyir, bundan başqa da uşaqları yaşayış sahəsi ilə təmin etmiş, onlara ödənilən alimentdən başqa digər xərclərini də imkan daxilində ödəyir, üstəlik iddaçı özü də onlarla birlikdə qalır və bir ünvanda yaşayır. Sonuncu dəfə isə 2022-ci ildə alimentin miqdan artırılmışdır. Ona görə də, hesab edir ki, ilkin iddia təmin edilməməli və qarşılıqlı iddia təmin edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək, izahatında ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh onun uşaqları ilə birlikdə yaşadığı evdən çıxması üçün məhkəmə qaydasında tədbirlər görür. Bu halda o, kirayə ev tutmalı olacaq. Məhkəmə iclasında dindirilən İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında, qarşılıqlı iddia tələbinə uyğun izahat verərək, izahatında qarşılıqlı iddia tələbinin təmin edilməsini və ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1837/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2725/2020 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 185 (yüz səksən beş) manat olmaqla, cəmi 370 (üç yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1837/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə ödənilməmiş 42.2 manat (qırx iki manat iyirmi qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı 17 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/17/2023-00248 saylı "ilkin mediasiya sessiyasından sonra prosesin davam etdiriə bilməməsi barədə” arayışından görünür ki, Cavabdeh ilə İddiaçı alimentin artırılması tələbi üzrə xx.xx.2023-cü il tarixində 10:30-11:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmişdir. ASG SKY CATERİNG-in xx.xx.2023-cü il tarixli 135-ÇS/ASG/SKY saylı arayışından görünür ki, İddiaçı "xxxx" MMC-nin “SKY Catering” filialında xx.xx.2019-cu il tarixindən uçan aparatların təmizliyi texnik vəzifəsində çalışır və işçinin aylıq əmək haqqı 565 (beş yüz altmış beş) AZN məbləğindədir. “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli TOC/012-A saylı arayışından görünür ki, Cavabdeh həqiqətən 01 İyul 2022-ci il tarixindən “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Layların, quyuların tədqiqatı və istehsalat işləri sahəsində neft və qaz hasilatında idaretmə pultunun operatoru peşəsində çalışır və onun orta aylıq əmək haqqı (vergilər və digər məcburi ödənişlər iaxil olmaqla) 1126, 05 AZN (Bir min yüz iyirmi altı manat 05 qəpik) təşkil edir. İşin faktiki halları İlkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Məhkəmə qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 185 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. İlkin iddia üzrə Cavabdeh isə ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin olunaraq uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmalan üçün ondan orta aylıq əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin tutulmasını istəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından hər iki tərəfin işlədiyi və ilkin iddia üzrə cavabdehin əmək haqqının ilkin iddia üzrə iddiaçıdan daha çox olduğu görünür. Uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da uşaqlar iddiaçının yanında qaldığından onların saxlanılması ilə bağlı gündəlik qayğılar iddiaçının üzərinə düşür və onun uşaqlara qulluq etməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bütün bu qeyd edilən halları nəzərə alan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Alimentin əmək haqqının 1/3 hissəsindən tutulmasını tələb edən cavabdehə münasibətdə məhkəmə qeyd edir ki, onun iş materiallarından görünən əmək haqqının 1/3 hissəsi iki uşağın saxlanılmasına kifayət etməsi üçün aşağı məbləğdir. Bu baxımdan uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulmalı olan aliment 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə xatırladır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir.
Məhkəmə xərci Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən ilkin iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (440x12=5280 manat) mütənasib olan 72,8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin sabit pul məbləğindən dəyişdirilib aylıq əmək haqqından tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1837/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2251/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 72,8 (yetmiş iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin sabit pul məbləğindən dəyişdirilib aylıq əmək haqqından tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1837/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2251/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 72,8 (yetmiş iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin sabit pul məbləğindən dəyişdirilib aylıq əmək haqqından tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova