Məhkəmə qərarları › İş №2(010)-2265/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2265/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2265/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 iclas katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-4670/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artırılaraq Cavabdeh onun xeyrinə bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil etirazla məhkəməyə müraciət edərək, hazırki iddia tələbini qismən, 190 manat həddində qəbul etdiklərini bildirmişdir.

İddia tələbinin dəlilləri

3. O, Cavabdeh ilə 14 aprel 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 22 noyabr 2018-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə bir müddət mehriban yaşamış, sonradan münasibətləri pozulmuşdur. Buna görə də o, nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraicət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-4670/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında nikah pozulmuş, 22 noyabr 2018-ci il təvəllüdlü X7 onun yanında saxlanmış və oğlu yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 160 manat miqdarında aliment tutulması qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi əsasında təyin edilmiş 160 manat miqdarında aliment uşağın saxlanmasına çatmır və buna görə də alimentin məhkəmə qaydasında artırılmasını istəyir.

Tərəflərin izahatları

4. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbi ilə qismən razıdırlar. Aliment miqdarının artırılaraq 190 manat həddində müəyyən edilməsinə etirazı yoxdur. Cavabdeh epilepsiya xəstəsidir və qeyd olunan miqdarda aliment ödəməyə maddi imkanı yoxdur.

İş materialları.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)- 4670/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan 22 noyabr 2018-ci il təvəllüdlü X5 boşanmadan sonra anası X1 yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X2 ödənilməsi qət edilmişdir.

7. AZ-İ seriyalı, 338443 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Rzayev, qadına Şixiyeva soyadı verilmişdir.

8. xx.xx.2024-cü il tarixli, 193 nömrəli tibbi arayışın surətindən görünür ki, Rzayev X4 RMX PHŞ-nin poliklinika şöbəsində xx.xx.2021-ci il tarixdən Epilepsiya xəstəliyi ilə (G40.3) qeydiyyatdadır.

İşin faktiki halları

9. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olmuş və bu nikahdan bir övadları anadan olmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4670/2019 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, azyaşlı uşaq ananın himayəsində saxlanılmış və eyni zamanda onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X2 ödənilməsi qət edilmişdir. Hazırkı mübahisə predmetini alimentin məbləği təşkil edir. İddiaçı tərəf əvvəlki məhkəmə qətnaməsi ilə onun himayəsində olan uşağın saxlanması üçün tutulan alimentin miqdarının yetkinlik yaşına çatmayan övladının tələbatlarını ödəmədiyini bildirir. Tələbinin əsası kimi yaşayış minimumu haqqında qanuna əsaslanır. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək tələbi yalnız 190 manat həddində qəbul etdiyini bildirir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

12. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

15. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, cavabdeh tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

17. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4670/2019 saylı qətnaməsi ilə 22 noyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

18. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Lakin məhkəmə onu da qeyd edir ki, iddiaçı öz tələbində övladının saxlanılması üçün təyin edilmiş aliment miqdarının artırılaraq hər ay 250 manat məbləğində təyin edilməsini xahiş etsə də, lakin cavabdehin qeyd olunan miqdarda aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdeh tərəfin etirazına münasibətdə isə qeyd edir ki, cavabdehin rəsmi iş yerinin olmaması və epilepsiya xəstəsi olması onu öz övladının saxlanması üçün aliment ödənilməsi öhdəliyindən azad etmir və eyni zamanda qeyd olunan xüsusatlar aliment miqdarının artırılması halını istisna etmir. Aliment məbləği təyin edilərkən, digər meyarlar, məsələn, uşağın yaşı, həyat tərzi, məşğuliyyətləri, sağlamlıq vəziyyəti, tərəflərin maddi vəziyyətləri və s. hallar da nəzərə alınmalıdır ki, gələcəkdə icrası qeyri-mümkün məhkəmə aktı qəbul edilməsin. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu və 2024-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulan 22 noyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf də övladının saxlanılmasında və maddi ehtiyaclarının qarşılanmasında iştirak etməlidir. Bu ailə qanunvericiliyi ilə onun üzərinə qoyulan başlıca vəzifələrdən biridir.

19. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

22. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

23. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı və eyni zamanda hazırki iş üzrə aliment miqdarının artırılmış hissəsinə uyğun olaraq ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4670/2019 saylı qətnaməsi ilə 22 noyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq cavabdeh Rzayev Kamı̇ l Mejdun oğlundan hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şı̇ xı̇ yeva Samı̇ rə Mustafa qızına ödənilsin. Artırılmış aliment miqdarı qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdeh Rzayev Kamı̇ l Mejdun oğlundan tutularaq iddiaçı Şı̇ xı̇ yeva Samı̇ rə Mustafa qızına ödənilsin. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh Rzayev Kamı̇ l Mejdun oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar