Məhkəmə qərarları › İş №2(010)-2266/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2266/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2266/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 8.000 manat pulun iddiaçıdan alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi, həmçinin işin ərazi aidiyyəti üzrə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, hazırda o rəsmi olaraq Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatdadır. Odur ki, işin ərazi aidiyyəti üzrə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə Cavabdeh haqqında məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə yoxlanılması zamanı ünvan 1 ünvanında qeydiyyatda olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda ümumi aidiyyət qaydasında bu işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, məhkəmə iş üzrə cavabdehin Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Cavabdeh qeydiyyat yeri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar