Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2270/2020 04.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ HakimMəmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçıX1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)- 877/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, Cavabdehn oğulları xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan onların xx.xx.2011-cı ildə oğulları Tamerlan doğulmuşdur. Cavabdeh iddia ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış nikahın pozulması üçün qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə hər ay 103 manat alimentin cavabdehdən tutulub ona ödənilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli, 2(010)-877/2014 saylı qətnamə qəbul etmişdir. Hazırda cəmi 103 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında ona heç bir maddi yardım göstərmir və onun problemləri ilə maraqlanmır. Onun hər ay uşağın saxlanılması üçün 350-400 manata qədər xərci çıxır ki, bunun yarısı da cavabdeh tərəfindən ödənilməlidir. Oğlu Tamerlanın böyüməsi və məktəbdə oxuması ilə əlaqədar müəyyən xərclərin artması onu maddi problemlərlə üzləşdirir. Uşağının normal təhsil alması üçün hər il yeni dərs vəsaitləri, geyim əşyaları, normal qidalanma tələb olunur. Bütün bunları uşaqları üçün təşkil etmək tək başına olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər-hansı bir köməklik göstərmir. Buna görə də uşaqlarının saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılmalıdır. Məhkəmə iclasında iddiaçı X5 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(010)- 877/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh Aslanova (nikahdan əvvəl – Məmmədova) Ülviyyə Tofiq qızı arasında xx xxxxxx 2011-ci ildə bağlanmış və həmin tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 186 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx xxxxxx 2011-ci il təvəllüdlü X2 cavabdeh X3 yanında qalması müəyyən edilmiş, sonuncunun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay 103 (yüz üç) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq cavabdeh X4 ödənilməsi qət edilmişdir. - AZE seriyalı, 12902808 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Aslanov Tamerlan xx xxxxxx 2011-ci ildə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası Aslanova Üliyyədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkədə 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manata çatmışdır. Ona görə də, bir uşağın saxlanılması üçün 103 manat vəsait yetərli sayıla bilməz. Məhkəmə hazırkı işdə alimentin artırılaraq 170 manat müəyyən edilməsini azyaşlının hüquq və mənafeləri baxımından qanuni hesab edir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddiaçı X5 hazırki iddia üçün 10 manat dövlət rüsumunu ödədiyindən aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun çatışmayan 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-877/2014 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş alimentin məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2270/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2270/2020
04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver