Məhkəmə qərarları › İş №2(010)-2270/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2270/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2270/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Sony markalı televizor üçün 1141,2 (min yüz qırx bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 114,8 (yüz on dörd manat səksən qəpik) manat cərimə; 30.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41043 Samsung Galaxy A40 markalı telefon üçün 550.8 (beş yüz əlli manat, səksən qəpik) manat ödənilməmiş hissə, 55,2 (əlli beş manat, iyirmi qəpik) manat cərimə ümumilikdə 1862 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1892 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə 31.03.2021-ci il tarixində məhkəmədə qeydiyyata alınmışdır. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 30.03.2020cİ il və 30.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Sony markalı televizor və İMEİ kodu **********41043 Samsung Galaxy A40 markalı telefon almış və nəticədə 1862 (min səkkiz yüz altmış iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1297,20 (min iki yüz doxsan yeddi manat, iyirmi qəpik) manat (18 ay x 63.4 manat + 156 manat ilkin ödəniş) Sony markalı televizor üçün ümumilikdə, 1256 (min iki yüz əlli altı) manat olmaqla ondan, 1141,20 (min yüz qırx bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 114,80 (yüz on dörd manat, səksən qəpik) manat cərimə; 30.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 594,80 (beş yüz doxsan dörd manat, səksən qəpik) manat (12 ay x 45.9 manat + 44 manat ilkin ödəniş) İMEİ kodu **********41043 Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 606 (altı yüz altı) olmaqla ondan, 550,80 (beş yüz əlli manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55,20 (əlli beş manat, iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 200 manat təşkil edir. Hazırki iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmiş və kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə həmin Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin arayışından aydın olur ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş 30.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “xxxx” MMC Sony markalı televizoru Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 63,4 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 30.03.2020-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “xxxx” MMC Samsung Galaxy A40 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 45,9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş 03.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh “xxxx” MMC-yə 30.03.2020-ci il tarixli müqaviləsi üzrə 1141,20 manat məbləğində əsas borc, 114,80 manat məbləğində cərimə və 30.03.2020-ci il tarixli müqaviləsi üzrə 550,80 manat məbləğində əsas borc, 55,20 manat məbləğində cərimə olmaqla cəmi 1862 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. AR MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. AR MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30.03.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 1141,20 (bir min bir yüz qırx bir manat iyirmi qəpik) manat məbləğində əsas borc, 114,80 (bir yüz on dörd manat səksən qəpik) manat məbləğində cərimə və 30.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 550,80 (beş yüz əlli manat səksən qəpik) manat məbləğində əsas borc, 55,20 (əlli beş manat iyimi qəpik) manat məbləğində cərimə olmaqla ümumilikdə 1862 (bir min səkkiz yüz altmış iki) manat məbləğində vəsait və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xatırladır ki, AR MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunduğundan məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1141,20 (bir min bir yüz qırx bir manat iyirmi qəpik) manat məbləğində əsas borc, 114,80 (bir yüz on dörd manat səksən qəpik) manat məbləğində cərimə və 30.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 550.80 (beş yüz əlli manat səksən qəpik) manat məbləğində əsas borc, 55.20 (əlli beş manat iyimi qəpik) manat məbləğində cərimə olmaqla ümumilikdə 1862 (bir min səkkiz yüz altmış iki) manat məbləğində vəsait və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar