Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2279/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Haqverdı̇ yev Tural İ̇sfəndı̇ yar oğlunun iştirakları ilə, iddiaçı Sarıyeva Nı̇ gar Muqabı̇ l qızının cavabdeh Haqverdı̇ yev Tural İ̇sfəndı̇ yar oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4294/2022 nömrəli iş üzrə qəbul etdiyi 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Müqabil qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4376/2021 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 193 (yüz doxsan üç) manat olmaqla, hər ay 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində müəyyən edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il.tarixli, 2(010)-4294/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq, Cavabdeh tutularaq İddiaçı Müqabil qızına ödənilməsi qət edilmişdir.
2. Bakı 2 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, cavabdeh Haqverdı̇ yev Tural İ̇sfəndı̇ yar oğlu mediasiya sessiyasında iştirak etməmişdir.
3. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6 №-li arayışdan görünür ki, kiçik çavuş Cavabdeh xx.xx.2021-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edir və müvafiq tutulmalar aparıldıqdan sonra onun orta aylıq pul təminatı (əmək haqqı) 819,29 manat təşkil edir.
İşin faktiki halları
4. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan iki uşaqlarının olması, həmin uşaqların analarının yanında qalmasına və hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.
İddia tələbi
5. İddiaçı Sarıyeva Nı̇ gar Muqabı̇ l qızı cavabdeh Haqverdı̇ yev Tural İ̇sfəndı̇ yar oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlə birgə təsərrüfatdan anadan olmuş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Suraxanı Rayon Məhkəməsinin İş №-si 2(010)-4294/2022 saylı qətnaməsinə əsasən aliment miqdarı qismən artırılaraq hər uşağa 193 (yüz doxsan üç) manat cəmi 386 (üç yüz səksən altı) manat müəyyən etdiyi aliment miqdarı artırılaraq, hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment, eləcədə qızları X2 “Asma” xəstəliyinə, müalicəsinə dair Cavabdeh 200 (iki yüz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
6. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, aliment məbləği ödənilir və hər ay 2 uşaq üçün 386 manat cavabdehin maaşından tutulur. Cavabdeh 112-ci Hərbi Hissədə, Sülhməramlı qüvvədə işləyir. Onun maaşı 1000 manatdan yuxarı olmalıdır. Evdə həyat yoldaşı olduğu üçün 200 manat ona görə, 150 manat isə nəvələrinə görə kirayə pulu alır, həmçinin, müharibə zonalarında iştirak edir, buna görə də pul alır. Qızı isə işləmir, xəstədir. Nəvəsi Mədinə də asma xəstəsidir, həm də böyrək xəstəsidir. Xəstəliklə bağlı cavabdehin özündən də pul istəsələr də, heç bir ödəniş etmir. Uşağı həkimə aparırlar, dərmanlar yazılır, həmin dərmanları alırlar. Həmçinin, uşağı həkim müayinəsindən keçirtmək istəsələr də, buna imkanları çatmır. Uşaq Ukraynada müalicə alıb və hazırda da ora getmək mümkün deyil. Bu səbəbdən sənədləri notarial qaydada təsdiq edib təqdim etmək mümkün deyil. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Cavabdeh Haqverdı̇ yev Tural İ̇sfəndı̇ yar oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, hazırda o, qızı ilə görüşür, uşağın heç bir xəstəliyi yoxdur. Əgər iddiaçı bunu iddia edirsə, o, özü həkimə aparıb yoxlada bilər və astma xəstəliyi varsa, müalicəsi üçün maddi yardım edə bilər. Sadəcə o, yenidən ailə qurmuş və həyat yoldaşı yaxın bir zamanda əməliyyat olub. Həmçinin, anası 2-ci qrup əlildir. O, 819 manat əmək haqqı alır. Bu maaş ilə onların tələb etdiyi məbləği ödəməyi mümkün deyil. O, Hövsan qəsəbəsində yaşayır, iş yerinə gedib-gəməyi, yemək-yol xərcləri, ailə vəziyyəti aliment məbləğini artırmağa imkan vermir. Əgər mümkündürsə, o, əmək haqqının 50% hissəsində, yəni 410 manat alimentin tutulmasına razıdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
10. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
13. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı
Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
14. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
15. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li Qərarı
Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Məhkəmənin mövqeyi
16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
17. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırki halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən 12 aprel 2014-cü il təvəllüdlü X4 və 25 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideyniik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Qeyd etmək lazımdır ki, alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan uşaqlarının saxlanılması üçün 2022-ci il tarixli qətnamə əsasında alimentin miqdarı ümumilikdə 386 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan uzun müddətin keçməsi və uşaqların tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Haqverdı̇ yev Tural İ̇sfəndı̇ yar oğlu hərbi hissədə xidmət edir və müvafiq tutulmalar aparıldıqdan sonra 819,29 manat əmək haqqı alır. Odur ki, alimentin miqdarı artırıldıqdan sonra cavabdehdən uşaqların saxlanılması üçün ümumilikdə 470 manat aliment tutulacaqdır ki, qalıq qalan 349,29 manat pul cavabdehin öz tələbatlarını ödəməsi üçün yetərli sayıla bilər.
18. Məhkəmə iddia tələbinin uşağın xəstəliyə əlaqədar pulun tutulması hissəsinə münasibətdə bildirir ki, cavabdehdən həmin səbəbə görə pulun tutulması üçün iddiaçı tərəfindən uşağın xəstəliyinin olması sübut edilməlidir. İddiaçı isə bunu sübut edə bilməmiş və sübut kimi təqdim etdiyi sənədlər rus dilində olmaqla, kserosurətdir və tərcümə olunaraq notarial qaydada təsdiq edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə kifayət qədər vaxt verilsə də, iddiaçının nümayəndəsi həmin sənədləri təqdim edə bilməmişdir.
Məhkəmə xərcləri
19. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur.
22. Hazırki iddia üzrə bir ildən artıq olmamaq şərti ilə ödəmənin artırıldığı məbləğ (235 manat-193 manat=42 manat) 42x12=504 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir.
23. Odur ki, həmin məbləğ mediasiya orqanına ödənilmiş dövlət rüsumu ilə əhatə olunduğu üçün mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
24. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4294/2022 nömrəli iş üzrə qəbul etdiyi 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə 12 aprel 2014-cü il təvəllüdlü X4 və 25 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdeh Haqverdı̇ yev Tural İ̇sfəndı̇ yar oğlundan tutularaq iddiaçı Sarıyeva Nı̇ gar Muqabı̇ l qızının xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4294/2022 nömrəli iş üzrə qəbul etdiyi 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə 12 aprel 2014-cü il təvəllüdlü X4 və 25 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Haqverdı̇ yev Tural İ̇sfəndı̇ yar oğlundan tutularaq iddiaçı Sarıyeva Nı̇ gar Muqabı̇ l qızının xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdeh Haqverdı̇ yev Tural İ̇sfəndı̇ yar oğlundan iddiaçı Sarıyeva Nı̇ gar Muqabı̇ l qızının xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.