Məhkəmə qərarları › İş №2(010)-2284/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2284/2022

04.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2284/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pulun və 85 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı 2019-cu ildə oğlunun sağlamlığı ilə əlaqədar olaraq pul lazım olmuşdur. Bununla bağlı məcbur olub həyat yoldaşının təxminən 15000 manat dəyərində olan qızılzinyət əşyalarını lombarda qoymuşdur. Bakı şəhərində lombard axtarakən Xətai rayonu ərazisində Cavabdeh işlətdiyi lombarda qızıllarını hissə-hissə vermiş və əvəzində isə qızılları geri götürmək şərti ilə pul götürmüşdür. Cavabdeh etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə qızıllarını mənimsəmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tərəflərin izahatları İddiaçı Cavabdeh iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçını tanımır, iddiaçı ona qızıl verməmişdir. İddiaçı onun barəsində şikayət etdiyi üçün məhkəmədə onun barəsində cinayət işinə baxılmış və o, məcbur olub 8500 manat pul ödəmişdir. Lakin iddiaçı ona heç bir qızıl verməmişdir. O, Xətai Rayon Məhkəməsinin hökmündən xəstə olduğu üçün şikayət verə bilməmişdir. Qeyd edilən cinayət işində araşdırılmış girov biletini o verməmiş, lakin məhkəmədə məcbur olub 8500 manatı ödəmişdir. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tərəfindən ünvan 1 ünvanda yerləşən icarəyə götürülmüş lombardın sahibi kimi idarə edərkən lombardın daimi müştərisi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 525 manat dəyərində qızıldan 6,8 qramlıq bir cüt sırğa, 6,0 qramlıq bir ədəd qolbağı 009202 nömrəli girov biletinə əsasən bir ay müddətinə 500 manat, xx.xx.2019-cu il tarixdə 530 manat dəyərində qızıldan 2,7 qramlıq bir cüt sırğa, 5,9 qramlıq üzük, 3,7 qramlıq bir cüt sırğa, 3,9 qramlıq boyunbağı ilə kulonu 016689 nömrəli girov biletinə əsasən bir ay müddətinə 500 manat, xx.xx.2019-cu il tarixdə 735 manat dəyərində qızıldan 18,2 qramlıq üzük sırğa dəstini 009342 nömrəli girov biletinə əsasən bir ay müddətinə 700 manat, xx.xx.2019-cu il tarixdə 420 manat dəyərində qızıldan 7,8 qramlıq bir cüt sırğanı bir ay müddətinə 400 manat, xx.xx.2019-cu il tarixdə 2.835 manat dəyərində qızıldan 5,8 qramlıq bir cüt sırğa, 17 qramlıq üzük, 16,29 qramlıq boyunbağını 009346 nömrəli girov biletinə əsasən bir ay müddətinə 2.700 manat və xx.xx.2019-cu il tarixdə 1.050 dəyərində qızıldan 7,24 qramlıq qolbaq, 16,4 qramlıq bir dəst üzük və sırğa, 4.6 qramlıq boyunbağını 009349 nömrəli girov biletinə əsasən bir ay müddətinə 1.000 manat olmaqla cəmi 6.095 manat dəyərində qızıl-zinət əşyalarını lombardın qəbul edicisi X1 tərəfindən qızıl məmulatı kimi deyil, aşağı qiymətlə dəyərləndirilməklə sonuncuya təhvil verməklə digər işçi X2 tərəfindən qeydiyyata alınaraq hər bilet üzrə aylıq 5 faiz əlavə ödənilməklə götürüləcək nağd pul vəsaitinin tam həcmdə qaytarıldıqdan sonra girova qoyulmuş həmin qızıl-ziııət əşyalarının geri verilməsi şərti ilə 5.800 manat nağd pul vəsaiti İddiaçı verilmiş, girova qoyulma müddətlərinin başa çatdıqda sonuncu tərəfindən 009346, ******* nömrəli girov biletləri üzrə 015358 nömrəli mədaxil qəbzi ilə xx.xx.2020-ci il tarixdə 500 manat, 016689, 009202, 009342, 009343 nömrəli girov biletləri üzrə 015392 və 015393 nömrəli mədaxil qəbzləri də müvafiq olaraq xx.xx.2020-ci il tarixdə 1.050 və 1.347 manat, 009345, 009349 nömrəli girov biletləri üzrə 117939 nömrəli mədaxil qəbzi ilə xx.xx.2020- ci il tarixdə 3.468 manat faizləri ilə ümumilikdə 6.365 manat nağd pul vəsaitini ödəyərək girovda olan qızıl-zinət əşyalarının qaytarılması üçün Cavabdeh dəfələrlə müraciət etmiş, sonuncu qızıl-zinət əşyalarının digər lombardda qoyulmasını və həmin lombarda ödəniş edib qaytaracağı barədə yalan vəd vermiş, lakin digər lombarda ödəniş edib qeyd olunan qızıl-zinət əşyalarını götürməsinə baxmayaraq vədinə əməl etməmiş və İddiaçı qızıl məmulatı kimi cəmi dəyəri 15.000 manat olan qızıl-zinət əşyalarını ələ keçirib zərərçəkmiş İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda, məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı qarşı qanunsuz hərəkətlər etməsi, sonuncuya məxsus qızıl məmulatlarını dələduzluq yolu ilə ələ keçirməklə ümumilikdə 15000 manat məbləğində maddi ziyan vurması faktı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunduğundan bu hissədə məhkəmə tərəfindən əlavə araşdırma aparılmasına zərurət yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, işin mübahisəsiz halları ilə təsdiq edilir ki, Cavabdeh İddiaçı məxsus qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməklə sonuncuya 15000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 6500 manat məbləğində pulun tutulmasını xahiş edir, bunu isə onunla əsaslandırır ki, cavabdeh ona ümumilikdə 15000 manat məbləğində ziyan vursa da, cinayət işinə baxılarkən 8500 manat məbləğində pulu ödəmişdir. Qeyd edilənəri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual MƏcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti də Cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 85 (səksən beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar