Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2286/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh törətdiyi cinayət əməli nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə vurulmuş maddi ziyana görə ******* (üç milyon altı yüz qırx yeddi min) manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz X10 MQKS-nin balansında olan 720 mm-lik, 22 km-lik Səngəçal Baş Qurğuları X14 arası qaz kəmərinin 8 km-lik hissəsinin oğurlanması faktına görə Bakı şəhər Baş Polis İdarəsinin X5 X6 Şöbəsinin baş müstəntiqi, polis mayoru Səbuhi İsmayılov tərəfindən xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə Cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs, xx.xx.2018-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilsə də xx.xx.2019-cu il tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(002)-85/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh məhkum edilmişdir ona görə ki, o özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X2 və qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecə saatlarında vahid niyyətlə əhatə olunan qəsdlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz X7 X11 sahəsinin Səngəçal Baş X4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil və Ümid qəsəbələrindən keçən istifadəyə yararsız vəziyyətdə yerüstü qaz boru xəttini sürücüsünün şəxsiyyəti istintaqa məlum olmayan traktorla torpaqdan və betondan təmizləmiş, Bəxtiyar Bəxtiyarlı ilə birlikdə qaz boru xəttinin 1 meri 5.5 manat təşkil edən 7700 metr hissəsinin xüsusi kəsici qaynaq aparatı ilə kəsmiş, kəsilmiş qaz borularını şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi, dövlət nömrə nişanı və markası istintaqa məlum olmayan qaldırıcı kranla qaldırıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi, dövlət nömrə nişanı və markası istintaqa məlum olmayan yük avtomaşınına qoyub naməlum istiqamətdə aparıb gizli yolla talamaqla zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə ümumilikdə 42350 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin birinci cildinin 43-cü vərəqəsində müstəntiq tərəfindən iş materiallarına əlavə edilmiş arayışda göstərilmişdir ki, Hacıqabul MQKS-nin balansında olan 720 mm-lik, 22 km-lik Səngəçal Baş Qurğuları X14 arası qaz kəmərinin 8 km-lik hissəsinin yeni borularla əvəz edilməsinin hesablanmış dəyəri ******* (üç milyon altı yüz qırx yeddi min) manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli SOCAR/15/-1000/01/SM-07- 000197 nömrəli sərəncamdan görünür ki, “Azneft” X3 Nərimanov adına NQÇİ-nin balansında olan uzunluğu 22 km, diametri 700 mm-lik, Səngəçal Baş Qurğuları – X14 arası qaz kəməri əvəzsiz olaraq Qaz X7 MQKS-nin balansına verilmişdir. Həmin sərəncamın icrası ilə əlaqədar xx.xx.2015-ci il tarixli, SOCAR/15-1100/01ink-05-000319 və xx.xx.2015-ci il tarixli, SOCAR/15-2200/xx-xx-000359 nömrəli əmrlər verilmişdir. Bundan sonra həm “Azneft” İstehsalat Birliyində, həm də İddiaçındə yaradılmış komissiyalar tərəfindən qeyd edilən boru kəməri təhvil-təslim edilmiş və bu barədə akt tərtib edilmişdir. Təhvil-təslim aktını isə 29 nəfər vəzifəli şəxs öz imzası ilə təsdiq etmişdir. Təhvil-təslim aktından görünür ki, Səngəçal Baş Qurğuları – X14 arası qaz kəmərinin balans dəyəri 713149.39 manat, köhnəlmə dəyəri 390629.72 manat, qalıq dəyəri isə 322519.67 manat olmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 22 km, diametri 700 mmlik, Səngəçal Baş Qurğuları – X14 arası qaz kəmərinin balans dəyəri 713149.39 manat, həmçinin oğurlanmış 7700 metrin balans dəyəri 249602.29 manat olmuşdur. Qeyd edilən boru kəmərinin oğurlanmış 7700 metrinin xx.xx.2018-ci il tarixə qalıq dəyəri 90797.33 manat, xx.xx.2018-ci il tarixə isə 87089.78 manat olmuşdur. Nəzərə alınsa ki, qeyd edilən boru kəməri işlək vəziyyətdə olmuş, hal-hazırda istifadəsinə zərurət yaranmış və bu səbəbdən də bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin qeyd edilən boru kəmərinin bərpa edilməsinə ******* (üç milyon altı yüz qırx yeddi min) manat vəsait tələb olunur. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən onun məhkəmə iclasına gətirilməsinin təmin edilməsi üçün qərardad qəbul edilsə də qərardadın icrası mümkün olmadığından məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının vəklinin izahatını dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(002)-85/2019 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, qaz kəmərinin keçdiyi ərazinin torpaq örtüyünün qabarma xüsusiyyəti, korroziya aktivliyi müəyyən edilmədiyinə, borunun mühafizə örtüyünün, xarici səthinin, izolyasiyasının və kipliyinin vəziyyəti yoxlanılmadığına və istifadəsiz qaz xəttinin istismara saz vəziyyətdə saxlanılması üçün texniki xidmət (qulluq) aparılmadığına və “Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın və “X11nin istismarında texniki təhlükəsizlik qaydaları”nın tələblərinə riayət olunmadığına görə qeyd olunan şəraitdə polad materialdan olan qaz kəmərinin qazın nəqli üçün yararlı vəziyyətdə qalması baxımından qeyrimümkündür. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh 2018-ci ilin 14-30 iyun tarixləri arasında bir neçə şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz X7 X11 sahəsinin Səngəçal Baş X4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil və Ümid qəsəbələrindən keçən istifadəyə yararsız vəziyyətdə yerüstü qaz boru xəttini torpaq və betondan təmizləmiş, xüsusi kəsici aparatla kəsmiş, kəsilmiş qaz borularını aparmış, beləlikə, özgənin əmlakını gizli yolla talamış, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə ümumilikdə 42350 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 1(002)-85/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Hazırda isə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh törətdiyi cinayət əməli nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə vurulmuş maddi ziyana görə ******* (üç milyon altı yüz qırx yeddi min) manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduğundan Cavabdeh yuxarıda qeyd edilən cinayət əməlini törətmiş olması mübahisə mövzusu deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu səbəbdən hazırkı məhkəmə araşdırmasının predmeti həmin cinayət əməlinin törədilməsi nəticəsində zərərçəkmiş şəxs olan iddiaçıya dəymiş zərərin məbləği, daha doğrusu iddiaçı tərəfindən tələb edilən məbləğin ona dəymiş real zərər olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, iddiaçı ******* (üç milyon altı yüz qırx yeddi min) manat məbləğində dəymiş maddi ziyan tələbini onunla əsaslandırmışdır ki, qaz boruları oğurlanan boru kəməri işlək vəziyyətdə olmuş, hal-hazırda istifadəsinə zərurət yaranmış və bu səbəbdən də bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin həmin boru kəmərinin bərpa edilməsinə ******* (üç milyon altı yüz qırx yeddi min) manat vəsait tələb olunur. Eyni zamanda, iddia ərizəsində qeyd edilmişdir ki, cinayət işinin birinci cildinin 43cü vərəqəsində müstəntiq tərəfindən iş materiallarına əlavə edilmiş arayışda göstərilmişdir ki, Hacıqabul MQKS-nin balansında olan 720 mm-lik, 22 km-lik Səngəçal Baş Qurğuları X14 arası qaz kəmərinin 8 km-lik hissəsinin yeni borularla əvəz edilməsinin hesablanmış dəyəri ******* (üç milyon altı yüz qırx yeddi min) manat təşkil edir. Göründüyü kimi iddiaçı qeyd edir ki, borularının bir hissəsi oğurlanmış qaz kəməri istifadə edilməsə də işlək vəziyyətdə olmuş, hazırda istifadəsinə zərurət yaransa da cavabdehin təqsirli hərəkətləri nəticəsində istifadə edilə bilmir. Bu qədər yüksək məbləğdə olan pul vəsaiti isə qaz kəmərinin bərpa edilərək yenidən istidayə verilməsi üçün tələb edilir. Məhkəmə yuxarıda qeyd edilən hallarla razılaşmayaraq hesab edir ki, iddiaçının qeyd etdiyindən fərqli olaraq müvafiq qaz kəməri cinayət hadisəsindən əvvəl işlək vəziyyətdə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, qaz kəmərinin keçdiyi ərazinin torpaq örtüyünün qabarma xüsusiyyəti, korroziya aktivliyi müəyyən edilmədiyinə, borunun mühafizə örtüyünün, xarici səthinin, izolyasiyasının və kipliyinin vəziyyəti yoxlanılmadığına və istifadəsiz qaz xəttinin istismara saz vəziyyətdə saxlanılması üçün texniki xidmət (qulluq) aparılmadığına və “Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın və “X11nin istismarında texniki təhlükəsizlik qaydaları”nın tələblərinə riayət olunmadığına görə qeyd olunan şəraitdə polad materialdan olan qaz kəmərinin qazın nəqli üçün yararlı vəziyyətdə qalması baxımından qeyrimümkündür. Göründüyü kimi mübahisəli qaz xətti cinayət hadisəsindən əvvəl işlək vəziyyətdə olmamışdır. Yəni iddiaçı təşkilat müvafiq qaz xəttini istismara hazır vəziyyətdə saxlamamış, bunun üçün qanunla müəyyən edilən tədbir və texniki təhlükəsizlik qaydalarına riayət etməmiş, lazımi xidmət göstərməmiş nəticədə istifadə edilməyən qaz xətti tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh isə istifadəyə yararsız və işlək vəziyyətdə olmayan bu qaz xəttinin borularını kəsmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehdən həmin boruların dəyərini deyil, qaz xəttinin yenidən bərpa edilməsi xərcini tələb edir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən lazımi qaydada saxlanılmadığına görə istismara yararsız hala düşmüş qaz xəttinə məxsus qaz borularını kəsdiyinə görə Cavabdeh bu qaz xəttinin bərpası xərclərinin tələb edilməsi yolverilməzdir və istənilən bu cür tələb əsassızdır. Çünki qaz xəttini işlək vəziyyətdə saxlamayan, onu istismara yararsız hala salan cavabdeh deyil, iddiaçı təşkilatdır. Cavabdeh yalnız bu yararsız xəttə məxsus boruları kəsmişdir. Belə olan halda ondan yalnız bu boruların dəyəri tələb edilə bilər. Bu mənada hazırkı tələb tam əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, hökmlə Cavabdeh iddiaçıya 42350 manat məbləğində zərər vurduğu göstərilsə də hazırda iddiaçının tələb etdiyi məbləğ bununla bağlı deyil. Belə ki, hökmdə iddiaçıya dəymiş zərər kimi göstərilmiş bu məbləğ ekspertizanın rəyinə əsasən qaz borularının bir metrinin dəyərinə uyğun olaraq (7700 m x 5.5 manat = 42350 manat) hesablanmışdır. Hazırkı iddia tələbinin əsasını isə bu boruların dəyərinin tutulması deyil, istismara yararsız olan qaz xəttinin yenidən bərpası xərclərinin tutulması təşkil edir. Həmin 42350 manat məbləğində pul isə iddiaçı tərəfindən tələb edilmədiyindən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsnin 218.3-cü maddəsinə əsasən məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından məhkəmə tərəfindən bu məsələyə heç bir münasibət bildirilmir. Son olaraq, məhkəmə xatırladır ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə ki, X12 Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edilir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Yəni iddiaçı bu qədər yüksək məbləğdə - ******* (üç milyon altı yüz qırx yeddi) manat həcmində - iddia tələbi ilə məhkəməyə müraciət edərkən qaz xəttinin istismara yararsız vəziyyətdə düşməsində cavabdehin birbaşa məsuliyyətinin olmamasını nəzərə almamaqla yanaşı, bu iddia təmin edilərsə qəbul ediləcək məhkəmə qətnaməsinin faktiki olaraq icrasız qalacağını, cavabdehin bu məbləğdə borcu ödəməyə maddi imkanı olmasının real görünmədiyini nəzərə almamış,yalnız formallığa yol verərək kəsilən qaz borusuna görə onsuz da işlək vəziyyətdə olmayan qaz xəttinin bərpası xərclərini tələb etməyə çalışmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı təşkilata məxsus qaz xəttinin istismara yararsız hala salınmasına görə heç bir məsuliyyət daşımaması iş materialları ilə tam sübut edildiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2286/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2286/2020
28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver