Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2293/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən birgə nikahdan doğulmuş 29 may 2008-ci il təvəllüdlü X5 və 26 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər uşağa görə tutulan alimentin məbləği artırılaraq 193 manat sabit pul məbləğinin İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin Məhkəməsinin 08 avqust 2011-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında olan nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən, birgə nikahdan doğulmuş X5 və X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün 160 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda X2 13 yaşı, X1 12 yaşı var. Suraxanı Rayon Məhkəməsinin Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar və taekvan-do üzrə bir çox yarışlarda iştirak edirlər. Buna görə də, məsrəflər yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkin yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilmiş və AR Prezidentinin 2022-ci il üçün yaşayış minimumu haqqında qanunda edilmiş dəyişikliklərə əsasən 193 manat müəyyən edilmişdir. Uşaqların bütün xərclərini və qayğısını o çəkir. Bu səbəbdən uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını təkbaşına qarşılamaq onun üçün çətindir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib bildirdi ki, cavabdeh onurğasından aldığı zədədən sona işləməsə də, onun təqaüdü yüksəkdir və tələb edilən məbləğdə alimenti ödəyə bilər. Ona görə də, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək səhhətində yaranmış problemlərlə əlaqədar hazırki tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbi ilə razı olmadığını bildirdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 04.10.2011-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 05 sentyabr 2011-ci il tarixdən hesablanmaqla 29.05.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat və 26 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 90 manat olmaqla cəmi 180 manat alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 127666 saylı, 10.11.2011-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah pozulmuş və nikah pozulduqdan sonra sonuncuya Zeynalova soyadı verilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-4058/2018 saylı, 10.07.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3147/2011 saylı, 04.10.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh 29.05.2008-ci il təvəllüdlü X5 və 26 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay təyin olunmuş aliment miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan “tibbi sənədlər”dən görünür ki, Cavabdeh onurğa sütununda yaranmış problemlərdən əziyyət çəkir və bununla əlaqədar davamlı olaraq müalicə proseduru qəbul edir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflərin birgə nikahından doğulan iki azyaşlı uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə məhkəmə qətnaməsi ilə əliment tutulur. İddiaçı həmin məbləğin hazırkı dövrün tələblərinə cavab vermədiyi üçün artırılmasını istəyir. Cavabdeh tərəf sağlamlığında olan problemlərə, eyni zamanda yenidən ailə qurmasına istinad edərək alimentin artırılmasına yazılı şəkildə etiraz edir. İddiaçı öz izahatında cavabdehin aldığı zədə səbəbi ilə əmək qabiliyyətini itirdiyini, lakin onun təqaüdünün kifayət qədər yüksək olduğunu bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin mənasından göründüyü kimi aliment məbləğinin dəyişdirilməsi o halda baş verir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Yani, tərəfin gəliri ya artmış, ya da azalmış olsun. Bu halda, iddiaçının tələbinə əsasən aliment məbləği müvafiq olaraq artırıla və ya azaldıla bilər. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən məbləğdə alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər imkanının olmasını göstərən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eləcə də, iddiaçının izahatından və cavabdehin məhkəməyə ünvanladığı ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh onurğa nahiyəsində sınıq olduğundan əmək qabiliyyətinə malik deyil və onun maddi vəziyyətində hər hansı müsbətyönümlü dəyişilik olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Zeynalova Elmı̇ ra Mahı̇ r qızının cavabdeh Paşayev Rı̇ şad Əlı̇ kövsər oğluna qarşı 29 may 2008-ci il təvəllüdlü X5 və 26 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində müəyyən edilməsinə dair iddia tələbi təmin edilməsin. Mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində pul iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2293/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2293/2022
26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver