Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2308/2020 16.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı«alimentin artırılması» tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı«alimentin artırılması» tələbinə dair məhkəməyə müraciət edərək, Xətai rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 13.06.2010-cu il təvəllüdlü x1 və 14.09.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər bir uşağa görə 154 manat, cəmi 308 manat məbləğində alimentin həcmini artıraraq Cavabdeh 13.06.2010-cu il təvəllüdlü x1 və 14.09.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün bir uşağa görə 170 manat, cəmi 340 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edərək iddianı təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası qismən təmin olunmaqla qətnamə qanuni qüvvəsini aldığı tarixdən Cavabdeh 13.06.2010cu il təvəllüdlü x1 və 14.09.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər uşağa görə 154 manat cəmi 308 manat məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. İddiaçı hesab edir ki, alimentin həcmi artırılaraq Cavabdeh 2019-cu il ölkə üzrə müəyyən edilmiş 170 manat məbləğində aliment nəzərdə tutulmuşdur. Belə ki, Cavabdeh ilə birgə nikahlarından 13.06.2010-cu il təvəllüdlü x4 və 14.09.2012-ci il təvəllüdlü x5 anadan olmuş, uşaqlar İddiaçı himayəsində saxlanılmışdır. Suraxanı rayon Məhkəməsinin 17.11.2016-cı il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 04.12.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehdən 04.10.2016-cı il tarixdən etibarən cəmi 234 manat alimentin tutulması qət edilmişdir. Bununla əlaqədar, İddiaçı Xətai rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hər bir uşağa görə 154 manat, cəmi 308 manat məbləğində alimentin həcmini artıraraq Cavabdeh 13.06.2010-cu il təvəllüdlü x1 və 14.09.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün bir uşağa görə 170 manat cəmi 340 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməklə, iddianı təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia tələbinin müdaifə edilməsini dair iddiaçının izahatını nəzərə alaraqtoplanmış sübutları və iş materiallarını araşdıraraq, hesab edir edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, qətnamə qanuni qüvvəsini aldığı tarixdən, yəni 31 iyul 2017-ci il tarixdən hesablanmaqla Cavabdeh 13.06.2010-cu il təvəllüdlü x1 və 14.09.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 137 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2(011)-6281/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmışdır, 13 iyun 2010-cu il təvəllüdlü x1 və 14 sentyabr 2012-ci il təvəllüdlü x2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat məbləğində olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 aprel 2017-ci il tarixli, AZ-İ seriyalı 263489 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə və məhkəmə iclasında təqdim olunmuş şəhadətnamənin əslinə əsasən Cavabdeh və x3 nikahları ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13 aprel 2017-ci il tarixdə 141 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərin soyadı Zeynəddinov, arvadın isə Əsgərova kimi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən 19.06.2010-cu il tarixli, AZ-İİ seriyalı, 472898 saylı doğum haqqında şəhadətnamənin surətinə və məhkəmə iclasında təqdim olunmuş şəhadətnamənin əslinə əsasən x4 13 iyun 2010-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 19 iyun 2010-cu il tarixdə 1552 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında x6 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən 14.12.2012-ci il tarixli, AZ-İİİ seriyalı, 020565 saylı doğum haqqında şəhadədətnamənin surətindən görünür ki, x5 14 sentyabr 2012-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 dekabr 2012-ci il tarixdə 4044 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında x3 qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. AzərbaycanRespublikasınıntərəfdarçıxdığıBMT-nin Baş Assambleyasının 20.11.1959cu il tarixli 1386 (XİV) saylı qətnaməsinə və 12.11.1989-cu il tarixli x11 BMT Konvensiyasının 3, 20 və 26-cı maddələrinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın rifahı üçün zəruri olan təminat, müdafiə və qayğı məqsədilə bütün qanunvericilik tədbirlərini həyata keçirir, hər bir uşağın sosial, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyıb Milli qanunvericiliklərində bu hüququn həyata keçirilməsi üçün lazımi tədbirlər görməlidirlər. «x11» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, qida rassionlarına uyğun şəkildə qidalanması, təhsili ilə bağlı xərclərin mövcudluğunu və bununla da hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın gündəlik tələbatının artmasını nəzərə alaraq, iddianın təmin edilərək 13.06.2010-cu il təvəllüdlü x1 və 14.09.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləgində alimentin artırılmasının qət edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin məbləğinin artırılmasının əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Ona görə ki, 13.06.2010-cu il təvəllüdlü x1 və 14.09.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat, cəmin 308 manat sabit pul məbləğində aliment tutulmasına dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırki iş üzrə alimentin artırılması barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Xətai Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli 2(010)-6281/2017 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdən tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimen tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenunumunun 28 mart 2016-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumucavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə 13.06.2010-cu il təvəllüdlü x1 və 14.09.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2308/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2308/2020
16.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver