Məhkəmə qərarları › İş №2(010)-2334/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2334/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2334/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh Rəşad oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Rəşad oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Rəşad oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 19000 (on doqquz min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin əsasının dəyişdirilməsi barədə ərizə ilə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onu aldadaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 383 kv m. torpaq sahəsinin satılmasında vasitəçilik etmiş, 2014-cü ildə həmin torpaq sahəsini ümumilikdə 25000 ABŞ dolları məbləğində Mövlamov Əliheydər adlı şəxsə satmışdır. Satışdan əldə olunmuş pulu Mövlamov Əliheydər və onun tanışı Əliyev Nizami adlı şəxsin yanında cavabdehə verilmişdir. Cavabdeh isə həmin pulu artıraraq yaxşı yerdən ona ev almağa köməklik edəcəyini bildirmişdir. Lakin həmin müddətdən neçə il keçməsinə baxmayaraq cavabdeh nə ev almış, nə də pulu geri qaytarmış və beləliklə də, onun 19000 manat məbləğində pulunu talamışdır. Cavabdeh 19000 (on doqquz min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsində qeyd olunanlardan əlavə olaraq göstərmişdir ki, o, cavabdehin əməllərindən 2017-ci ildə AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazılı şikayət ərizəsi vermis, lakin həmin şikayət ərizəsinə baxılması aidiyyəti üzrə Suraxanı RPİ-yə göndərilssə də, nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. 2021-ci ildə AR DİN-in rəsmi internet saytından onlayn qaydada baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Bununla bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsində araşdırma aparılsa da ona nəticəsi barədə heç bir məlumat verilməmişdir. Cavabdehə pulu verdiyi zaman ona etibar etmiş və hər hansısa rəsmləşdirilmə aparmamışdır. 2015-ci ildə cavabdehlə pulun qaytarılması ilə bağlı danışığını telefonu vasitəsi ilə yazmış və həmin yazını məhkəməyə təqdim etmişdir. Həmin səs yazıları cavabdehlə çayxanada, eləcə də sonuncunun ofisində qeydə alınmış və yazıda cavabdeh açıq aşkar ona pul qaytaracağını etiraf edir, vaxt verilməsini xahiş edir. Cavabdeh Rəşad oğlunun nümayəndəsi qismində izahat vermis onun vəkili Vəkil məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq izahatında göstərdi ki, iddiaçı evin satışından əldə etdiyi pulun 19000 manat hissəsini ticarətlə məşğul olmaq məqsədi ilə cavabdehə verdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş audioyazıya gəldikdə isə iddiaçı ilə danışan şəxsin səsi cavabdehin səsinə oxşasa da, tam əminliklə onun Cavabdeh Rəşad oğlu olması bildirmək mümkün deyildir. Həmçinin danışıq zamanı iddiaçı ilə danışan şəxs cəmi bir yerdə 20000 manat pul verəcəyini bildirsə də, bunu borcun qaytarılması və ya borc verəcəyini qətiyyətlə müəyyən etmək olmur. Digər tərəfdən, iddiaçının tələbinin əsası ona dəlalət edir ki, iddia etdiyi pulu cavabdehə borc vermişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, məhkəməyə iddia müddətinin ötürməklə verdiyini nəzərə alaraq, İddiaçı cavabdeh X3 qarşı, xx.xx.1972-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X1 19000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair iddia ərizəsi həmçinin iddia müddəti tətbiq edilməklə rədd olunmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən yeganə sübut kimi iki ədəd audio səs yazısı əks olunmuş CD ibarətdir. Qeyd edilməlidir ki, həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdir. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Bu sübutun (iddiaçı tərəfindən təqdim olunan səs yazısı) mümkünlüyü ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmədə bilavasitə deyil, nümayəndəsi vasitəsilə iştirak etmiş və məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq cavabdeh səs yazısı tədqiq edildiyi zaman məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda cavabdehin özünün iştirak edib bu halı təsdiq etmək istəmədiyini, eləcə də onun nümayəndəsinin iddiaçı ilə söhbət aparan şəxsin səsinin cavabdehin səsinə oxşadığını etiraf etməsini nəzərə alaraq məhkəmə həmin səs yazısını mötəbər sübut kimi qəbul edir. Həmin səs yazısında əks olunanlara qiymət verib məhkəmə ilk növbədə qeyd edir ki, yazının 17-ci dəqiqəsi ilə 18-ci dəqiqəsi arasında iddiaçı ilə söhbət zamanı onun oponenti “20 minə yaxın pul verəcəm” sözlərini bildirir. Belə olan halda məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində bildirdiyindən basqa cavabdeh onunla iddiaçı arasında digər münasibətlərin mövcüdluğunu sübut edə bilmədiyinə görə məhkəmə bu nəticəyə gəlir ki, təqdim olunmuş səs yazısı cavabdehin iddiaçı qarşısında öhdəliklərin mövcüdluğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında münasibətlər yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. - 329.3-cü maddəsinə əsasən şifahi bağlanan bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik ) üçün məsuliyyət daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında borc münasibətləri yaranmış və cavabdeh aldığı 19000 manat pulu iddiaçıya qaytarılmasına dair öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında gəldiyi nəticələrə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Odur ki, hazırki iddia tələbi üzrə tərəflər arasında kredit münasibətləri mövcud olsa da, müqavilədən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Qeyd olunan normanın tələblərini və iddiaçının borcunu 2015-ci ilin yay ayında tələb etdiyini (iddiaçının deməsinə görə səs yazısı 2015-ci ilin yay ayında aparılıb) nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının müqavilədən irəli gələn öhdəliyin icra müddəti tələb etmə anı üçün bitmişdir. İddiaçı da hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Belə olan halda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Rəşad oğluna qarşı pul tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən bir ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar