Məhkəmə qərarları › İş №2(010)-235/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-235/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-235/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Əyyub oğlunun iştirakları ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 15929.38 manat əsas, 235.7 manat faiz, 73.17 manat cərimə, cəmi 16238.25 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 138.72 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 7% ödəmək şərtilə 17255 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 25 avqust 2022, çərşənbə axşamı tarixinə “Unibank" KB ASC-yə 15929.38 manat əsas, 235.7 manat faiz, 73.17 manat cərimə, cəmi 16238.25 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli "Kredit müqaviləsi” bağlanmışdır. Cavabdehə hesablanmış əsas və faiz borcunun məbləği yüksəkdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 6067nkADJ\21 saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 7% ödəmək şərtilə 17255 manat məbləğində kredit ayrılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 15929.38 manat əsas, 235.7 manat faiz, 73.17 manat cərimə, cəmi 16238.25 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/522 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 6067nkADJ\21 saylı Kredit Müqaviləsinin şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə yəni xx.xx.2022-ci il tarixə Cavabdeh iddiaçı “Unibank» KB ASC-nə olan cəmi borcu 16202.24 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 15900.29 manat, fazi borcu üzrə 228.79 manat, cərimə faizi üzrə 73,17 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3076 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 6067nkADJ\21 saylı və xx.xx.2014-cü il tarixli 4612nkİNSH/14 saylı Kredit Müqavilələrinin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə Cavabdeh iddiaçı “Unibank" KB ASCnə xx.xx.2014-cü il tarixli 4612nkİNSH/14 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 8268.60 ABŞ dolları əsas borcu, 3020.66 ABŞ dolları faiz borcu, xx.xx.2021-ci il tarixli 6067nkADJ\21 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 15900.29 manat, fazi borcu üzrə 228.79 manat, cərimə faizi üzrə 73,17 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cu maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 6067nkADJ\21 saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 7% ödəmək şərtilə 17255 manat məbləğində kredit ayrılmışdır. İş üzrə iddiaçı "Unibank” X1 Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İş üzrə keçirilmiş ekspertiza zamanı verilmiş rəydə Cavabdeh məhkəməyə müraciət olunduğu tarixə, yəni xx.xx.2022-cü il tarixə 15900.29 manat əsas, 228.79 manat faiz, 73.17 manat cərimə məbləğində borcunun olması müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, cavabdehin kredit müqaviləsi üzrə borcun məbləği iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən daha yüksək göstərildiyindən, kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğləri xüsusi biliyə malik olan ekspert tərəfindən verilmiş ekspert rəyindən götürülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 6067nkADJ\21 saylı Kredit Müqaviləsi üzrə 15900.29 manat əsas, 228.79 manat faiz, 73.17 manat cərimə, cəmi 16202.25 manat və 138.72 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 6067nkADJ\21 saylı Kredit Müqaviləsi üzrə 15900.29 manat əsas, 228.79 manat faiz, 73.17 manat cərimə, cəmi 16202.25 (on altı min iki yüz iki manat, iyirmi beş qəpik) manat və 138.72 (bir yüz otuz səkkiz manat, yetmiş iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Ekspertiza xərci - 200 (iki yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar