Məhkəmə qərarları › İş №2(010)-2361/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-2361/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2361/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1637,39 manat, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 112 manat icra ödənişinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti – Bank, X5 – Kredit alan və İddiaçı– Zamin olmaqla bağlanmış 10 sentyabr 2018-ci il tarixli Kredit müqaviləsinə əsasən kredit alan X3 2100 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan X5 almış olduğu krediti müqavilə ilə nəzərdə tutlmuş qaydada ödəmədiyi üçün, Bank tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhər Suraxanı rayon məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 və İddiaçı müştərək qaydada cəmi 1577,58 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. Həmin məhkəmə qətnaməsi icra edilməsi üçün İcra Şöbəsinə göndərilmişdir. Əsas borclu olan X5 borcunu ödəmədiyi üçün icra sənədi onun (iddiaçının) iş yeri üzrə əmək haqqından tutulmalar aparılaraq icra edilmişdir. İddiaçının ümumilikdə ödədiyi pulun məbləği 1637,39 manat və 3.500 manat təşkil edir. Bundan sonra o, ödəmiş olduğu həmin pulu Əhmədov İsmət 112 məbləğində icra ödənişini ödəmişdir. O, cavabdehdən pulunu tələb etsə də, cavabdeh onun ödədiyi pulu qaytarmamışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini və zamin olaraq kredit alan X2 əvəzindən Banka ödəmiş olduğu 1637 manat pulun, 112 manat icra ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materialları və iddiaçının izahatı ilə işin mübhisələndirilməyən halları ondan ibarətdir ki, Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti – “Bank”, X5 – “Kredit alan” və İddiaçı – “Zamin” olmaqla 10 sentyabr 2018-ci il tarixli Kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklər lazımi qaydada icra edilmədiyindən Bakı şəhər Suraxanı rayon məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(010)-3366/2020 saylı məhkəmə qətnaməsinə əsasən, cavabdehlər X5 və İddiaçı müştərək qaydada Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1577,58 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutulmuşdur. İş materiallarında olan ödəniş tapşırığı, qəbz və hesabdan çıxarış məlumatlarından görünür ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(010)- 3366/2020 saylı icra sənədi üzrə İddiaçı əmək haqqısından 1637,39 manat məbləğində kredit borcuna, 30 manat dövlət rüsumuna və görə xxxx ASC-nin xeyrinə, eləcə də 112 manat icra ödənişi ödənilmişdir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 07 sentyabr 2020-ci il tarixli Kredit müqaviləsinə əsasən Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti (kreditor) tərəfindən X3 (Kredit alan) 2100 manat məbləğində kredit verilməsi zamanı “Kredit alan”ın öhdəliyi İddiaçı zaminliyi ilə təmin olunmuş və sonuncu tərəfindən həmin kredit üzrə 1637,39 manat məbləğində pul vəsaiti, eləcə də həmin kredit müqaviləsinin qaytarılmsı ilə bağlı baxılan mülki iş çərçivəsində ödənilmiş 30 manat dövlət rüsumu və Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə əlaqədar Binəqədi İcra şöbəsinə 112 manat icra ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, kredit alan X4ən kredit verən Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyini icra etmiş zamin İddiaçı kreditorun həmin öhdəlik üzrə hüquqları tələbini ödədiyi həcmdə keçdiyindən, o, kredit alan X1 kreditora ödədiyi məbləği tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı xeyrinə cavabdeh X1 1749,39 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1779,39 manat məbləğində pul vəsaiti tutulsun. Qiyabi qətnamədən cavabdehlər qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar