Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2369/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB (Azərbaycan)” X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 124227-1-19774/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 557.51 manat məbləğində əsas borc, 4.15 manat məbləğində faiz borcu, ümumilikdə isə 561.66 manat pul məbləğinin, “Bank VTB (Azərbaycan)” X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 124227-CNS-4202/2 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 2931.96 manat məbləğində əsas borc, 22.92 manat məbləğində faiz borcu, ümumilikdə isə 2954.88 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq “Bank VTB (Azərbaycan)” X3 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 daha sonra iddia ərizəsinə əlavə verərək Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 124227-1-19774/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 534.73 manat məbləğində əsas borc məbləğinin, “Bank VTB (Azərbaycan)” X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 124227-CNS-4202/2 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 2930.81 manat məbləğində əsas borc məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq “Bank VTB (Azərbaycan)” X3 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bank VTB (Azərbaycan) X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 124227-1-19774/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 557.51 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticəsində cavabdehin Banka 534.73 manat məbləğində borcu qalmışdır. Bundan başqa, Bank VTB (Azərbaycan) X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 124227-CNS-4202/2 saylı "Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 2931.96 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri icra etməmiş və nəticəsində cavabdehin Banka 2930.81 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, dövlət rüsumu onun tərəfindən ödənilməməlidir. O bankla müqavilə bağlamış və həmin müqavilə ABŞ dolları ilə bağlanmışdır. Sonradan o «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq restruktrizasiya olunması ilə bağlı olaraq banka müraciət etmiş və bankla müqavilə bağlamış və müqavilələr üzrə borc manata çevrilmişdir. O borcu birdəfəyə ödəmək iqtidarında deyil. Qeyd olunanlara əsasən borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 124227-CNS-4202/2 saylı nağd pul kredit müqaviləsindən görünür ki, Cavabdeh kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar restrukturizasiya olunaraq borclunun banka qalan 2931.96 manat məbləğində borcu illik 1% faiz ödəmək şərtilə 60 ay müddətinə bölünmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 124227-1-19774/1 saylı nağd pul krediti müqaviləsindən görünür ki, Cavabdeh kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar restrukturizasiya olunaraq borclunun banka qalan 557.51 manat məbləğində borcu illik 1% faiz ödəmək şərtilə 60 ay müddətinə bölünmüşdür. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı-yə xx.xx.2019-cu il tarixli 124227-1-19774/1 saylı "Nağd pul krediti müqaviləsi" üzrə xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 534.73 manat borcu vardır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı-yə xx.xx.2019-cu il tarixli 124227-CNS-4202/2 saylı "Nağd pul krediti müqaviləsi" üzrə xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 2930.81 manat borcu vardır. İş materiallarına əlavə edilmiş “Bank VTB (Azərbaycan)” ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyalardan görünür ki, “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 124227-CNS-4202/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar restrukturizasiya olunaraq borclunun banka qalan 2931.96 manat məbləğində borcu illik 1% faiz ödəmək şərtilə 60 ay müddətinə bölünmüşdür. Eyni zamanda iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 124227-1-19774/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar restrukturizasiya olunaraq borclunun banka qalan 557.51 manat məbləğində borcu illik 1% faiz ödəmək şərtilə 60 ay müddətinə bölünmüşdür. Hazırda Cavabdeh İddiaçı-yə xx.xx.2019-cu il tarixli 124227-1-19774/1 saylı "Nağd pul krediti müqaviləsi" üzrə xx.xx.2020-ci il tarixinə 534.73 manat əsas borcu, İddiaçı-yə xx.xx.2019-cu il tarixli 124227-CNS-4202/2 saylı "Nağd pul krediti müqaviləsi" üzrə xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 2930.81 manat əsas borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, Cavabdehxx.xx.2019-cu il tarixli 124227-1-19774/1 saylı kredit müqaviləsinə əsasən 534.73 manat əsas borc, xx.xx.2019-cu il tarixli 124227-CNS-4202/2 saylı kredit müqaviləsinə əsasən 2930.81 manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 124227-1-19774/1 saylı kredit müqaviləsinə əsasən 534.73 (beş yüz otuz dörd manat, yetmiş üç qəpik) manat əsas borc və xx.xx.2019-cu il tarixli 124227-CNS-4202/2 saylı kredit müqaviləsinə əsasən 2930.81 (iki min doqquz yüz otuz manat, səksən bir qəpik) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2369/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2369/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver