Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2370/2020 10.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı «Bank VTB» x2 etibarnamə üzrə nümayəndəsi x1 iştirakı ilə, İddiaçı “Bank VTB” x2 Cavabdeh qarşı əsas borcun, faiz borcunun ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə 10 iyun 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB” x6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən bağlanmış 21.08.2019-cu il tarixli 135578-1-16119/1 saylı kredit müqaviləsinə əsasən 18.04.2020-ci il tarixə banka borclu olduğu 5603.22 (beş min altı yüz üç manat iyirmi iki qəpik manat məbləğində əsas borc, 35.33 (otuz beş manat otuz üç qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 5638.55 (beş min altı yüz otuz səkkiz manat əlli beş manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30(otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən iddiaçı Bank VTB x2 nümayəndəsiAtayev Məmməd Azər oğlu məhkəmədə iddianın müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 21.08.2019-cu il tarixli 135578-1-16119/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay 5603.22 (beş min altı yüz üç manat iyirmi iki qəpik) manat məbləğində kredit verilmişdir.Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri 08.04.2020-ci il tarixə icra etməmiş və nəticəsində cavabdehin Banka 5603.22 (beş min altı yüz üç manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 35.33 (otuz beş manat otuz üç qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 5638.55 (beş min altı yüz otuz səkkiz manat əlli beş qəpik) manat məbləğində borcu qalmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol vermişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış 21.08.2019-cu il tarixli 135578-1-16119/1 saylı kredit müqaviləsinə əsasən 08.04.2020-ci il tarixə Banka borclu olduğu 5603.22 (beş min altı yüz üç manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 35.33 (otuz beş manat otuz üç qəpik) məbləğində faiz borcu, ümumilikdə isə 5638.55 (beş min altı yüz otuz səkkiz manat əlli beş qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) xeyrinə ödənilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işə əlavə edilmiş 21.08.2019-cu il tarixli 135578-1-16119/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay 5603.22 (beş min altı yüz üç manat iyirmi iki qəpik) manat məbləğində kredit verilmişdir.Kreditin təyinatı fərmana uyğun laraq 21 oktyabr 2014-cü il tarixli 135578-CNS -1169 saylı kreditin restrukturizasiyası qeyd edilmişdir. Mülki işə əlavə edilmiş 08 aprel 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 18 aprel 2020-ci tarixə olan borcu 5603.22 (beş min altı yüz üç manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 35.33 (otuz beş manat otuz üç qəpik) məbləğində faiz borcu təşkil etmişdir. Mülki işə əlavə edilmiş 20 noyabr 2019-cu il tarixli pretenziya məktubuna əsasən Cavabdeh 5603.22 (beş min altı yüz üç manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 35.33 (otuz beş manat otuz üç qəpik) məbləğində faiz borcu təşkil etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin faktiki hallarından görünür ki, Cavabdeh 21 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Bank VTB”x4rşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 5603.22 (beş min altı yüz üç manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 35.33 (otuz beş manat otuz üç qəpik) məbləğində faiz borcu, ümumilikdə isə 5638.55 (beş min altı yüz otuz səkkiz manat əlli beş qəpik) manat pul vəsaiti ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, “Bank VTB” x3 məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 28 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Bank VTB”x2 iddiası qismən təmin edilsin. Cavabdeh o oğlundan 08 aprel 2020-ci il tarixə kimi yaranmış 5603.22 (beş min altı yüz üç manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 35.33 (otuz beş manat otuz üç qəpik) məbləğində faiz borcu, ümumilikdə isə 5638.55 (beş min altı yüz otuz səkkiz manat əlli beş qəpik) manat pul məbləğinin pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla tutularaq “Bank VTB”x5 ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 (iyirmi səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq “Bank VTB”x5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2370/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2370/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver