Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2378/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə nikahından doğulmuş 08 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin məbləğinin artırılaraq 250 manat müəyyən edilməsi və həmin aliment məbləğinin Cavabdeh tutularaq uşaq 18 yaşına çatana qədər ona ödənilməsi, mediasiya prosesində ödədiyi 55 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-5423/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 anasının yanında saxlanılması, həmin uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin vaxt uşağın 6 yaşı var idi, indi uşağın 8 yaşı vardır, uşaq böyümüşdür, məktəbə gedir, 2 fənndən hazırlığa gedir, hazırlıq üçün hər ay elə 100 manat pul ödənilir, 175 manat sabit pul məbləğində aliment onu saxlamaq üçün kifayət etmir. Uşağa hər ay 500 manata yaxın vəsait xərclənir, 175 manat sabit pul məbləğində aliment isə uşağın saxlanılması üçün kifayət etmir, uşaq böyüdükcə xərcləri də artır. Qətnamə qəbul edilən zaman qiymətlər də hal-hazırda olduğundan qat-qat aşağı idi. Uşağın orqanizmi 2021-ci ildə olduğuna nisbətən daha çox qida tələb edir, geyim əşyaları da təbii ki, 2021-ci ildəkinə nisbətən daha çox vəsait tələb edir. Bundan başqa təzəliklə aşkar edilmişdir ki, uşaq talassemiya xəstəliyindən əziyyət çəkir, onun müalicəsi üçün əlavə xərclər tələb olunur. Belə ki, uşağın dərmanları, analiz xərcləri, onun həkimə aparılıb gətirilməsi üçün nəqliyyat xərcləri - taksi və s. əlavə vəsaitlər tələb edir. Lakin cavabdeh həmin xərclərdə iştirak etmir. Elə olur ki, uşağın saxlanmasına xəstəliyi, məktəbi, hazırlığı ilə bağlı 1000 manat vəsait çıxır. Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İş materialları
5. Suraxanı Rayon Məhkəməsinin 2(010)-5423/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 anasının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. xx.xx.2023-cü il tarixli, Bakı 11 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.
İşin faktiki halları
7. Tərəflər arasında rəsmi nikahın olması, aralarındakı nikahdan bir uşaqlarının olması, daha sonra məhkəmə qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehdən 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə dair hallar işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən azyaşlının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
10. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
13. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
14. Məhkəmə ididiaçını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
15. Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçı övladı xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 250 manat məbləğində aliment tutulmasını xahiş etsə də, lakin cavabdehin qeyd olunan məbləğdə aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu və 2023-cü il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi qismən təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə bu qərara gələrkən həm də ona əsaslanır ki, azyaşlının saxlanılması üçün aliment təyin edilməsindən keçən müddət ərzində yaşayış xərcləri kifayət qədər dəyişmişdir. Məhkəmə bu halı alimentin qeyd edilən miqdarda artırılması üçün əsas hesab edir.
16. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeḣ oğlundan 08 sentyabr 2015-ci il təvəllüdlü X1 üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)-5423/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeḣ oğlundan tutularaq iddiaçı Hüseynova Kəklı̇ k Mı̇ rağa qızına ödənilsin. Artırılmış aliment məbləği qətnamənin qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.