Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-239/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən İddiaçı2 İB-yə vurulmuş 9710.35 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 9740.35 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı2 İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 İB ilə abonent Cavabdeh arasında 09.01.2017-ci il tarixində 12/2986 nömrəli “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında ”Azəriqaz” İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı2 İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00290 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 11302AZ**********90 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğasından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı2 İB-nin əməkdaşları tərəfindən Birliyin balansı və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 17.01.2018-ci il tarixli ******* saylı akt əsasında 765.60 manat; 20.02.2018-ci il tarixli ******* saylı akt əsasında 322.40 manat; 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 161 manat; 18.04.2018-ci il tarixli ******* saylı akt əsasında 331.80 manat; 21.05.2018-ci il tarixli ******* saylı akt əsasında 293.20 manat; 27.06.2018-ci il tarixli ******* saylı akt əsasında 115.20 manat; 26.07.2018-ci il tarixli ******* saylı akt əsasında 115.20 manat; 27.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat; 25.09.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat; 30.04.2019-cu il tarixli ******* saylı kat əsasında 133.20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat; 30.08.2019-cu il tarixli 023736 saylı akt əsasında 32.40 manat; 30.09.2019cu il tarixli ******* saylı akt əsasında 32.40 manat; 30.10.2019-ci il tarixli ******* saylı akt əsasında 32.40 manat; 20.11.2019-cu il tarixli ******* saylı akt əsasında 109.80 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 30.05.2020-ci il tarixli 028558 saylı kat əsasında 446.40 manat; 30.06.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat; cəmi 5301.20 manat məbləğində İddiaçı2 İB-yə maddi zərərin olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 600.30 manat və əvvəlki illərdən isə 3808.85 manat borcu qalmışdır. Cavabdehin İddiaçı2 İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 9710.35 manat təşkil etməkdədir. İddiaçı2 İB-nin nümayəndələri tərəfindən cavabdehə 9710.35 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı2 İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia tələbinin həcminin artırılması. Daha sonra, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, məhkəmədən 13022.37 manat ((534.9 manat 07.12-ci il tarixə olan qalıq borc + 600.3 manat sayğac üzrə istifadə edilmiş, lakin ödənilməmiş sərfiyyat məbləği + 12893.6 manat aktlar üzrə borc) - 154.71 manat borca görə aparılan tutulma - 851.72 manat həyata keçirilmiş ödəmə) məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 13052.37 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı2 İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İddiaçı2 İstehsalat Birliyi və abonent Cavabdeh arasında bağlanmış 09.01.2017-ci il tarixli, 12/2986 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 17.01.2018-ci il tarixli, 20.02.2018-ci il tarixli, 15.03.2018-ci il tarixli, 19.04.2018-ci il tarixli, 22.05.2018-ci il tarixli, 27.06.2018-ci il tarixli, 27.07.2018-ci il tarixli, 27.08.2018-ci il tarixli, 25.09.2018-ci il tarixli, 31.10.2018-ci il tarixli, 30.11.2018-ci il tarixli, 28.12.2018-ci il tarixli, 31.01.2019-cu il tarixli, 28.02.2019-cu il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019cu il tarixli, 30.05.2019-cu il tarixli, 28.06.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019-cu il tarixli, 28.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 31.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli, 30.03.2020-ci il tarixli, 31.05.2020-ci il tarixli aktların iddiaçı tərəfindən təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamələrin iddiaçı tərəfindən təsdiq edilmiş surətlərindən görünür ki, cavabdehin təbii qazdan istifadə qaydalarını pozması nəticəsində İddiaçı2 İB-yə 17.01.2018-ci il tarixli akt üzrə 3828 m3, 20.02.2018-ci il tarixli akt üzrə 1612 m3, 15.03.2018-ci il tarixli akt üzrə 805 m3, 19.04.2018-ci il tarixli akt üzrə 1659 m3, 22.05.2018-ci il tarixli akt üzrə 1466 m3, 27.06.2018-ci il tarixli akt üzrə 576 m3, 27.07.2018-ci il tarixli akt üzrə 576 m3, 27.08.2018-ci il tarixli akt üzrə 666 m3, 25.09.2018ci il tarixli akt üzrə 666 m3, 31.10.2018-ci il tarixli akt üzrə 1422 m3, 30.11.2018-ci il tarixli akt üzrə 1422 m3, 28.12.2018-ci il tarixli akt üzrə 1422 m3, 31.01.2019-cu il tarixli akt üzrə 1422 m3, 28.02.2019-cu il tarixli akt üzrə 1332 m3, 29.03.2019-cu il tarixli akt üzrə 1422 m3, 30.04.2019-cu il tarixli akt üzrə 1332 m3, 30.05.2019-cu il tarixli akt üzrə 324 m3, 28.06.2019-cu il tarixli akt üzrə 324 m3, 31.07.2019-cu il tarixli akt üzrə 324 m3, 30.09.2019-cu il tarixli akt üzrə 324 m3, 30.10.2019-cu il tarixli akt üzrə 324 m3, 28.11.2019-cu il tarixli akt üzrə 1098 m3, 30.12.2019-cu il tarixli akt üzrə 2520 m3, 31.01.2020-ci il tarixli akt üzrə 2520 m3, 28.02.2020-ci il tarixli akt üzrə 2520 m3, 30.03.2020-ci il tarixli akt üzrə 2520 m3, 31.05.2020-ci il tarixli akt üzrə 4464 m3 zərər dəydiyi hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.03.2022-ci il tarixli, 10/920 saylı rəyindən görünür ki, ünvan 2 ünvanına baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edildi. Belə ki, yaşayış evinə təbii qazın ötürülməsi paylayıcı qaz xəttinə birləşdirilmiş rezin materialdan olan boru vasitəsilə həyata keçirilir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”ların tərtib edildiyi tarixlərdə mübahisə predmeti olan ünvanda sayğacdan kənar qoşulma halının olub-olmaması araşdırmalarla məhkəmə tərəfindən müəyyən edilə bilər. İşin faktiki halları. İddiaçı2 İB və Cavabdeh arasında 09.01.2017-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmış və bu müqaviləyə əsasən İddiaçı2 İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Bundan sonra abonentin ünvanına İddiaçı2 İstehsalat Birliyi tərəfindən **********00290 nömrəli abonent kodu verilmiş, qaz sayğacı quraşdırılmışdır. Abonentin istifadəsində olan qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə halları aşkar olunmuş, bu səbəbdən İddiaçı2 İB tərəfindən 17.01.2018-ci il tarixli, 20.02.2018-ci il tarixli, 15.03.2018-ci il tarixli, 19.04.2018-ci il tarixli, 22.05.2018-ci il tarixli, 27.06.2018-ci il tarixli, 27.07.2018-ci il tarixli, 27.08.2018-ci il tarixli, 25.09.2018-ci il tarixli, 31.10.2018-ci il tarixli, 30.11.2018-ci il tarixli, 28.12.2018-ci il tarixli, 31.01.2019-cu il tarixli, 28.02.2019-cu il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli, 28.06.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.09.2019cu il tarixli, 30.10.2019-cu il tarixli, 28.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 31.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli, 30.03.2020-ci il tarixli, 31.05.2020-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında İddiaçı2 İB-yə dəymiş zərər (5301.2 manat) hesablanmışdır. Həmçinin, İddiaçı2 İB Cavabdeh faktiki istifadə edilmiş, dəyəri ödənilməmiş sayğac üzrə 600.30 manat, əvvəlki illərdən isə 3808.85 manat məbləğində borcu olduğunu iddia edərək, həmin borcu da cavabdehdən tələb etmişdir. Daha sonra İddiaçı2 İB iddia tələbinin həcmini artıraraq, cavabdehdən cəmi 13022.37 manat ((534.9 manat 07.12-ci il tarixə olan qalıq borc + 600.3 manat sayğac üzrə istifadə edilmiş, lakin ödənilməmiş sərfiyyat məbləği + 12893.6 manat aktlar üzrə borc) - 154.71 manat borca görə aparılan tutulma - 851.72 manat həyata keçirilmiş ödəmə) məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdehin yaşadığı ünvanda təbii qazdan istifadə ilə əlaqədar qaz xəttinə sayğacdankənar qeyri-qanuni qoşulmanın olubolmamasının müəyyən edilməsi məqsədilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertiza nəticəsində verilmiş rəydə ünvana baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halının aşkar edildiyi, yaşayış evinə təbii qazın ötürülməsinin paylayıcı qaz xəttinə birləşdirilmiş rezin materialdan olan boru vasitəsilə həyata keçirildiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 527. Öhdəliklərə xitam verilməsi əsasları. 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 550. Tələblər üçün müddət. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; Maddə 552. Öhdəliklərin xitamı üçün müddətin axımının başlanması. 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Maddə 554. Öhdəliklərin xitamı üçün müddətin keçməsinin nəticələri. 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli.
5. Qazın dəyərinin ödəmə şərtləri. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
6. İstehlakçiya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101. Ekspert rəyi. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi. Göründüyü kimi, İddiaçı2 İB tərəfindən cavabdehdən tələb edilən borc üç kateqoriya üzrə hesablanmışdır: qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilmiş aktlar əsasında hesablanan dəymiş zərər; 07.2012-ci il tarixə olan qalıq borc, sayğac üzrə istifadə edilmiş, lakin ödənilməmiş sərfiyyat məbləği. Məhkəmə ilk növbədə iddianın aktlara əsasən hesablanmış dəymiş zərərlə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, cavabdeh qeyri-qanuni yolla təbii qazdan istifadə etməklə iddiaçıya maddi zərər vurmuşdur və iddiaçı bu zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə alır ki, məhkəmə tərəfindən cavabdehin yaşadığı ünvanda təbii qazdan istifadə ilə əlaqədar qaz xəttinə sayğacdankənar qeyri-qanuni qoşulmanın olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertiza nəticəsində verilmiş rəydə ünvana baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halının aşkar edildiyi, yaşayış evinə təbii qazın ötürülməsinin paylayıcı qaz xəttinə birləşdirilmiş rezin materialdan olan boru vasitəsilə həyata keçirildiyi qeyd edilmişdir. Göründüyü kimi bu rəy mühüm sübutedici əhəmiyyət daşımaqla cavabdeh tərəfindən həqiqətən təbii qazdan qanunsuz istifadə olunduğu barədə iş materiallarında mövcud olan sənədləri təsdiqləyir. Bundan başqa, məhkəmə qeyd edir ki, hər bir akt üzrə itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicisinin maksimal saatın qaz sərfinə uyğun aparılmışdır ki, bu da tərəflər arasında bağlanmış müqaviləyə və qanunvericiliyə uyğun olmuşdur. Lakin qeyd edilməlidir ki, iddia ərizəsində 14.03.2018-ci il tarixli, 18.04.2018-ci il tarixli, 21.05.2018-ci il tarixli, 26.07.2018-ci il tarixli, 30.08.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.01.2020-ci il tarixli, 30.05.2020-ci il tarixli və 30.06.2020-ci il tarixli aktlar üzrə dəymiş zərər hesablandığı qeyd edilsə də iş materiallarında həmin tarixli aktlar yoxdur. Bununla belə iş materiallarında 15.03.2018-ci il tarixli, 19.04.2018-ci il tarixli, 22.05.2018-ci il tarixli, 27.07.2018-ci il tarixli, 28.11.2019-cu il tarixli, 31.01.2020-ci il tarixli, 31.05.2020-ci il tarixli aktlar mövcud olduğundan, bu aktların tarixi ilə iddia ərizəsində göstərilmiş müvafiq aktların tarixi arasında bir gün fərqi olduğundan və bu aktların nömrələri iddia ərizəsində qeyd edilmiş akt nömrələri ilə üst-üstə düşdüyündən məhkəmə həmin aktların tarixlərinin iddia ərizəsində texniki səhv nəticəsində yanlış qeyd edildiyi nəticəsinə gələrək, iş materiallarında olan müvafiq tarixli aktları əsas kimi qəbul edir. Lakin 30.08.2019-cu il tarixli və 30.06.2020-ci il tarixli aktlar ümumiyyətlə iş materiallarında mövcud deyil. Bundan başqa, iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin həcminin artırılmasına dair ərizədə cavabdeh barəsində 07.2020 – 10.2021-ci il tarixləri arasında təbii qazdan qanunsuz qoşulma ilə bağlı 16 akt tərtib edildiyi qeyd edilmiş, bu səbəbdən iddia tələbinin həcmi müvafiq hissədə artırılaraq, cavabdehdən qanunsuz qoşulmaya görə dəymiş zərər kimi 12893.6 manat məbləğində pul tələb edilmişdir. Lakin 07.2020 – 10.2021-ci il tarixləri arasında cavabdeh barəsində tərtib edilmiş hər hansı təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt iş materiallarına əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə iş materiallarında mövcud olmayan aktlar üzrə qiymətləndirmə apara bilməz. Hər nə qədər iş materiallarında olan abonentin saldosundan həmin tarixlərdə “qalıq və aktlar” bölməsində müəyyən məbləğ yazıldığı görünsə də bu təklikdə məhkəmənin həmin məbləğləri akta görə hesablanmış dəymiş zərər məbləği kimi qəbul etməsi üçün kifayət deyil. Belə ki, bunun üçün ilk növbədə müvafiq aktlar, daha sonra bu aktlar əsasında hesablanmış itirilmiş qazın həcmin göstərən müvafiq tələbnamələr iş materiallarında mövcud olmalı idi. Belə olan halda məhkəmə yalnız iş materiallarında faktiki mövcud olan aktlar üzrə qiymətləndirmə aparır. Lakin iş materiallarında mövcud olan aktlar üzrə hesablanmış itirilmiş qazın dəyəri heç də bütün aktlar üzrə düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 28.11.2016-cı il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tarifinə əsasən illik istehlak həcminin 1500 m3-dək olan hissəsi üçün tarif 100 (manat/min m3), illik istehlak həcminin 1500 m3-dən çox olan hissəsi üçün tarif 200 (manat/min m3) müəyyən edilmiş, Tarif (qiymət) Şurasının 22.12.2016-cı il tarixli, 19 nömrəli qərarına əsasən “1500 m3” “1700 m3” ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30.04.2019-cu il tarixli, 2 nömrəli qərarı ilə “1700 m3” “2200 m3” ilə əvəz edilmişdir. Yəni, 17.01.2018 – 30.04.2019-cu il tarixli aktların tərtib edildiyi dövrdə təbii qazın ölkədaxili tarifinə əsasən illik istehlak həcminin 1700 m3-dək olan hissəsi üçün tarif 100 (manat/min m3), illik istehlak həcminin 1700 m3-dən çox olan hissəsi üçün tarif 200 (manat/min m3) müəyyən edilmiş, 30.05.2019-31.05.2020-ci il tarixli aktların tərtib edildiyi dövrdə təbii qazın ölkədaxili tarifinə əsasən illik istehlak həcminin 2200 m3-dək olan hissəsi üçün tarif 100 (manat/min m3), illik istehlak həcminin 2200 m3-dən çox olan hissəsi üçün tarif 200 (manat/min m3) müəyyən edilmişdir. Bu isə o deməkdir ki, müvafiq dövrlərdə tərtib edilmiş aktların hər biri üzrə itirilmiş qazın həcminə müvafiq olaraq dövr üzrə tarifə uyğun dəymiş zərər məbləği hesablanmalıdır. Lakin İddiaçı2 İB tərəfindən 17.01.2018-ci il tarixli akt üzrə dəymiş zərər kimi hesablanmış məbləğ dövr üzrə müvafiq tarifdən çoxdur. Belə ki, iş materiallarında olan tələbnamədən görünür ki, 17.01.2018-ci il tarixli akta əsasən 3828 m3 (1700 m3 + 2128 m3) qaz itirildiyi müəyyən edilmişdir. Bu isə aktın tərtib edildiyi dövrdə qüvvədə olan tarifə əsasən 595.6 manat (170 manat + 425.6 manat) dəyərində qazın qanunsuz istifadə edildiyi, beləliklə, İddiaçı2 İB-yə 595.6 manat məbləğində ziyan vurulduğu deməkdir. Lakin iddia ərizəsində 17.01.2018-ci il tarixli akt üzrə 756.6 manat məbləğində ziyan hesablandığı qeyd edilmişdir. Bu o deməkdir ki, iddiaçı tərəfindən dəymiş zərər hesablanarkən 3828 m3 bütövlükdə 200 (manat/min m3) tariflə hesablanmışdır. Halbuki, itirilmiş 3828 m3 qazın 1700 m3-ə qədər olan hissəsi 100 (manat/min m3) tariflə, 1700 m3-dən artıq hissəsi 100 (manat/min m3) tariflə hesablanmalı idi. Bu zaman nəzərə alınmalıdır ki, bu akt ilin ilk ayında tərtib edildiyindən illik 1700 m3-a qədər olan limit elə bu aktla da aşılmışdır. Bu səbəbdən 2018-ci ildə tərtib edilmiş digər aktlar üzrə dəymiş zərər kimi hesablanmış məbləğlər itirilmiş qazın həcminə mütənasib olmuş, düzgün hesablanmışdır. Eyni zamanda, 2019-cu və 2020-ci illərdə tərtib edilmiş aktlar üzrə hesablanmış dəymiş zərər məbləğləri ilə də məhkəmə razılaşır. Bu hissədə məhkəmə qeyd edir ki, 2019-cu və 2020-ci illərdə tərtib edilmiş bəzi aktlar üzrə itirilmiş qaza görə dəymiş zərər kimi hesablanmış məbləğlər dövr üzrə tarifə əsasən hesablanmalı məbləğdən az olsa da məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından iddia ərizəsində həmin aktlar üzrə qeyd edilmiş məbləğləri qəbul edir. Bütün bu qeyd edilənləri nəzərə alan məhkəmə, qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilmiş aktlar üzrə cavabdehdən ümumilikdə 4904.4 manat məbləğində pul tutulmalı olduğu nəticəsinə gəlir. İddia tələbinin növbəti hissəsi istifadə edilmiş və ödənilməmiş, əvvəlki illərdən qalıq qalmış borc kimi cavabdehdən tələb edilən pulla bağlıdır. Hansı ki, iddia tələbində iddiaçı bu təyinatla cavabdehdən 3808.85 manat məbləğində pul tələb etsə də iddia tələbinin həcminin artırılmasına dair ərizədə bu hissədə iddia tələbini azaldaraq 07.2012-ci il tarixə olan qalıq borc məbləği kimi cavabdehdən 534.9 manat məbləğində pul tələb etmişdir. Məhkəmə isə hesab edir ki, 2012-ci ilin iyul ayına qədər olan ödənilməmiş borc kimi göstərilmiş məbləğ cavabdehdən tələb edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir və öhdəliyə xitam verilir. Hazırkı iş üzrə vaxtaşırı ödənişlərin ayda bir dəfə ödənilməli olduğu nəzərə alınsa, cavabdehdən beş ildən əvvəlki dövr üçün hesablanmış borc tələb edilə bilməz. Çünki həmin illərlə bağlı cavabdehin öhdəliklərinə xitam verilmişdir. Məhkəmə tərəflərin diqqətinə çatdırır ki, öhdəliklərin xitamı üçün müddət və iddia müddəti fərqli anlayışlardır. Odur ki, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə (aylıq ödənişlər etdikdə) iddia müddətinin axımının kəsilməsi ilə bağlı qeyd edilənlər yalnız iddia müddətinə aiddir və hazırkı tələbə aidiyyəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 2012-ci ilin iyul ayına qədər istifadə etdiyi təbii qaza görə qalıq 534.9 manat məbləğində borcun tutulması hissəsində iddia təmin edilə bilməz. İddia tələbinin növbəti hissəsi sayğac üzrə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 600.3 manat məbləğində pulla bağlıdır. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan Gasrep proqramından çıxarışdan görünür ki, abonent Cavabdeh 2018-ci il üzrə 600.3 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bu məbləğ istifadə edilmiş təbii qaza görə ödənilməli olan borcdur və həmin dövrdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlara əsasən hesablanmış dəymiş zərərə aidiyyəti yoxdur. Sadəcə olaraq, cavabdeh 2018-ci ildə 600.3 manat məbləğində dəyəri olan təbii qazdan istifadə etmiş, lakin borcunu ödəməmişdir. Halbuki, tərəflər arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmış, bu müqaviləyə əsasən iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüş. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və ödənilməmiş borcu yaranmışdır. Belə olan halda İddiaçı2 İB istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qazın dəyəri olan 600.3 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Yekunda, məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərər kimi 4904.4 manat, istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış borc kimi 600.3 manat olmaqla, ümumilikdə 5504.7 manat məbləğində pul tutularaq İddiaçı2 İB-yə ödənilməlidir.
Məhkəmə xərcləri.
İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu (09.07.2021-ci il tarixli, 364-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərdən əvvəlki redaksiyada) ilə müəyyən edilmiş iddianın qiymətinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan hissəsi, yəni 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, yenə iş materiallarından görünür ki, 09.03.2022-ci il tarixli ekspert rəyinin verilməsi üçün ekspertiza xərci 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, müvafiq ekspertiza xərci də cavabdehdən tutulmalıdır. Belə ki, bu rəylə qaz xəttinə qanunsuz qoşulma faktı təsdiqlənmiş, qanunsuz qoşulma ilə bağlı hissədə iddia qismən təmin edilmişdir. Odur ki, 100 manat məbləğində ekspertiza xərci də cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5504.7 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı2 İB-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5504.7 manat (beş min beş yüz dörd manat yetmiş qəpik) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı2nə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva