Məhkəmə qərarları › İş №2(010)-24/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-24/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-24/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək, mülki işin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Mülki iş Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq qeyri-müəyyən tarixə təxirə salınması barədə arayış tərtib edilmişdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-519/2021 saylı qərardadı ilə iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə 2(010)- 519/2021 saylı mülki iş Cavabdeh hüquqi varisi işə cəlb olunana qədər dayandırılması qərara alınmışdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-46/2022 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnsin və işin məhkəmə baxış iclasında baxılması 10 yanvar 2023-cü il tarixə, saat 10:20-ə təyin edilmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-24/2023 saylı qərardadı ilə mülki iş Cavabdeh hüquqi varisi işə cəlb olunana qədər dayandırılması qərara alınmışdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnməsi və məhkəmə baxışı xx.xx.2023-cü il tarixə, saat 11:30-a təyin edilməsi barədə qərardad qəbul edilmişdir. İş üzrə tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2023-cü il tarixdə, saat 11:30-da keçirilən məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi H.Həsənli xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə AZEMİS vasitəsi ilə müraciət edərək, Cavabdeh vəfat etmişdir. Bu səbəbdən tərəflərindən aiddiyatı orqanlara vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı sorğular verilmişdir. Sorğulara verilən cavabdan görünür ki, mərhum X2 Notariat ofislərində heç bir vərəsəlik işi açılmamış, vərəsələr aşkar edilməmişdir. Nəzərə alınmasını və hazırki mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat pul iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar