Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2404/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1dan, Cavabdeh2 və Cavabdeh3 02 Sentyabr 2019-cu il tarixli, nzaz10984_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4805,39 (dörd min səkkiz yüz beş manat 39 qəpik) manat, faiz borcuna görə 19,29 (on doqquz manat 29 qəpik) manat, dəbbə borcuna görə 17,46 (on yeddi manat 46 qəpik) manat, cəmi 4842,14 (dörd min səkkiz yüz qırx iki manat 14 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış 2 Sentyabr 2019-cu il tarixli, nzaz10984_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 5002,11 (beş min iki tam yüzdə on bir) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.L; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 2 Sentyabr 2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər cavabdeh(lər) X1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 2 Sentyabr 2019-cu il tarixli, nzazl0984_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 02 Sentyabr 2019-cu il tarixli, nzazl0984_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 2 Sentyabr 2019-cu il tarixli, nzazl0984_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 2-dan gec olmayaraq hər ay 85,51 (səksən beş manat 51 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtmda və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 Sentyabr 2019-cu il tarixli, nzazl0984_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4805,39 (dörd min səkkiz yüz beş manat 39 qəpik) manat, faiz borcuna görə 19,29 (on doqquz manat 29 qəpik) manat, dəbbə borcuna görə 17,46 (on yeddi manat 46 qəpik) manat, borcun cəmi məbləği 4842,14 (dörd min səkkiz yüz qırx iki manat 14 qəpik) manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış 02 Sentyabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən ona 60 (altmış) ay müddətinə illik 1 % olmaqla 5002,11 manat məbləğində kredit verilmişdir. O, müqavilə üzrə bir müddət lazımi qaydada ödəniş etsə də, sonradan maddi vəziyyəti pisləşdiyinə görə ödənişlər edə bilməmişdir. Buna görə də o, iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış 02 Sentyabr 2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən, o Cavabdeh1 60 (altmış) ay müddətinə illik 1 % olmaqla 5002,11 manat məbləğində kredit verilməsinə zamin olsa da, əslində həmin müqaviləni formal əsaslarla imzalamışdır. Həmçinin əsas borclu olan Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasından boyun qaçırmadığına görə özünə münasibətdə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 Sentyabr 2019-cu il tarixli nzaz10984_KMP saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC – “Kredit verən”, Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış müqaviləyə əsasən, sonuncuya bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 5002,11 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan borcunu müvafiq Ödəniş cədvəlinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh1 imzası ilə təsdiq etmişdir. Həmin Ödəniş cədvəlindən görünür ki, kreditin qaytarılmasının son tarixi 02 sentyabr 2024-cü il müəyyən edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 02 Sentyabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 5002.11 manat məbləğində pulu İddiaçı ASC-dən almışdır. İş materiallarında olan 02 Sentyabr 2019-cu il tarixli nzaz10984_KMP saylı Kredit müqaviləsinin təminatı olaraq bağlanmış 02 Sentyabr 2019-cu il tarixli Zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1nun İddiaçı ASC-dən kredit götürməsinə zamin durmuşdur. Həmin Müqavilələrin 2.2-ci bəndinə əsasən, “Zamin” Borc alanın 02 Sentyabr 2019cu il tarixli nzaz10984_KMP saylı Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərn yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdehlərə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə də, borcalan Cavabdeh1 02 Sentyabr 2019-cu il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borcalan Cavabdeh1nun kredit müqaviləsi ilə götürdüyü öhdəliyini yerinə yetirməməsi səbəbindən, zaminlər Cavabdeh3 və Cavabdeh2 da 02 Sentyabr 2019-cu il tarixli Zaminlik müqavilələri üzrə zamin olaraq götürdüyü öhdəlikləri pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçının həmin kredit müqaviləsinin icra edilməməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin tələbi əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini icra etmədiyindən və qanunun mənasına görə kreditor qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdıqlarına görə iddiaçının həmin cavabdehlərə qarşı yönəlmiş iddia tələbi əsaslıdır və təmin edilməlidir. Odur ki, cavabdehlərdən müştərək qaydada 4805.39 manat əsas borc, 19.29 manat faiz borcu və 17,46 manat cərimə borcu olmaqla, cəmi 4842,14 manat borcun tutulması barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz manat) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 02 sentyabr 2019-cu il tarixli, nzaz10984_KMP saylı kredit müqaviləsi üzrə 4805,39 (dörd min səkkiz yüz beş manat 39qəpik) manat məbləğində əsas borc, 19,29(on doqquz manat 29qəpik) manat məbləğində faiz borcu, 17,46( on yedi manat 46qəpik) cərimə və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 4872,14 (dörd min səkkiz yetmiş manat 14qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2404/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2404/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver