Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2411/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı X6 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2509/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 manat miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuşdum. Bizim birgə nikahımızdan xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşağımız anadan olmuşdur. Ailə qurduğumuz ilk vaxtlardan bizim xasiyyətlərimiz uyğun gəlməmiş, sonradan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2509/2021 saylı qətnaməsi ilə cavabdehlə bizim aramızda olan nikah pozulmuş və birgə nikahdan olan övladımız xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2509/2021 saylı qətnaməsinin qəbul edilməsindən 2 il müddət keçmiş, bu müddət ərzində ərzaq və digər məhsulların qiymətləri bahalaşmış, uşaqların saxlanması üçün bütün xərclər artmışdır. Bu isə mənim üçün bir sıra ciddi maddi problemlər yaradır. Çünki uşağın saxlanmasına ayda lazım olan vəsaitin mənim tərəfimdən təkbaşına ödənilməsi qeyri-mümkündür. Uşağın saxlanması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edirəm ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2509/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 250 manat miqdarında aliment tutulmalıdır. 220 manat uşağın yaşaması üçün nəzərdə tutulan minimal məbləğ olduğuna görə mən öz uşağımın daha yaxşı saxlanılması üçün cavabdehdən 250 manat alimen tələb etməkdə haqlıyam”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçı onun bacısıdır. Uşaq balaca olduğu üçün bacısı işləmir və onlarla yaşayır. Onun işləməyə ehtiyacı da yoxdur. Belə ki, maddi imkanları yaxşıdır. Bu səbəbdən uşağın saxlanması üçün cavabdehin ödədiyi aliment uşağın adına açılmış bank hesabında saxlanılır. Həmin puldan az bir hissəsi xərclənmiş, qalanı uşağın gələcəyi üçün saxlanmışdır. Hazırda alimentin artırılmasını da uşağın gələcəyi üçün tələb edirlər. Belə ki, hesabda yığılan pul onsuz da uşağa çatacaq. Bu səbəbdən hesabda nə qədər çox pul yığılsa, uşaq üçün bir o qədər yaxşı olar. Cavabdehin hazırda aliment borcu yoxdur. Hesab edir ki, tələb edilən alimenti ödəyə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, 641 manat məbləğində əmək haqqı alır. Bu əmək haqqından hər ay 200 manat məbləğində aliment ödəməyə etiraz etmir. Lakin bundan daha artıq məbləğdə aliment ödəyə bilməz. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.
İş materialları.
5. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 764677 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası X6) xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 5953 nömrə ilə qeyd edilmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2509/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2521 nömrə ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 nikah pozulduqdan sonra İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin aliment hissədə dərhal icra edilməsi qət edilmişdir.
İşin faktiki halları.
7. İddiaçı X6 və Cavabdeh birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşdur.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş uşağın ananın yanında qalması müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
9. Hazırda iddiaçı X6 məhkəmədən uşağın saxlanılması üçün Cavabdeh tutulan aliment miqdarının artırılaraq cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
15. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi.
18. Yuxarıda (§ 11) istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsindən göründüyü kimi ailə qanunvericiliyi məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə təminat vermişdir. Lakin qanunvericilik bu dəyişikliyi bir şərtə bağlamışdır: tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması.
19. İşin faktiki hallarından görünür ki, hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş və iddiaçının yanında qalan bir uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasına dair məhkəmə qətnaməsi var. Məhkəmə iclasında izahatı dinlənilən iddiaçının nümayəndəsi qəbul etmişdir ki, cavabdeh həmin qətnaməni lazımınca icra edir və onun aliment borcu yoxdur. Bununla belə nümayəndə bildirmişdir ki, cavabdehin ödədiyi aliment uşağın gündəlik xərclərinin qarşılanmasına yox, yığılması üçün uşağın adına açılmış bank hesabına yönəlir. Ona görə ki, maddi imkanları yaxşı olduğundan iddiaçının uşağı saxlamaq üçün nə bu vəsaitə, nə də işləməyə ehtiyacı yoxdur. Bununla belə iddiaçının cavabdehdən tutulan alimentin miqdarının artırılmasına dair hazırkı iddianı qaldırmaqda məqsədi uşağın adına açılmış hesabda yığılan vəsaitin miqdarının artmasına nail olmaqdır. Hansı ki, bu vəsait uşağın gələcəyi üçün yığılır.
20. Göründüyü kimi iddiaçı tərəf nəinki sübut, hətta iddia belə etmir ki, iş üzrə cavabdehin, yaxud iddiaçının özünün maddi vəziyyətində hansısa dəyişiklik olmuşdur. Hətta məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qəbul etmişdir ki, onların maddi imkanları o qədər yaxşıdır ki, uşağın gündəlik xərclərini cavabdehin ödədiyi aliment hesabına qarşılamırlar və həmin alimenti uşağın gələcəyi üçün yığırlar. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində alimentin təyin edildiyi dövrlə müqayisədə alimentin miqdarının artırılmasını zəruri edəcək dərəcədə bir geriləmə olduğu müəyyən edilmir. Cavabdehin maddi vəziyyətində isə, əksinə, alimentin təyin edildiyi dövrlə müqayisədə alimentin miqdarının artırılmasını zəruri edəcək dərəcədə bir irəliləmə (artım) olduğu iddia belə edilmir.
21. Bununla belə nəzərə alınmalıdır ki, məhkəmə iclasında izahatı dinlənilən cavabdeh iddianı qismən qəbul edərək, uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəməyə etirazı olmadığını bildirmişdir. Həmçinin cavabdeh iddia etməmişdir ki, ödədiyi aliment iddiaçının uşaqdan başqa digər xərclərinin qarşılanmasına yönəldilir. Əksinə, tərəflərin izahatlarından belə görünür ki, cavabdehin ödədiyi aliment uşağın cari xərclərinin qarşılanması üçün xərclənməsə belə (Çünki iddiaçının buna ehtiyacı yoxdur), məhz uşaq üçün açılmış bank hesabında uşağın gələcək xərcləri üçün yığılır. Bu vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarındakı istənilən artım uşağın üstün maraqlarına xidmət etdiyindən iddia cavabdehin qəbul etdiyi həcmdə (hər ay 200 manat) təmin edilməli, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik müəyyən olunmadığından iddia qalan hissədə təmin edilməməlidir.
22. Məhkəmə son olaraq onu da qeyd edir ki, yuxarıda (§ 14) istinad edilmiş Ali Məhkəmənin Plenum qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablandığından bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.
Məhkəmə xərcləri.
23. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (200x12=2400 manat) mütənasib olan 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2509/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(010)-2411/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı X5 ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2509/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2411/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı X5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva