Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2424/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin e-2(010)-3978/2022 saylı, 02 noyabr 2022-ci ii tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılaraq, tərəflərin birgə nikahından anadan olmuş övladları 09 sentyabr 2015-ci il təvəllüdlü X8 və 29 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşağa görə 1.500 manat olmaqla cəmi 3.000 manat məbləğində alimentin cavabdeh X2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 13 fevral 2015-ci il tarixdə Bakı nikah evində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 09 sentyabr 2015-ci il təvəllüdlü X8 və 29 mart 2018-ci il təvəllüdlü X7 adlı ili övladları dünyaya gəlmişdir. Cavabdehlə nikahları məhkəmə qaydasında pozulmuşdur. Belə ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin e-2(010)-3978/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə, aralarında bağlanmış, 13 fevral 2015-ci il tarixli nikahın pozulmasını, birgə nikahımızdan olan 09 sentyabr 2015-ci il təvəllüdlü X8 və 29 mart 2018-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması və yetkinlik yaşına çatanadək hər ay hər uşağa 193 manat olmaqla cəmi 386 manat məbləğində müəyyən edilmiş alimentin İddiaçı ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədən Apelyasiya və Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayətləri verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 948/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinın 2(102)-1574/2023 saylı qərarı ilə kassasıya şikayəti təmin edilməmişdir. Hazırda iddiaçı rəsmi olaraq heç bir yerdə işləmir. Maddi imkanı ağır olduğundan uşaqları saxlamaq ona çətindir. Uşaqların təhsili, müayinəsi və müalicəsi, qidası, geyimi, baxım xərcləri yüksək məbləğdə olduğundan, ərzaq, geyim və dərmanların qiyməti artdığından uşaqların normal fiziki və mənəvi inkişafı üçün əlverişli şəraitdə böyüdülməsi üçun çox xərc tələb olunur. Lakin, Cavabdeh rəsmi iş yeri olmasa da, qeyrirəsmi bizneslə məşğuldur və aylıq gəliri kifayər qədər yüksəkdir. Birgə nikahları dövründə hər ay uşaqların saxlanılmasına 2000-3000 manat məbləğində pul xərcləyirdi. Hal-hazırda müəyyən edilmiş aliment ilə uşağların təlabatlarını qarşılamaq və əvvəlki həyat şəraitində saxlamaq çox çətindir. Ona görə də hesab edir ki, uşaqların atasının aylıq gəliri yüksəkdirsə, uşaqların maddi baxımdan əziyyət çəkməsi düzgün deyil. Ən azı hər ay hər bir uşaq üçün 1500 manat olmaqla, cəmi iki uşaq üçün ayda 3000 manat məbləğində aliment tutularaq uşaqların maddi ehtiyaclarına ödənilməlidir. Cavabdehin mülkiyyətində çoxlu evləri, mənzilləri, avtomobilləri vardır. Həmin əmlakların real bazar dəyəri 5-6 milyon manatdır. 2023-cü ildən ölkədə yaşayış minimumu məbləği də artmışdır. Buna görə də o, “alimentin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehin gəlirləri yetərincədir, otelləri, mağazaları var, sadəcə bunları təsdiq edən sübutlar yoxdur, çünki rəsmi iş yeri yoxdur. Uşaqlar hazırlığa, idmana gedir, bu səbəbdən xərclər artmışdı. Ölkədə uşaqlar üçün yaşayış minimumu da artırılmışdı. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı qismən qəbul edərək, yalnız yaşayış minimumu səviyyəsində aliment məbləğinin artırılmasına etiraz etmədi. İş materialları. 2 saylı Bakı “Asan” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 105529 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Cavabdeh, anası İddiaçı) 29 mart 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1747 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı “Asan” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 624632 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) 09 sentyabr 2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 6012 nömrə ilə qeyd edilmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-ci il tarixdə verilmiş “X1 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya MŞB/11-00264 nömrəli işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirak etmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 3978/2022 saylı qətnaməsindən görünür ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 13 fevral 2015-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evində) 120 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 09 sentybar 2015-ci il təvəllüdlü X8 və 29 mart 2018-ci il təvəllüdlü X7 boşanmadan sonra anaları İddiaçı yanında qalması və Cavabdeh 09 sentybar 2015-ci il təvəllüdlü X8 və 29 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 948/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1574/2023 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-948/2023 nömrəli iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsi: 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: (...)112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;(...) “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İddiaçının və cavabdehin birgə nikahdan 09 sentyabr 2015-ci il təvəllüdlü X8 və 29 mart 2018-ci il təvəllüdlü X7 adlı ili övladları dünyaya gəlmişdir. Nikahları məhkəmə qaydasında e-2(010)-3978/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan olan uşaqlar İddiaçı yanında qalması və yetkinlik yaşına çatanadək hər ay hər uşağa 193 manat olmaqla cəmi 386 manat məbləğində müəyyən edilmiş alimentin İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən aliment hissəsi də daxil olmaqla, yuxarı instansiya məhkəmələrinə şikayət verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1574/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İşin hallarından göründüyü kimi, iddiaçı alimentin məbləği artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşağa görə 1.500 manat olmaqla cəmi 3.000 manat məbləğində alimentin artırılmasını tələb etsə də, cavabdehin bu məbləği qarşılayacaq aylıq gəlirlərini sübut edəcək heç bir dəlil məhkəməyə təqdim olunmamışdır. Şəxsin mülkiyyətində ayrı-ayrı əmlakların olması, onun aylıq gəlirini və uşaqlarını saxlamağın qayda və formasını müəyyən etmir. Əksinə, qanunvericilik alimentin ödənilməsini gəlir əldə edilməsi ilə əlaqələndirir. Lakin, nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşağlara da şamil edilməlidir. Üstəlik, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Həmçinin, cavabdeh hər uşağa görə 220 manat məbləğində alimentin ödənilməsinə razıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 220 manat, ümumillikdə 440 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (440x12=5280 manat) mütənasib olan 72.8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3978/2022 saylı 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq 09 sentyabr 2015-ci il təvəllüdlü X8 və 29 mart 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat, ümumillikdə 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3978/2022 saylı 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Ödənilməmiş 72.8 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva