Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-243/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı – yetkinlik yaşına çatmayan X5 qanuni nümayəndəsi İddiaçı, Cavabdeh - yetkinlik yaşına çatmayan Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2, Yetkinlik yaşına çatmayan Cavabdeh1, Yetkinlik yaşına çatmayan X5 iştirakı ilə İddiaçı Mı̇ rzə qızının Əmı̇ rov Murad Faxrət oğlunun qanuni nümayəndəsi Əmı̇ rov Faxrət Nuru oğluna qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Mı̇ rzə qızı Əmı̇ rov Murad Faxrət oğlunun qanuni nümayəndəsi Əmı̇ rov Faxrət Nuru oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4700 ABŞ dolları (7990 AZN ekvivalenti) və dövlət rüsumu üçün ödədiyi 100 manat olmaqla cəmi 8090 (səkkiz min doxsan) manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. iddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı - X9 yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 100 saylı evdən 4700 ABŞ dollarını götürərək Cavabdeh1 vermişdir. Bunu cavabdehlərin xx.xx.2023-cü il tarixli iltizamı təsdiq edir. İltizamda yazılır: Mən Cavabdeh1 4700 ABŞ dolları pulu Səbinə Seyidovadan borca almışam. 4 aprel 2023 tarixədək qaytaracağam. Həmin iltizam cavabdehlərin hər ikisi tərəfindən imzalanıbdır. Lakin cavabdehlər hələ bu günə kimi həmin pulu ona qaytarmayıbdırlar. Sabunçu rayon Pİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib. Cavabdeh tərəfindən pulunun geri qaytarılmaması onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçı, yetkinlik yaşına çatmayan X5 qanuni nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, qızı -X1 Murad Faxrət oğluna iltizamdan da göründüyü kimi 4700 ABŞ dolları pul vəsaiti vermişdir və bu səbəbdən hesab edir ki, iddia tələbi təmin edilməklə cavabdehlər tərəfindən ona 4700 ABŞ dolları pul vəsaiti ödənilməlidir.
4. Məhkəmə iclasında cavabdeh, yetkinlik yaşına çatmayan Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 iddia tələbi ilə razı olmadığını bildirərək qeyd etdi ki, əvvəla həmin iltizam polisin təzyiqi nəticəsində imzalanmışdır. Eyni zamanda bildirdi ki, oğlu Muradla həmin qız arasında pul söhbəti olmuşdur, lakin qeyd olunan məbləğdə - 4700 ABŞ dolları pul verilməmişdir, buna dair hər hansı sübutları da yoxdur, lakin buna baxmayaraq biz yenə də, həmin pul mübahisəsi ilə bağlı 2000 manat ödəməyə razı olduğumuzu bildirmişdik və eyni zamanda İradə Ağayevaya 500 manat pul vəsaiti verilmişdir.
5. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Cavabdeh1 bildirdi ki, Səbinə ilə məktəbdən tanışdırlar və aralarında dostluq münasibətləri olmuşdur. Səbinə Hüseynlə ona kafedə qonaqlıq verən zaman çoxlu pulunun olduğunu və onlara pul verə biləcəyini bildirmişdir və o, Səbinədən ayrı-ayrı vaxtlarda pul vəsaiti almışdır. Polis bölməsi tərəfindən çağırılan zaman orada təzyiqə məruz qaldığı və həyəcanlandığı üçün Səbinədən 2200 ABŞ dolları aldığını bildirmişdir. Lakin, əslində Səbinədən pul aldığını etiraf edir, lakin Səbinədən qeyd olunduğu kimi 4700 ABŞ dolları deyil, cəmi 2000 manat pul almış və həmin 2000 manat pul vəsaitinin bir hissəsini ABŞ dolları ilə (300-400 ABŞ dolları) almışdır. Eyni zamanda qeyd edir ki, atası 500 manat ödəniş etmişdir. Səbinədən aldığı pul vəsaitləri ilə özünə moped nəqliyyat vasitəsi və telefon almışdır. Əlavə olaraq bildirdi ki, Səbinə ona pul vəsaitlərini verən zaman qaytarmalı olmadığını bildirmişdir.
6. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan X10 bildirdi ki, Muradla məktəbdən tanış olmuşdur və aralarında dostluq münasibətləri olmuşdur. O, Murad və Hüseynə ayrıayrı vaxtlarda həm dollar, həm milli valyuta ilə pul vermişdir. Hüseyn pulları qaytarsa da, lakin Murad qaytarmamışdır. Bildirir ki, Murad ondan hər dəfə borc pul vəsaitini dollar qismində və ədəd olaraq istəmişdir. İlk dəfə Murad ondan pul istəyən zaman ona əvvəlcə 50 manat, daha sonra isə 300-400 ABŞ dolları vermişdir. Daha sonra ayrı-ayrı vaxtlarda Murad ondan 10 ədəd, başqa bir vaxtda 20 ədəd biri 100 dollar olmaqla borc pul vəsaiti istəmiş və o da hər dəfəsində həmin pul vəsaitlərini ona təqdim etmişdir. Eyni zamanda bildirir ki, Murada həm dollar, həm də manatla borc pul vəsaiti vermiş, lakin dəqiq şəkildə ona nə qədər pul vəsaiti borca verdiyini bilmir və iltizamda qeyd olunan 4700 ABŞ dollarına münasibətdə isə qeyd edir ki, Murada verdiyi borc vəsaiti əslində bu məbləğdən də çoxdur, lakin həmin 4700 ABŞ dolları polisə verilən izahatlar zamanı aparılmış hesablama nəticəsində müəyyən edilmişdir. Muraddan ona verdiyi borc pul vəsaitini qaytarmasını tələb etsə də, Murada verilmiş borca görə Muradın atası tərəfindən Ağayeva İradəyə 500 manat pul qaytarılmışdır.
İş materialları
7. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 4700 ABŞ dolları pulu Səbinə Seyidovadan borca aldığını və 4 aprel 2023-cü il tarixədək qaytaracağını, həmçinin polisin bütün çağırışlarına vaxtı-vaxtında gələcəyini bildirmişdir.
8. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, iş üzrə izahat verən Səbinə Seyidova bildirmişdir ki, o, Murad və Hüseyn adlı şəxsləri məktəbdən tanıyır. Evdən götürdüyü pul vəsaitinin təqribən 7000 ABŞ dolları hissəsini özü xərcləmiş və təqribən 6000-7000 ABŞ dolları hissəsini isə həmin iki nəfərə - Murad və Hüseynə hissə hissə iki ay aralığında borc olaraq vermişdir. Eyni zamanda iş üzrə izahat verən şəxs Cavabdeh1 bildirmişdir ki, Səbinə Seyidovanı evinin yaxınlığında olan məhəllədən tanıyır.Səbinə Hüseyn və ona kafedə qonaqlıq vermiş və söhbət zamanı onda çoxlu pulun olduğunu bildirmişdir. Ondan bir neçə min manat borca pul istədikdə isə Səbinə ona borc verə biləcəyini bildirmiş və ondan 2200 ABŞ dolları pulu 2023-cü ilin mart ayının 10-a dək almış, əlavə 500 manatı indi qaytarır və qalan borcu da atasının köməyilə qaytaracaqdır.
9. İş materiallarında olan xx.xx.2009-cü il təvəllüdlü X5 Sabunçu RPİ-nin İŞ-yə təqdim etdiyi izahatdan görünür ki, o, 15 fevral – 16 mart tarixləri arasında tanışları Murad, Qurban, Hüseyn və İbrahimə borc məqsədilə pul verdiyini bildirmişdir. Qurbana 1400 ABŞ dolları verən zaman Kənan yanında olub, Murad və Hüseyn adlı tanışlarına ümumilikdə 9000 ABŞ dolları – Murada 4700 ABŞ dolları və Hüseynə 4300 ABŞ dolları borc pul vəsaiti verdiyini qeyd etmişdir.
10. İş materiallarında olan Cavabdeh1 Sabunçu RPİ-nin İŞ-yə təqdim etdiyi izahatdan görünür ki, Səbinə Hüseyn və ona kafedə qonaqlıq vermiş və söhbət zamanı onda çoxlu pulun olduğunu bildirmişdir. Ondan bir neçə min manat borca pul istədikdə isə Səbinə ona borc verə biləcəyini bildirmiş və ondan 2200 ABŞ dolları pulu 2023-cü ilin mart ayının 10-a dək almış, əlavə 500 manatı indi qaytarır və qalan borcu da atasının köməyilə qaytaracaqdır.
11. AZ-İİ seriyalı, 306975 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cü il tarixdə anadan olmuşdur. X3, anası X6r.
12. AZ-İİ seriyalı, 125551 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh2, anası X7r.
13. İş materiallarında olan qəbzdən görünür ki, Ağayeva X2, yəni Hüseynin atasından 500 manat, Cavabdeh2, yəni Muradın atasından 500 manat pul almışdır.
İşin faktiki halları
14. İddiaçı tələbini onunla əsaslandırır ki, onun qızı Səbinə evdə olan puldan ümumilikdə 4700 ABŞ dollarını Murada vermişdir. Həmin pullar evin pulu olub, cavabdeh tərəf heç bir əsas olmadan həmin pulu ona qaytarmır. İddiaçı tələbinin faktiki əsaslandırmasında cavabdehin istintaq orqanında onun qızından 4700 ABŞ dolları aldığına dair imzaladığı qəbzə əsaslanır. Tələbin hüquqi əsaslandırması kimi isə mülkiyyət hüququnu tənzimləyən normalara və məhkəmə müdafiəsi hüququ ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinad edilmişdir. Cavabdeh tərəf iddianı qəbul etmir və əsaslandırması ondan ibarətdir ki, Muradla Səbinə eyni məktəbdə oxumuşlar, onların arasında dostluq münasibətləri olmuş və Səbinə Murada ayrı-ayrı vaxtlarda müəyyən qədər pul vermişdir. Lakin, bu məbləğ iddia ediləndən qat-qat az olmuş, həm də Səbinə pulu verərkən Murada demişdir ki, öz puludur, qaytarmaya da bilər. Beləliklə, Səbinə Seyidova ilə Cavabdeh1 eyni məktəbdə oxumaları, onların arasında dostuq münasibətinin olması və bu münasibət çərçivəsində Səbinənin Murada ayrı-ayrı vaxtlarda, hissələrlə həm milli valyutada, həm də ABŞ dolları ilə pul verməsi işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halını verilən pulun məbləği təşkil edir. İddiaçı bu məbləğin 4700 ABŞ dolları olduğunu, cavabdeh isə bu məbləğin ən yaxşı halda 2000 manat olduğunu bildirir. Eyni zamanda qeyd edir ki, 500 manatı artıq qaytarmışlar.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 30. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti 30.1.14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. 30.2. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə: 30.2.1. öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin; 30.2.2. elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin; 30.2.4. xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə tutulan digər əqdlər bağlasın. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 345. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı 345.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
16. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
17. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadı. Həmin qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarı. Həmin qeyd edilir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı
Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi
20. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
21. Məhkəmə qeyd edir ki, işin hallarından və tərəflərin izahatından göründüyü kimi hazırki məhkəmə mübahisəsi yetkinlik yaşına çatmayan uşaqlar – Murad və Səbinə arasında pul alış-verişi ilə əlaqədar yaranmışdır. Belə ki, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X10 digər yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 verdiyi pul vəsaitini borc qismində verdiyini, lakin onun həmin pul vəsaitini qaytarmadığını bildirir. Cavabdeh tərəf də iddiaçı tərəfə iddia tələbində qeyd olunan məbləğdə olmasa da, müəyyən məbləğdə pul qaytarmağa hazır olduqlarını bildirir. Beləliklə, tərəflər arasında olan münasibət borc müqaviləsinin dispozisiya şərtlərinə uyğun gəlir.
22. Məhkəmə əvvəlcə tərəflər arasında etibarlı borc müqaviləsinin olub-olmaması məsələsinə münasibət bildirir. İşin hallarından görünür ki, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X10 digər yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 borc qismində həm milli valyutada, həm də ABŞ dolları ilə pul vermişdir. Mülki qanunvericiliyin yuxarıda istinad edilən maddi hüquq normalarının tələbindən göründüyü kimi, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Yetkinlik yaşına çatmayanın sərbəst bağlamağa ixtiyarı olmayan əqd sonradan valideynləri tərəfindən bəyəniləndə də, həmin əqd etibarlı ola bilər. Qanunvericiliyə görə, yetkinlik yaşına çatmayanlar yalnız xırda məişət əqdlərini sərbəst şəkildə bağlaya bilərlər. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır (345.1). Göründüyü kimi, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X10 ilə digər yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 borc münasibətlərinə girməyə səlahiyyətli olmamışlar. Digər tərəfdən, borc münasibətlərini tənzimləyən Mülki qanunvericiliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (MM-739.2) Hazırkı işdə tələb edilən məbləğə münasibətdə borc müqaviləsi, yuxarıda qeyd edilənlərlə yanaşı, eyni zamanda yazılı formada bağlandığı halda etibarlı sayıla bilərdi. Göründüyü kimi, tərəflər arasında olan borc münasibəti əqdlər üçün nəzərdə tutulmuş subyekt tərkibi və əqdin formasına dair şərtlərə cavab vermir. Beləliklə, məhkəmə tərəflər arasında olan borc münasibətini etibarlı borc müqaviləsi kimi qəbul etmir. Tərəflər arasındakı münasibətlər etibarlı borc müqaviləsi olmadığına görə Mülki Məcəllənin yuxarıda istinad edilən 337.5 və 345.1-ci maddələrinin tələblərinə görə hər bir tərəf aldığlarını qarşı tərəfə qaytarmalıdır. Beləliklə, iddiaçı tərəfin cavabdeh tərəfdən verilən pulun geri tələb etməsi maddi hüquq normalarının tələbləri baxımından əsaslıdır.
23. Tutulmalı pulun məbləğinə gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdeh tərəfdən 4700 ABŞ dolları pul vəsaitinin tutulmasını tələb etsə də, lakin Səbinə tərəfindən ABŞ dolları şəklində Murada verilən məbləğin məhz 4700 ABŞ dolları olduğunu mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, yeganə istinad olunan dəlil Cavabdeh1 tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli iltizam olsa da, lakin daha sonra Cavabdeh1 istintaq orqanına verdiyi izahatda yetkinlik yaşına çatmayan X4 cəmi 2200 ABŞ dolları pul vəsaiti borc aldığını bildirmişdir. Eyni zamanda, Səbinə Hüseynova istintaq orqanına verdiyi izahatında bildirmişdir ki, Muradla Hüseynə (digər məktəb yoldaşı) borc vermiş, 7000 dolları özü xərcləmiş, 6000-7000 ABŞ dolları isə həmin iki nəfərə hissə-hissə iki ay aralığında borc vermişdir. Bundan başqa, Səbinə Seyidova məhkəməyə verdiyi izahatında bildirmişdir ki, verilən pullar dəqiq yadında deyil, Murada bir dəfə 10 ədəd, (ədəd deyərkən 100 ABŞ dolları nəzərdə tutur) başqa bir vaxtda 20 ədəd dollar vermiş, Murad mopedlə qəza törətdiyinə görə və telefonu sındığına görə bu pulları ona borca vermişdir. Verilən pulun 4700 dollar olması isə polisə verilən izahatlar əsasında hesablanmışdır. Ondan qabaq isə Murada 50 manat vermişdir. Yetkinlik yaşına çatmayanların izahatları zamanı, həmçinin o da müəyyən edilmişdir ki, Murad Səbinədən daha əvvəl aldığı pulla 450 manata moped almışdır. Göründüyü kimi, verilən pulun 4700 ABŞ dolları olması təxmini hesablamalarla müəyyən edilmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Cavabdeh1 Səbinə Seyidovadan 4700 ABŞ dollarını borca alması barədə xx.xx.2023-cü il tarixli iltizam, verilən pulun 4700 dollar olmasını sübut etmir. Ona görə ki, yuxarıda qeyd edilənlərlə yanaşı, Cavabdeh1 istintaq orqanına sonradan verdiyi izahatında Səbinə Seyidovadan 2200 dollar aldığını bildirmiş və nəhayət cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03 aprel 2023-cü il tarixli qərarında da Cavabdeh1 izahatında Səbinə Seyidovadan 2200 dollar alması qeyd edilmişdir. Cavabdeh tərəfin iltizama qol çəkərkən və izahat verərkən istintaq orqanında təzyiqə məruz qalması, ona görə də, qeyd edilən məbləğlərdə borcun olmasına razılaşmağa məcbur qaldığı barədə etirazı ilə məhkəmə razılaşmır. Ona görə ki, əvvəla cavabdeh tərəfin istintaq orqanında hüquqlarının pozulması ilə bağlı hər hansı şikayətinin olması müəyyən edilmir, bundan başqa, Cavabdeh1 istintaq orqanında araşdırmanın başlanılmasından bir neçə gün sonra qanuni nümayəndəsi Cavabdeh2 iştirakı ilə izahat vermiş və izahatında Səbinə Seyidovadan 2200 ABŞ dolları aldığını bildirmişdir.
24. Beləliklə, sadalanan xüsusatları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən 2200 ABŞ dolları həcmində təmin edilməlidir.(qətnamənin icra olunduğu günə manata nisbəti hesablanmaqla). Məhkəmə eyni zamanda qeyd edir ki, həmin pul vəsaiti yetkinlik yaşına çatmayan Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 tutulmalıdır.
Məhkəmə xərcləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 57.4 manatı yetkinlik yaşına çatmayan Cavabdeh1 qanuni nümayəndəsi cavabdeh Əmı̇ rov Faxrət Nuru oğlundan tutularaq İddiaçı Mı̇ rzə qızına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
28. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, yetkinlik yaşına çatmayan Cavabdeh1 qanuni nümayəndəsi cavabdeh Əmı̇ rov Faxrət Nuru oğlundan qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 2200 ABŞ dolları pul vəsaiti tutularaq yetkinlik yaşına çatmayan X5 qanuni nümayəndəsi İddiaçı Mı̇ rzə qızına ödənilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 57.4 manatı yetkinlik yaşına çatmayan Cavabdeh1 qanuni nümayəndəsi cavabdeh Əmı̇ rov Faxrət Nuru oğlundan tutularaq İddiaçı Mı̇ rzə qızına ödənilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan Cavabdeh1 qanuni nümayəndəsi cavabdeh Əmı̇ rov Faxrət Nuru oğlundan qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 2200 ABŞ dolları pul vəsaiti tutularaq yetkinlik yaşına çatmayan X5 qanuni nümayəndəsi İddiaçı Mı̇ rzə qızına ödənilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 57.4 manatı yetkinlik yaşına çatmayan Cavabdeh1 qanuni nümayəndəsi cavabdeh Əmı̇ rov Faxrət Nuru oğlundan tutularaq İddiaçı Mı̇ rzə qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov