Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2439/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ HakimMəmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı Müsahib qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Müsahib qızı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxxxxx 2009-cu il təvəllüdlü X1 və xx xxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-14893/2016 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 117 manat sabit pul məbləğində alimentin dəyişdirilərək, hər ay 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-14893/2016 saylı qətnaməsi ilə xx xxxxxx 2009-cu il təvəllüdlü X1 və xx xxxxx 2012-ci il təvəlldülü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq İddiaçı Müsahib qızının xeyrinə hər ay 117 manat pul məbləğində aliment tutulması qət edilmişdir. İndiki iqtisadi çətinliklər dövründə cavabdehin hər uşağa görə hər ay ödədiyi 117 manat aliment yetərincə deyildir. Hal-hazırda iqtisadi çətinliklər dövründə uşağa sərf olunan xərclər artdığı üçün, alimentin artırılmasına böyük ehtiyac vardır. Uşaqların gündəlik tələbatlarını müəyyən qədər ödənilməsi üçün alimentin miqdarını hökmən artırmaq lazımdır. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Müsahib qızı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin hazırkı iclasında iştirak edə bilməyəcəyini, ona görə də, işin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)- 14893/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Müsahib qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı Müsahib qızının xeyrinə xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 117 manat və xx xxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 117 manat miqdarında alimentin tutulması, alimentin tutulmasının əvvəli xx xxxxxx 2016-cı il tarixdən hesablanması qət edilmişdir. Beləliklə, işə əlavə edilmiş notarial qaydada təsdiq edilən məhkəmə qətnaməsindən görünür ki, xx xxxxxx 2016-cı ildə cavabdehdən iddiaçının xeyrinə birgə nikahdan anadan olan iki azyaşlı uşaqlarının saxlanılması üçün hər uşağa 117 manat manat məbləğində aliment tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkədə ilbəil yaşayış minimumu artdığından, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manata çatmışdır. Ona görə də, bir uşağın saxlanılması üçün 117 manat vəsait yetərli sayıla bilməz. Məhkəmə hazırkı işdə alimentin artırılaraq hər uşağa görə 170 manat müəyyən edilməsini azyaşlıların hüquq və mənafeləri baxımından qanuni hesab edir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 14893/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmuş hər ay 117 manat alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 manat məbləğində müəyyən edilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2439/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2439/2020
06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver