Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-246/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi və qanunsuz hesablanmış kredit borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ASC-dən RD/75858/6 nömrəli kredit müqaviləsinə və xx.xx.2018-ci ildə restrukturizasiya haqqında RD/75858/61/14 saylı müqaviləyə əsasən hesablanmış borcun silinməsi və bunun əsasında verilmiş Bakı şəhəri Cavabdeh1 8i-3939 saylı xx.xx.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, Bakı şəhəri Cavabdeh1 8i-3939 saylı xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən 5313,10 manat məbləğində vəsaiti Cavabdeh2 ASC-nin xeyrinə ödəməlidir. Bu haqda ona İcra və Probasiya şöbəsinin əməkdaşları xx.xx.2019-cu il tarixində könüllü icra haqqında bildirişi təqdim edəndə xəbər tutmuşdur. O, Cavabdeh2 ASC-dən RD/75858/6 nömrəli kredit müqaviləsinə əsasən 5600 manat pul götürmüşdür. xx.xx.2018-ci ildə RD/75858/61/14 saylı müqavilə ilə restrukturizasiya edilib və o, bütövlükdə banka 8135 manat vəsait ödəmiş, lakin bank isə faizlərə yenidən faiz hesablanmaqla onun əsas borcundan demək olar ki, silinməyib. O, bunu qanunsuz hesab edir və bunun əsasında verilən icra qeydi də tam əsassız və qanunsuz olduğunu bildirmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə bank arasında xx.xx.2018-ci ildə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçının əsas borcu 4523.99 manat təşkil etmişdir. İddiaçı əmələ gəlmiş borcu bu müqavilə ilə deyil, əvvəlki müqavilə üzrə artıq yarandığını qeyd edir. Lakin onunla bank arasında müqavilə yenilənmiş və yaranmış borc sonrakı müqavilədən əmələ gəlmişdir. Hal-hazırda iddiaçının kredit müqaviləsinə əsasən 4226,76 manat məbləğində əsas, 1065,94 manat məbləğində faiz borcunun olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli kredit sazişinin surətindən görünür ki, bu müqavilə ilə borcverən Cavabdeh2 ASC borcalan İddiaçı 4523,99 manat məbləğində borc pul verir. Borcalan 4523,99 manat məbləğində borc pulu borcverənə 24 ay müddətinə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, müqavilənin predmeti Bakı şəhəri 35 saylı xüsusi notariat kontorunda xx.xx.2019-cu il tarixində rəsmiləşdirilmiş, Borc Verən - Cavabdeh2 ASC-nin xeyrinə “Borc alan” İddiaçı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5293.10 manat pul tutulması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Bakı şəhəri, Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən, tələbin könüllü icrası haqqında İddiaçı bildiriş göndərilmişdir. İş matriallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 9/4901 saylı ekspert rəyindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixə 4226.76 manat əsas, 1142.46 manat borcu olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2.-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1.-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3.-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Notariat haqqında Azərbaycan Respublikasinin Qanununun 76-cı maddə sinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 ASC arasındakı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borclu 4523.99 manat pul götürmüşdür. Hazırda iddiaçı məhkəmədən Cavabdeh2 ASC-dən RD/75858/6 nömrəli kredit müqaviləsinə və xx.xx.2018-ci ildə restrukturizasiya haqqında RD/75858/61/14 saylı müqaviləyə əsasən hesablanmış borcun silinməsi və bunun əsasında verilmiş Bakı şəhəri Cavabdeh1 8i-3939 saylı xx.xx.2019-cu il tarixli icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Normanın məzmunundan müəyyən olunur ki, hər bir şəxs öz seçdiyi tərəflə məzmununu sərbəst müəyyənləşdirdiyi qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir. Bir qayda olaraq müqavilə şərtləri tərəflərin razılaşması əsasında müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı sonradan bankla müqavilə bağlayaraq 4523.99 manat borcu olmasını etiraf etmişdir. Müqavilə yeniləndikdən sonra onun tərəfindən cəmi 1020 manat pul ödənilmişdir. İş üzrə aparılmış ekspertiza zamanı İddiaçı xx.xx.2020-ci il tarixə 5369.22 manat borcu olması müəyyən olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının banka olan borcu aparılmış ekspertiza rəyinə əsasən 5369.22 manat təşkil etdiyindən, icra qeydində tələb olunan məbləğ daha az olduğundan, iddiaçı tərəfindən başqa mötəbər sübutlar təqdim olunmadığından və icra qeydinin ləğv olunması qanunda nəzərdə tutulmadığından iddia tələbi təmin oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri-145 manat məbləğində vəsait iddia təmin edilmədiyindən İddiaçı dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi və qanunsuz hesablanmış kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri- 145 (bir yüz qırx beş) manat məbləğində vəsait İddiaçı dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-246/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-246/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver