Məhkəmə qərarları › İş №2(010)-2463/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2463/2022

05.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2463/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının nümayəndəsi X* iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat dəyərində vəsaitin alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin *(002)-*3/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin *77.2.2-ci maddələri ilə təqsirli bilinərək 0* il 07 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası onlara həvalə edilmiş, 07 may 202*-ci il tarixdə böyük icra məmuru Ə.Fərzəndov məhkumun iştirakı müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmşdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbağ məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh barəsində olan hökmün icrası məqsədi ilə idarəyə dəvət olunmuş və müəyyən olunmuşdur ki, məhkum ona təhkim olunmuş mobil qurğunu və elektron qolbağı yararsız vəziyyətə salmışdır. Bu barədə məhkumun izahatı alınmış, izahatında o, mobil qurğunu və elektron qolbağı yararsız vəziyyətə salmağının səbəbini onda olan psixi pozğunluqla əlaqələndirmiş və özünü itirərək ona tətbiq olunmuş elektron nəzarət vasitəsini yararsız vəziyyətə göstərmişdir. Həmçinin cavabdehə bildiriş təqdim olunaraq, ona təhkim olunmuş 0* ədəd mobil qurğunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsada bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda hesab edirik ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnmiş və onlara maddi ziyan dəymişdir. "xxxx" QSC-nin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazıma qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Qaradağ Rayon Məhkəməsinin *(002)-*3/2020 saylı, 23 senytabr 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin *77.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 03 il müddətinə azadlığın məhdudlaşdırılmaı cəzası təyin edilmiş və AR CM-nin 69.3-cü maddəsinə əsasən, Cavabdeh tutma altında və həbsdə olduğu 08 ay *4 gün azadlıqdan məhrumetmənin * gününə azadlığın məhdudlaşdırılmasının 2 günü hesablanmış və üzərində qəti olaraq 0* il 07 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır. - 08.05.202*-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh tərəfindən ona təhkim olunmuş mobil qurğu, mobil qurğunun enerji adaptrı, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbağı, istifadə təlimatı və çanta qəbul edilmiş və ona qeyd olunan elektron vasitələri korladığı və yaxud zədələdiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - 29.07.202*-ci il tarixli “EuroDesign” tərəfindən təqdim olunmuş məktubdan görünür ki, elektron nəzarət vasitələrinin ümumilikdə dəyəri 2277.40 manat təşkil edir. - *2.03.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh psixi pozğunluqlarla əlaqədar ona təhkim olunmuş elektron nəzarət vasitəsini yararsız vəziyyətə saldığını bildirmiş və onun dəyəri olan 2277.40 manat məbləğində pulu ödəmək üçün maddi imkanının olmadığını qeyd etmişdir. - *7.03.2022-ci il tarixli bildirişdən görünür ki, elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat məbləğində pul ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, Cavabdeh AR CM-nin *77.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Qeyd olunan cəzanın icrası ilə əlaqədar olaraq məhkumun üzərinə elektron nəzarət vasitəsini daşımaq vəzifəsi qoyulmuşdur. Cavabdeh *2.03.2022-ci il tarixli izahatında elektron nəzarət vasitəsini psixi pozuntuları ilə əlaqədar yararsız vəziyyətə saldığını bildirmişdir. Hal-hazırda iddiaçı dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 2*.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin *096.*-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının dəymiş ziyanın əvəzi kimi 2277.40 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeḣ oğlundan elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar