Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2491/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı“xxxxxxxxxxxxxx” X1 Cavabdeh qarşı pul təbəinə dair mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında xx xxxxxx 2020-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, M ÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxxxxxxxxxxxx” X3 iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs “xxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 547 manat dəyərində nisyə aldığı malın dəyərini 30 manatını ilkin olaraq ödəmiş, qalan 517 manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxx” MMC ilə fiziki şəxs “xxxxxxxxx” MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavəyə əsasən fiziki şəxs “xxxxxxxxx” MMC-nin Cavabdeh qarşı olan 517 (beş yüz on yeddi) manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx” MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh bu günədək heç bir ödəniş etməmişdir. Cavabdehin bu günə 517 manat əsas borcu, 114.84 manat cərimə borcu yaranmışdır. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Bununla əlaqədar iddiaçı “xxxxxxxxxxxxxx” X3 Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 517 AZN borcun, 114.84 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxxxx” X1 nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş fiziki şəxs “xxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış WS000254 saylı xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 547 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə ilkin ödəniş 30 manat, aylıq ödəniş 86.17 manat olmaqla, 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmin nisyə alqı-satqı müqaviləsinə olan xx.xx.2019-cu il tarixli əlavəsinə əsasən fiziki şəxs “xxxxxxxxx”-in (VÖEN **********) cavabdehlə bağladığı WS000254 saylı, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı MMC-yə güzəşt edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixi maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli WS000254 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə “xxxxxxxxxxxxxx” MMC-yə borcu 517 manat əsas borcu, 114.84 manat cərimə borcu, cəmi 631.84 manat təşkil etmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən mobil tefefonlar Samsung A205 DS 32 Black, Al-dəyiş Plus 401-500, Aksesuar Glass 3D Samsung A20 Black, Silikon Samsung A20, digər proqramçı xidməti markalı mallar xx.xx.2019-cu il tarixdə alıcı Cavabdeh təhvil verildi. Mülki işin materiallarından olan xx.xx.2019-cu il tarixli WS000254 saylı alqı-satqı müqaviləsinə əlavəsinə dair Cavabdeh 6 ay müddətinə, ilkin ödəniş 30 manat, aylıq ödəniş 86.17 manat ödəmək şərt ilə Mobil tefefonlar Samsung A205 DS 32 Black, Al-dəyiş Plus 401-500, Aksesuar Glass 3D Samsung A20 Black, Silikon Samsung A20, digər proqramçı xidməti markalı mallar nisyə almışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişə əsasən “xxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh müqavilə üzrə öhdəliklərinin vaxtında icra edilməməsinə görə 567.24, ümumilikdə 631.84 manat qalıq borcunun olması və ödənilməməsi nəticəsində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasənalqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasənəşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı “xxxxxxxxxxxxxx” X3 ilə Cavabdeharasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki işə əlavə edilmiş materiallardan müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən fiziki şəxs “xxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 547 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxx” MMC ilə fiziki şəxs “xxxxxxxxx” MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavəyə əsasən fiziki şəxs “xxxxxxxxx” MMC-nin Cavabdeh qarşı olan 547 (beş yüz qırx yeddi) manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMCyə keçmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı “xxxxxxxxxxxxxx” X2 547 (beş yüz qırx yeddi) manat əsas borcu, 114.84 (bir yüz on dörd manat səksən dörd) manat cərimə borcu yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, oğlundan 517 (beş yüz on yeddi) manat məbləğində əsas borc tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” X2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilənin 2.4.4-cü bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə, hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. Lakin məhkəmə 547 manat məbləğində əsas borca tənasübsüz olaraq 114.84 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 114.84 manat məbləğində cərimə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki,517 (beş yüz on yeddi) manat məbləğində əsas borc və 10 (on) manat hesablanmış dəbbə pulu, ümumilikdə 527 (beş yüz iyirmi yeddi) manat məbləğində olan borcCavabdehtutularaqiddiaçı “xxxxxxxxxxxxxx” X3 ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” X1 iddiası qismən təmin edilsin. Cavabdeh 517 (beş yüz on yeddi) manat əsas borcu, 10 (on)manat cərimə pulu olmaqla, ümumilikdə 527 (beş yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” X2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2491/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2491/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver