Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2503/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1420 manat əsas borcun, dövlət rüsumu 34,2 manat pulun onun xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı darvaza qapısını cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə darvaza qapısının dəyəri olan 2350 manatı iddiaçıya ödəməyi üzərinə götürmüşdür. Cavabdeh tərəf sonuncu istehlakçı olaraq mənzil qapısını sifariş edərək birdəfəlik quraşdırma ilə satıcıdan işi təhvil almışdır. Cavabdehin burada aldığı məshulu yenidən satış məqsədi olmamışdır və hal-hazırda darvaza qapısı öz həyətində onun və ailəsinin şəxsi istifadəsindədir. 23 yanvar 2020-ci ildə bağlanmış müqavilənin həmin tarixli ödəniş qəbzindən göründüyü kimi müqavilə bağlanan gün 500 AZN ödəniş edilmişdir və 1850 AZN borc qalmışdır. Daha sonra cavabdehlə qarşılıqlı razılaşma əsasında ödənilməyən 1850 AZN borc 18%-lə 12 aya bölünərək aylıq 182 AZN olaraq müəyyən edilmişdir. Cavabdeh tərəf bu razılaşmadan sonra ardıcıllıqla 182 AZN, 400 AZN, 182 AZN ödəmiş, lakin daha sonra sonuncu dəfə xx.xx.2021-ci ildə ödəniş edildikdən sonra cavabdeh şəxs ödənişlər etməkdən yayınmışdır və əlaqə nömrələrinə cavab verməyərək 8 aydan artıq müddətdə öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Şəxs tərəfindən ödənişlər posterminal vasitəsilə ödənmiş və ödəniş qəbzi yazılaraq şəxsin istifadə etdiyi nömrənin vvhatsapp mobil proqramı vasitəsilə özünə göndərilmişdir. Ödəniş qəbzlərindən göründüyü kimi 764 AZN iddiaçıya ödənilsə də, qalan 1420 AZN məbləğində pul iddiaçıya ödənilməmişdir. Cavabdehə dəfələrlə müraciət edilsə də borcunu ödəməkdən yayınır. xx.xx.2022-ci il tarixdə cavabdehə borcunu ödəməsi üçün rəsmi şəkildə pretenziya məktubu göndərilsə də, şəxs məktubu götürməkdən imtina etmişdir. Bununla da ödənişi etməkdən boyun qaçırmasını bir daha sərgiləmışdir. Şəxsə 23 gün müddətində dəfələrlə xəbərdarlıqlar etsək də, borcunu ödəmir və öhdəlikdən boyun qaçırır. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC (indiki adı İddiaçı MMC) ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı darvaza qapısını cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə darvaza qapısının dəyəri olan 2350 manatı iddiaçıya ödəməyi üzərinə götürmüşdür. 23 yanvar 2021-ci il tarixli müqaviləyə Əlavə № 1 olan X1 görünür ki, tərəflər mal vahidinin dəyərinin 2350 manat qiymətləndirilməsi barədə razılığa gəlmişlər. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən müvafiq olaraq 500,182,400 və 182 manat məbləğində ödəniş edilmiş və 1420 manat borc qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. 28.012022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 1420 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 1420 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1420 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,20 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1420 (bir min dörd yüz iyirmi) manat pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,20 (otuz dörd manat iyirmi qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-2503/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2503/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver