Məhkəmə qərarları › İş №2(010)-2505/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2505/2021

27.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2505/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh1 Əli oğlunun, Cavabdeh2 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “maneələrin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “maneələrin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6da yerləşən 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən inventarlaşdırma işlərinin aparılmasına maneçiliyin törədilməməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evə və həyətyanı torpaq sahəsinə buraxılması vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "səhvin aradan qaldırılması barədə" ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsində Cavabdeh1 Əli oğlunun atasının adını səhvən Yaşar kimi göstərmişdir. Hal-hazırda isə bu səhvin aradan qaldırılması üçün ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alınması üçün, Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən inventarlaşdırma işlərinin aparılmasına maneçiliyin törədilməməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evə və həyətyanı torpaq sahsinə buraxılması vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı ev atası Əli Qulam oğluna məxsus olmuşdur. Lakin atası öldükdən sonra həmin evdə o, öz ailəsi ilə və cavabdehlər yaşamışdır. Cavabdeh1 onun qardaşı, digər Cavabdeh2 isə bacısıdır. Onların yaşayış sahəsi sonradan faktiki olaraq ayrılsa da, onlar atasına məxsus evdə yaşamış, həmin ev xüsusi mülkiyyət hüququ ilə atasının adına dövlət reyestrində qeydə alınsa da, bu barədə onlarda sənəd olmamışdır. Atası öldüyünə görə o, atacının vərəsəsi kimi vərəsəlik işinin açılmasına dair notariat kontoruna müraciət etmiş və notariat kontorunun məktubuna əsasən həmin evə Dövlət Reyestrində Çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin DƏDRX-dən onun müraciəti ilə əlaqədar qeyd edilən ünvana gələrək qanunla nəzərdə tutulmuş qaydada ölçülər aparmaq istəyən zaman həmin evdə yaşayan cavabdehlər DƏDRX-nin əməkdaşlarına evin ölçüsünü götürməyə mane olmuş, onları evə buraxmamışdır. Məhz bu səbəbdən də DƏDRX-dən evin özəlləşdirilməsi ilə əlaqədar mənim müraciətimin təmin edilməsindən imtina edilmiş və yalnız həmin evə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradıldığı təqdirdə ərizəımə baxılmasının mümkünlüyü bildirilmişdir. O, bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh evə dair Çıxarışın alınmasına maneçilik törədərək, həmin evin vərəsəlik qaydasında onların arasında bölünməsinin qarşısını almaq üçün istədiyi hərəkətləri etmişdir. Məhz bu səbəbdən də o, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evin DƏDRX- nin əməkdaşları tərəfindən inventarlaşdırma işlərinin aparılmasına mane olmamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraiət etməli olmuşdur. Cavabdehlər onlara məxsus miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evdə hər hansı bir tədbir görmək hüququnu, o cümlədən qeyd edilən əmlaka dair dövlət reyestrindən Çıxarış alınması üçün inventarlaşdırma işlərinin aparılmasını qadağan edə bilməz. Həmin evə onların vərəsəlik hüququ olduğundan və atasının vərəsələri kimi həmin evdə onların miras payı olduğundan, onun həmin evi bir vərəsə kimi xüsusi mülkiyyət hüququ ilə öz adına Dövlət Reyestrində qeydə aldırmaq hüququnu yaranmışdır. Lakin bunun üçün ilkin olaraq evə dair Çıxarış əldə edilməli, həmin Çıxarışa əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmalıdır. Ona görə də DƏDRX-nin əməkdaşlarına həmin evə daxil olaraq, evin və torpaq sahəsinin ölçməyə, inventarlaşdırma işlərinin aparılmasına mane olunması onun bu hüquqlarının həyata keçirilməsinə maneçilik kimi başa düşülməlidir. Yəni cavabdehlərin yaşadığı ünvana çağırılmadan gələn hər hansı bir şəxsin onun yaşadığı yaşayış sahəsinə daxil olmasına mane olmaq hüququ olsa da, DƏDRX-nin əməkdaşları onun sözügedən evin Dövlət Reyestrində qeydə alınması hüququmun həyata keçirlməsi üçün onlara etdiyi müraciətə əsasən gəldiyindən və onların həmin evin və torpaq sahəsinin cizgilərini çəkməsi onun bir vərəsə kimi hüquqlarının həyata keçirilməsinin bir hissəsini təşkil etdiyindən, cavabdehlər onlara yaşadığı yaşayış və torpaq sahəsinə daxil olmağa qadağa qoya bilməz. Tərəflərin izahatları İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Əli oğlu izahatında göstərdi ki, oğlu 44 günlük Vətən müharibəsində iştirak etdiyi dövrdə Daşınmaz Əmlakın Reyestr Xidmətindən bir nəfər onunla əlaqə saxlayıb həyəti ölçmək üçün gələcəyini bildirmişdi. Cavabdeh isə həmin dövrdə oğlunun müharibədə olması ilə əlaqədar narahatçılıq hissi keçirdiyi üçün həmin məsələ ilə bağlı müvafiq quruma lazımi şərait yarada bilməmişdir. Cavabdeh izahatında bildirdi ki, bundan sonra müvafiq qurumun səlahiyyətli nümayəndəsi gələcəyi halda lazımi tədbirləri görmələri üçün şərait yaradacaqdır. Cavabdeh2 nümayəndəsi X9 iddia izahatında göstərdi ki, cavabdehin qardaşı oğlu 44 günlük Vətən müharibəsində iştirak etdiyi dövrdə Daşınmaz Əmlakın Reyestr Xidmətindən bir nəfər cavabdehlə əlaqə saxlayıb həyəti ölçmək üçün gələcəyini bildirmişdi. Cavabdeh isə həmin dövrdə qardaşı oğlunun müharibədə olması ilə əlaqədar narahatçılıq hissi keçirdiyi üçün həmin məsələ ilə bağlı müvafiq quruma lazımi şərait yarada bilməmişdir. Cavabdeh izahatında bildirdi ki, bundan sonra müvafiq qurumun səlahiyyətli nümayəndəsi gələcəyi halda lazımi tədbirləri görmələri üçün şərait yaradacaqdır. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsiniin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.11.2020-ci il tarixli bildirişindən görünür ki, aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 7.1 -ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 02.09.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 24.01.2018-ci ildə ölmüşdür. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 09.06.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Əli Qulam oğlu 24.04.2008-ci ildə ölmüşdür. Texniki pasportdan müəyyən olunur ki, Bülbülə qəsəbəsi, Pravda döngəsi 6 ev 4 – ün texniki pasportu Əli Qulam oğlunun adına avqust 1962-ci ildə tərtib edilmişdir. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 03.09.1983-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X4 03.09.1983-cü ildə rəsmi nikah qeydiyyatından keçmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 106.3 Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 106.4 Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 191.3 Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 191.4 Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının hazırki iddia tələbini irəli sürməsi ilə bağlı subyektiv hüququna münasibətdə qeyd etməyi zəruri sayır ki, inzibati orqan tərəfindən müvafiq araşdırmanın nəticəsi olaraq iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evə hüquqlarının qeydə alınacağı ehtimalını əsas götürərək (gözlənilən hüquq) iddiaçının cari iddianı qaldırmaqda subyektiv hüququnun olduğunu hesab edir. Məhkəmə iclasında tərəflərin izahatlarından müəyyən olunur ki cavabdehlər tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində cair dəyişikliklərin aparılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin yoxlama-ölçü işlərinin aparılması üçün gələn mütəxəssislərinə şərait yaradılmamışdır. Bu faktı cavabdehlər öz izahatlarında təsdiq etmişdirlər. Məhkəmə nəzərə alır ki, iddiaçının tələbini əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə eyni zamanda nəzərə alır ki, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir, bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar aşkar edilmədiyindən, iddiaçının tələbini əsaslandırdığı faktları digər tərəfin etiraf etməsini məhkəmə qəbul edir və həmin faktları mübahisələndirmir. Məhkəmə iclasında tərəflərin izahatlarından həmçinin müəyyən olunur ki, cavabdehlər bundan sonra Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində cair dəyişikliklərin aparılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin yoxlama-ölçü işlərinin aparılması üçün gələcək mütəxəssislərinə müvafiq şərait yaradacaqlarını öhdələrinə götürmüşlər. Məhkəmə bildirir ki, AR MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 191.4-cü maddəsinə görə məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Lakin, işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi qəbul edilməli, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1 Əli oğlu və Cavabdeh2 üzərinə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində cair dəyişikliklərin aparılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına maneçiliyin törədilməməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evə və həyətyanı torpaq sahəsinə buraxılması vəzifəsi qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Əli oğlu və Cavabdeh2 üzərinə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində cair dəyişikliklərin aparılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına maneçiliyin törədilməməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 14 saylı evə və həyətyanı torpaq sahəsinə buraxılması vəzifəsi qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar