Məhkəmə qərarları › İş №2(010)-2522/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2522/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2522/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc üzrə 2153,00 AZN, faiz borcu üzrə 733,00 AZN, cərimə borcu üzrə 9.06 AZN olmaqla, cəmi 2895.06 AZN borcun, həmçinin 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 04.02.2016-cı il tarixli, **********4175 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.41% dərəcəsi olmaqla 18 ay müddətinə 2875 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 192 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 04.02.2016-cı il tarixli kredit müqaviləsi 27.08.2016-cı il tarixli, **********1025 saylı hesab nömrəli sazişlə restruktizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2153,00 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir.Beləliklə, 11.03.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin borc məbləği əsas borc üzrə 2153 AZN, faiz borcu üzrə 733.00 AZN, cərimə borcu üzrə 9.06 AZN olmaqla, cəmi 2895 AZN təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verib, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: - “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 04.02.2016-cı il tarixli, **********4175 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə illik 23,41% hesablanmaq şərti ilə 2875 AZN məbləğində kredit verilmişdir. -“FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 27.08.2016-cı il tarixli, **********1025 saylı kredit müqaviləsinin restruktizasiyasına dair sazişə görə tərəflər arasında bağlanmış 04.02.2016-cı il tarixli, **********4175 saylı kredit müqaviləsinin restruktizasiya olunması razılığa gəlinmiş, kredit alanın kredit verənə qalıq əsas borcu 2153.00 AZN, hesablanmış və ödənilməmiş faizlər 0.00 AZN, cərimə 0.00 AZN təşkil etmiş, tərəflər qalıq borcu olaraq 2153.00 AZN qəbul etmişlər, bu məbləğin 30 ay müddətində tamamilə ödənilməsi razılaşdırılmışdır. -Kreditin ödəniş cədvəlindən görünür ki, X3 29 ay 97.00 AZN, 30-cu ay isə 73.00 AZN olmaqla, 30 ay müddətində iddiaçı təşkilata ümumilikdə 2886.00 AZN pul ödəməli idi. -maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 2153,00 əsas borc, 733,00 faiz borcu, 9,06 cərimə borcu olmaqla, ümumilikdə 2895 manat borcu vardır. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında etibarlı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən idiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 423-cü maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 2153,00 AZN, faiz borcu üzrə 733,00 AZN, cərimə borcu üzrə 9,06 AZN olmaqla, cəmi 2895,06 AZN borc, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "FİNCA Azerbaijan" MM QBKT-nın xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar