Məhkəmə qərarları › İş №2(010)-2530/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2530/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2530/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.09.2019-cu il tarixli STN-3746 saylı alqı-satqı müqaviləsi üzrə 1251 manat, 12.09.2019-cu il tarixli STN03-3747 saylı alqı-satqı müqaviləsi üzrə 863 manat, iddia üçün ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə ümumi olaraq 2144 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. İddiaçı iddianın müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh İddiaçı MMC (TEXNOPLUS mağazası) ilə 12.09.2019-cu il tarixində, STN03-3746 saylı alqı-satqı müqaviləsi və 12.09.2019-cu il tarixində, STN03-3747 saylı alqı-satqı müqaviləsi 2 alqısatqı müqaviləsi imzalamışdır.12.09.2019-cu il tarixli, № STN03-3746 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh TEXNOPLUS mağazasından 1443 manat dəyərində x x hamam aksesuarı almışdır. Eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 135 manat həcmində ilkin ödəniş etmişdir. Müqaviləyə əsasən 1443 manat ümumi məbləğdən 135 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 1308 manat etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə hər aya 109 manat ödəniş edir. 12.09.2019-cu il tarixli, STN03- 3746 saylı alqı-satqı müqaviləsi üzrə ödəniş tarixçəsi: 05.10.2019- 109 manat, 11.11.2019- 109 manat, 16.12.2019- 109 manat, 16.12.2019-3 manat, 15.01.2020- 109 manat, 17.02.2020- 109 manat,1-ci üzrə ümumi ödədilən məbləğ: 548 manat, qalıq borc: 760 manat, gecikdirmə ilə əlaqədar 12.08.2020-ci il tarixinədək olan dəbbə pulu isə 491 azn etmişdir. 12.09.2019-cu il tarixli, STN03-3746 saylı alqı-satqı müqaviləsi üzrə TEXNOPLUS mağazasına 1251 manat ödəniş edilməlidir. 12.09.2019-cu tarixli, № STN03-3747 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh TEXNOPLUS mağazasından 900 manat dəyərində “Samsung WWW65K52E69W” paltaryuyan almışdır. Eyni zamanda alqısatqı müqaviləsi ilkin ödənişsiz və 12 aylıq, hər ay 75 azn ödəniş şərti ilə bağlanmışdır. 12.09.2019-cu il tarixli, STN03-3747 saylı alqı-satqı müqaviləsi üzrə ödəniş tarixçəsi belədir: 05.10.2019-75 manat, 11.11.2019-75 manat, 16.12.2019-75 manat, 15.01.2020- 75 manat, 17.02.2020-75 manat, 2-ci müqavilə üzrə ümumi ödənilən məbləğ: 375 manat, ödənilməyən qalıq məbləğ: 525 manat, Gecikdirmə ilə əlaqədar 12.08.2020-ci il tarixinədək olan dəbbə pulu isə 338 manat təşkil etmişdir. 12.09.2019-cu il tarixli, STN03- 3747 saylı alqı-satqı müqaviləsi üzrə TEXNOPLUS mağazasına 863 azn ödəniş edilməlidir. Hər iki müqavilə üzrə ümumi olaraq isə Cavabdeh TEXNOPLUS mağazasına 2114 manat ödəniş etməlidir. Sonuncu dəfə isə cavabdeh-Cavabdeh ödənişlə əlaqədar 10.03.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 10 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. 12.09.2019-cu il tarixli STN-3746 saylı alqı-satqı müqaviləsi üzrə 1251 manat, 12.09.2019-cu il tarixli STN03- 3747 saylı alqı-satqı müqaviləsi üzrə 863 manat, iddia üçün ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə ümumi olaraq 2144 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 Azərbaycan Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, 12.09.2019-cu il tarixli STN-3746 saylı alqı-satqı müqaviləsi üzrə 760 manat əsas borc, 891 manat dəbbə pulu olmaqla, cəmi 1251 manat, 12.09.2019-cu il tarixli STN03-3747 saylı alqı-satqı müqaviləsi üzrə 525 manat əsas borc, 338 manat dəbbə pulu olmaqla, cəmi 863 manat, hər iki müqavilə üzrə ümumilikdə 2114 manat pulun cavabdehdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 12.09.2019-cu il tarixli STN03-3746 saylı alqı–satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçındən xx hamam aksesuarı almış və həmin əşyanı alınmasına görə ilkin ödəniş 135 manat, 1443 manat pulu 12 ay ərzində, hər ay 109 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 12.09.2019-cu il tarixli STN03-3746 saylı alqı–satqı müqaviləsinin əlavəsi olan 12.09.2019-cu il tarixli sənədindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 109 manat olmaqla 12.09.2022-ci il tarixinə qədər ödənilməsi razılaşdırılmışdır. Mülki iş materiallarında olan 12.09.2019-cu il tarixli STN03-3747 saylı alqı–satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçındən “Samsung WWW65K52E69W paltaryuyan” almış və həmin əşyanı alınmasına görə manat pulu 12 ay ərzində, ilkin ödəniş 0 manat, hər ay 75 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 12.09.2019-cu il tarixli STN03-3747 saylı alqı–satqı müqaviləsinin əlavəsi olan 12.09.2019-cu il tarixli sənədindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 75 manat olmaqla 12.09.2022-ci il tarixinə qədər ödənilməsi razılaşdırılmışdır. Mülki iş materiallarında olan 18 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 12.09.2019-cu il tarixli STN-3746 saylı müqaviləsinə əsasən, x x hamam aksesuarı üçün 760 (yeddi yüz altmış) manat ödənilməmiş hissə, 491 (dörd yüz doxsan bir) manat dəbbə pulu olmaqla ümumilikdə 1251 (bir min iki əlli bir) manat; 12.09.2019-cu il tarixli STN-3747 saylı müqaviləsinə əsasən “Samsung WWW65K52E69W paltaryuyan” üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 338 (üç yüz otuz səkkiz) manat dəbbə pulu olmaqla, ümumilikdə 963 (doqquz yüz almış üç) manat miqdarında borcu borcu vardır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 03.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh İddiaçı MMC (TEXNOPLUS mağazası) ilə 12.09.2019-cu il tarixində, STN03-3746 saylı alqı-satqı müqaviləsi və 12.09.2019-cu il tarixində, STN03-3747 saylı alqı-satqı imzalamışdır. 12.09.2019-cu il tarixli, № STN03-3746 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh TEXNOPLUS mağazasından 1443 manat dəyərində hamam aksesuarı almışdır. Eyni zamanda alqısatqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 135 manat həcmində ilkin ödəniş etmişdir. Müqaviləyə əsasən 1443 manat ümumi məbləğdən 135 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 1308 manat etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə hər aya 109 manat ödəniş edir. Gecikdirmə ilə əlaqədar 18.02.2021-ci il tarixinədək olan dəbbə pulu isə 491 manat, ödənilməmiş əsas borc 760 manat təşkil edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, 1285 manat məbləğində əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 12.09.2019-cu il tarixli müqavilələrin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 760 və 525 manat, ümumilikdə 1285 məbləğində əsas borca tənasübsüz olaraq 491 və 338, ümumilikdə 863 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 863 manat məbləğində cərimə pulu azaldılaraq 80 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1285 (bir yüz səksən beş) əsas borcu, 80 (səksən) manat cərimə pulu olmaqla, ümumilikdə 1365 (bir min üç yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunün əvəzi iddia qismən təmin edildiyindən 18 (on səkkiz) manat qismində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçıiddiası qismən təmin edilsin. Cavabdeh 1285 (bir min iki yüz səksən beş) əsas borcu, 80 (səksən) manat cərimə pulu olmaqla, ümumilikdə 1365 (bir min üç yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində iddia qismən təmin edildiyindən 18 (on səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar