Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2534/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X5 Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(010)-7747/2017 saylı qətnaməsi ilə qət edilmiş Cavabdeh X6 və X7 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa 137 manat miqdarında aliment tutulması və X7 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 50 manat miqdarında pul tutulmasının artırılaraq xx.xx.2009-cu il təvəllüdlü X14 oglu və xx.xx.2012ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində hər biri üçün 193 (yüz doxsan üç) manat aliment yaxud cavabdehin 2017-ci ildən bəri xaricdə işləməsi səbəbindən, hər bir uşaq üçün sabit 300 (üç yüz) manat alimentin və X7 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 150 manat miqdarında pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli 2(010)-4925/15 saylı qətnaməsi ilə İddiaçı xeyrinə Cavabdeh X6 və X7 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa 108 manat miqdarında aliment tutulması qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(010)-7747/2017 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli 2(010)-4925/15 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh X6 və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa 137 manat miqdarında aliment tutulması və X7 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 50 manat miqdarında pul tutulması qət edilmişdir. Bildirilir ki, həmin məbləğ bu günkü gündə uşağın normal saxlanması üçün yetərli deyil, uşaqların maddi ehtiyaclarını tam ödəyə bilmir. AR Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin tələbkara ünvanlanan xx.xx.2019-cu il tarixli xx/xx-13833 saylı məktubundan görünür ki, Cavabdeh 2018-ci ilin yanvar ayından Beynəlxalq axtarışda olduğu və ölkə hüdudlarını xx.xx.2017-ci il tarixdə tərk etdiyi müəyyən edilmişdir. Bildirilir ki, Cavabdeh Kanadada yaşayır və işləyir, yüksək qazancı var, onun ünvanı, iş yeri və daimi qazancı barədə Azərbaycan Respublikasının Xarici X1 vasitəsilə müəyyən edilib ona bildirilməsi ilə bağlı XİN Konsulluq İdarəsinə xx.xx.2020-ci il tarixdə və təkrar olaraq xx.xx.2021-ci il tarixdə müraciət etməyinə baxmayaraq bu günədək cavab ala bilməmişdir. Bildirilir ki, oğlu Mustafalı Ömər “hemipleqik spastik serebral iflic, USİ, sol tərəfli hemiparez” xəstəliyindən əziyyət çəkir, əlildir, həm əqli, həm də fiziki qüsurludur. Daim qıcolmaları olur, nevropatoloqun müalicəsi altındadır. 2017-ci ilin fevral ayında onun sol ayağında mərhələli vətər uzatma cərrahi əməliyyatı olmuşdur ki, bu da ki, uşağın 18 yaşına çatanadək davamlı olaraq müalicə almasını tələb edir. Bununla əlaqədar olaraq fizioterapiya kursu ilə birlikdə ona 1500 manat pul xərclənmişdir. 2018-ci il dekabr ayında isə həmin ayağı qaynar su ilə yanıb, travmotoloq nəzarətində fizioterapiya kursu keçib, əməliyyat təkrarlanmalıdır. Təssüf ki, 5 il ərzində təkrar əməliyyatı edə bilməmişdir. Ömərin sağlamlığı üçün hər il Naftalan ya Naxçıvana sanatoriyaya uşaqların hər ikisini aparır və öz vəsaitilə 2 uşaqla 21 gün müddətində əlavə xərclərə cəlb olunur. Uşaqlar orta məktəbdə ibtidai sinifdə oxuması səbəbindən sürücü ilə dərsə gedib-gəlməyə məcburdular. Eləcədə Ömərin normal inkişafı üçün onun vəsaiti hesabına 3 il gec getdiyi orta təhsilində çox zəif olduğu 2 fəndən (riyaziyyat və məntiq) fərdi hazırlığa, habelə üzgüçülüyə, şahmata və jüdo məşqlərinə həftədə 3 dəfə olmaqla, həmçinin dövlətin hesabına isə 20 yanvar metrostansiyası ətrafında yerləşən “DOST inkluzif inkişaf və yaradıcılıq mərkəzin”-ə keramika dərnəyinə və mütəmadi fərdi psixoloqun qəbuluna getməyə məcburdur, onu dayə və sürücü ora aparıb-gətirir. Həmin ərazi yaşadıqları yerdən, yəni Qaraçuxurdan çox uzaq olduğu üçün yol puluna, onun işlədiyinə görə dayə puluna və digər əlavə xərcləri çıxır. Qızı gimnaziyaya imtahan verib, təhsilini daha yaxşı məktəbdə davam etdirmək arzusundadır. Hazırda 3 fəndən əlavə məşğul olduğundan, bu fərdi müəllimlərə də zəhmət haqqı ödənilir. Keçmiş həyat yoldaşının valideyinləri tərəfindən uşaqlarına verilən psixoloji travmalar (evdə, həyətdə uşaqlarla dava-dalaş, şiddət, döyülmələr və s.) səbəbindən psixoloq xidmətindən də yararlanırlar, təbii bu da ödənişlidir. Oğlunu müaliçəvi idmana və qapalı hovuza aparır, bu da pullu xidmətdir. Eyni zamanda Ömər artıq 13 yaşına çatdığına görə psixoloqun qəbulu daha intensiv xarakter alır. Bu əlavə xərclər üçün müəyyən olunmuş 50 manat məbləğində vəsait bu ehtiyacları ödəmir. Ona görə də, oğlu Mustafalı Ömər üçün çəkilən əlavə xərclərə görə məbləğ 150 manata qaldırılmalıdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Cavabdeh yenidən ailə qurmasını və 2 övladının olmasını, maddi vəziyyəti çətin olduğu üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hər bir uşağa görə 137 manat məbləğində alimentin və əlavə olaraq 50 manat sabit məbləğdə pulun onun tərəfindən ödənilməsini, eləcə də İddiaçıd qızının kifayət qədər yaxşı maddi imkana malik olmasını qeyd edərək iddia tələbi ilə razı olmadığnı bildirdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X9 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbi ilə razı olmadığını bildirərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(010)-7747/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Suraxanı rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli 2(010)-4925/15 saylı qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilmiş və Cavabdeh İddiaçı xeyrinə 17 sentyabr 2009-cu il təvəllüdlü X7 və 19 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 137 manat alimentin tutulması, Cavabdeh övladının yetkinlik yaşına çatanadək müalicəsi ilə əlaqədar əlavə xərclərin ödənilməsinə cəlb olunması və 14 iyul 2017-ci il tarixdən Cavabdeh İddiaçı xeyrinə 17 sentyabr 2009-cu il təvəllüdlü X7 müalicəsi ilə əlaqədar hər ay sabit pul məbləğində 50 manatın tutulması, Cavabdeh İddiaçı xeyrinə əlavə xərc olaraq birdəfəlik 475 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2009-cu il təvəllüdlü X7 və 19 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutlması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan AR Dövlət Neft Şirkətinin (Socar) xx.xx.2018-ci il tarixli sorğuya ünvanlanmış cavabından görünür ki, İddiaçı SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Layihələrinin İdarəedilməsi şöbəsində böyük mühəndis vəzifəsində işləyir və onun aylıq əmək haqqı tarifi 2175 manat təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflərin birgə nikahından doğulan iki azyaşlı uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə məhkəmə qətnaməsi ilə aliment tutulur. İddiaçı həmin məbləğin hazırkı dövrün tələblərinə cavab vermədiyi və əlavə xərclər çəkdiyi üçün artırılmasını istəyir. Cavabdeh tərəf isə kifayət qədər maddi imkana malik olmamasını və iddiaçının özünün maddi vəziyyətinin yaxşı olmasını qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin mənasından göründüyü kimi aliment məbləğinin dəyişdirilməsi o halda baş verir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Yəni, tərəfin gəliri ya artmış, ya da azalmış olsun. Bu halda, iddiaçının tələbinə əsasən aliment məbləği müvafiq olaraq artırıla və ya azaldıla bilər. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, lakin qeyd olunan məbləğdə alimentin və digət sabit pul vəsaitinin ödənilməsi üçün cavabdehin kifayət qədər imkanının olmasını göstərən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh Nadı̇ r oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində pul iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2534/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2534/2022
08.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver