Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2546/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Aqil qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə 16 iyun 2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən" xxxxı” ASC-nin xeyrinə 468- 07-10-2016-ME-AS nömrəli 07.10.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 116425.37 (yüz on altı min dörd yüz iyirmi beş manat otuz yeddi qəpik) manat əsas borc, 985.97 (doqquz yüz səksən beş manat doğsan yeddi qəpik) manat faiz borcu cəmi borc 117411.34 (yüz on yeddi min dörd yüz on bir manat otuz dörd qəpik) manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41.42 manat rüsum məbləğində pul vəsaitin tutulmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən iddiaçı “xxxxı” ASC-nin xeyrinə tutulmalı olan məbləğ 08.07.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 92a М3, 567-li (Yeni qaydalarla: Yasamal rayonu, Tiblisi pr., 169, М3, Mənzil 3.) mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılsın, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsini, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilsin, yaşayış sahəsini ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etsinlər, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq təhvil verilməsini və satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən" tutularaq iddiaçı «xxxxı» ASC-yə ödənilməsini xahiş etmişdir. İşin məhkəmə iclası 16 iyun 2021-ci il tarixə, saat 14:15-ə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı “xxxx” ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada tərəflərə verildiyi və ya təqdim edildiyi gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2546/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2546/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver