Məhkəmə qərarları › İş №2(010)-2560/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2560/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2560/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh1 Fərhad oğluna və qeyrilərinə qarşı “kredit borcunun və kredit üzrə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxx» ASC Cavabdeh1 Fərhad oğluna və qeyrilərinə qarşı “kredit borcunun və kredit üzrə hesablanmış faizlərin ödənilməsi” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2018-ci il tarixli, **********000005 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas kredit borcu üzrə AZN 6432,50 (altı min dörd yüz otuz iki manat əlli qəpik), faiz borcu üzrə AZN 1042.44 (bir min qırx iki manat qırx dörd qəpik), hesablanan dəbbə pulu (penya) isə AZN 410.81 (dörd yüz on manat səksən bir qəpik), ümumilikdə AZN 7885.75 (yeddi min səkkiz yüz səksən beş manat yetmiş beş qəpik) borc məbləğinin və dövlət büdcəsinə ödənilmiş AZN 30 (otuz manat) məbləğində dövlət rüsumunun tutularaq "xxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə, saat 12:10-a təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə SMS- Xəbərdarlıq göndərilməsinə baxmyaraq, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh1 Fərhad oğluna və qeyrilərinə qarşı “kredit borcunun və kredit üzrə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar