Məhkəmə qərarları › İş №2(010)-2561/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2561/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2561/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 1017.6 manat məbləğində kredit borcu, 807.14 manat məbləğində faiz borcu və 352.02 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2176.76 manat məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə 728.03 ABŞ dolları məbləğində kredit borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 02L000008693 saylı X4nə əsasən 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. X4 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 002R**********S saylı, xx.xx.2016-cı il tarixli 002R**********SA saylı, xx.xx.2017-ci il tarixli 002R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1482.4 manat ödəmiş, onun 1017.6 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 599 gün üçün hesablanmış faiz borcu 807.14 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 599 gün üçün hesablanmış cərimə 352.02 manat təşkil edir. Bundan başqa, X4 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2300 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 002R**********S saylı, xx.xx.2016-cı il tarixli 002R151801371 OSA saylı, xx.xx.2017-ci il tarixli 002R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1571.97 ABŞ Dolları ödəmiş, onun 728.03 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. X4 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən X4ndən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və X4 üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o bankla müqavilə bağlayaraq pul götürmüş, lakin həmin vaxt dollar 0.78 manat təşkil etmişdir. Bundan əlavə onun ailəsində bir sıra problemlər baş vermişdir ki, bununla əlaqədar olaraq o banka olan borcunu vaxtında ödəyə bilməmişdir. Buna görə də bank tərəfindən hesablanmış faizlər silinməlidir və onun ailə vəziyyəti nəzərə alınmalıdır. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli 02L000008693 nömrəli X4ndən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 02L000008693 saylı X4nə əsasən 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş 002R********** saylı kredit razılaşmasından görünür ki, xx.xx.2012-ci il tarixli 02L000008693 nömrəli uzunmüddətli Kredit Müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 002R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 02L000008693 saylı X4 üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 002R********** Kredit Razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2015ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli 002R**********SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 02L000008693 saylı X4 üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 002R********** Kredit Razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 002R**********SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 02L000008693 saylı uzunmüddətli kredit Müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 002R********** Kredit Razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarına əlavə edilmiş 002R********** saylı kredit razılaşmasından görünür ki, xx.xx.2012-ci il tarixli 02L000008693 nömrəli uzunmüddətli Kredit Müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2300 ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 002R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 02L000008693 saylı X4 üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 002R********** Kredit Razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2015ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli 002R**********SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 02L000008693 saylı X4 üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 002R********** Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1,9167% dərəcəsi ilə hesablanır. Cavabdeh1 bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 002R**********SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 02L000008693 saylı X4 üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış 002R********** Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2017-ci il tarixdən aylıq 1,4167% dərəcəsi ilə hesablanır. Cavabdeh1 bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəməlidir. İş materiallarına əlavə edilmiş 02S000022155 saylı, 02S000016628, 02S000022154 zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 002R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 1017.6 manat əsas, 807.14 manat məbləğində faiz borcu və 352.02 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2176.76 manat məbləğində borcu var. İş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixə Cavabdeh1 002R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 1017.6 manat əsas, 385.62 manat məbləğində faiz borcu və 255.35 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2176.76 manat məbləğində borcu var. İş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 002R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 728.03 ABŞ dolları məbləğində kredit borcu var. İş materiallarında əlavə edilmiş əlavə edilmiş İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış Xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 02L000008693 nömrəli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. X4 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 002R**********S saylı, xx.xx.2016-cı il tarixli 002R**********SA saylı, xx.xx.2017-ci il tarixli 002R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2300 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 002R**********S saylı, xx.xx.2016-cı il tarixli 002R151801371 OSA saylı, xx.xx.2017-ci il tarixli 002R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmçinin, 02S000022155 saylı, 02S000016628, 02S000022154 zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşlər. İş üzrə İddiaçı QSC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Bunun nəticəsində Cavabdeh1 İddiaçı QSC-yə 002R********** saylı xx.xx.2015ci il tarixli kredit razılaşması üzrə 1017.60 manat əsas, 385.62 manat məbləğində faiz borcu və 352.02 manat məbləğində cərimə borcu , 002R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 728.03 ABŞ dolları məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (penya məbləği, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penya məbləği ödəyəcəyini vəd etmişdirsə, kreditor penya məbləğinin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə həmçinin iddianın 352.02 manat penya məbləğinin tutulması hissəsinə münasibətdə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 50 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada 002R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 1017.60 manat əsas, 385.62 manat məbləğində faiz və 50 manat məbləğində cərimə olmaqla, cəmi 1453.22 manat, 002R********** saylı xx.xx.2015ci il tarixli kredit razılaşması üzrə 728.03 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada 002R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 1017.60 manat əsas, 385.62 manat məbləğində faiz və 50 manat məbləğində cərimə olmaqla, cəmi 1453.22(bir min dörd yüz əlli üç manat, iyirmi iki qəpik) manat, 002R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 728.03 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar