Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2566/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" ASC-ti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07.06.2019-cu il tarixli RBYF-3047_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 687,14 (altı yüz səksən yeddi manat on dörd qəpik) manat, faiz borcuna görə 3,75 (üç manat yetmiş beş qəpik) manat, dəbbə borcuna görə 32,01 (otuz iki manat bir qəpik) manat, cəmi 722,9 (yeddi yüz iyirmi iki manat doxsan qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçıASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 07.06.2019-cu il tarixli RBYF-3047 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 716,28 (yeddi yüz on altı tam yüzdə iyirmi səkkiz) manat məbləğində cavabdehə kredit verilmişdir. 07.06.2019-cu il tarixli RBYF-3047_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 07.06.2019-cu il tarixli, RBYF-3047 KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 7-dan gec olmayaraq hər ay 12,25 (on iki manat iyirmi beş qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 07.06.2019-cu il tarixli, RBYF-3047_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 687,14 (altı yüz səksən yeddi manat on dörd qəpik) manat, faiz borcuna görə 3,75 (üç manat yetmiş beş qəpik) manat, dəbbə borcuna görə 32,01 (otuz iki manat bir qəpik) manat, borcun cəmi məbləği 722,9 (yeddi yüz iyirmi iki manat doxsan qəpik) manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 07.06.2019cu il tarixli, RBYF-3047_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 687,14 (altı yüz səksən yeddi manat on dörd qəpik) manat, faiz borcuna görə 3,75 (üç manat yetmiş beş qəpik) manat, dəbbə borcuna görə 32,01 (otuz iki manat bir qəpik) manat, cəmi 722,9 (yeddi yüz iyirmi iki manat doxsan qəpik) manat pul tutulmalıdır. Tərəflərin izahatları İddiaçının etibarnəmə üzrə səlahiyyətli nümayəndəsi 27.05.2021-ci il tarixdə məhkəmə "Elektron Məhkəmə İnformasiya Sistemi"nə məktub göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: "İddiaçı" ASC ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 07.06.2019-cu il tarixli RBYF-3047 KMP saylı restrukturizasiya məqsədi ilə kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən bank Cavabdeh 16.07.2012-ci il tarixli, RBYF-3047 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə kredit verməyi, müştəri isə illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 716,28 (yeddi yüz on altı tam yüzdə iyirmi səkkiz) manat məbləğində kredit borcunun qaytarılmasını müəyyən olunmuş şərtlərlə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. "İddiaçı" ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 687,14 (altı yüz səksən yeddi manat on dörd qəpik) manat, faiz borcuna görə 3,75 (üç manat yetmiş beş qəpik) manat, dəbbə borcuna görə 32,01 (otuz iki manat bir qəpik) manat, cəmi 722,90 (yeddi yüz iyirmi iki manat doxsan qəpik) manat məbləğində borcu vardr. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, İddiaçı" ASC ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 07.06.2019-cu il tarixli RBYF-3047 KMP saylı restrukturizasiya məqsədi ilə kredit müqaviləsi bağlanmış və həmin müqavilə ilə bank Cavabdeh 16.07.2012-ci il tarixli, RBYF-3047 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə kredit verməyi, müştəri isə illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 716,28 (yeddi yüz on altı tam yüzdə iyirmi səkkiz) manat məbləğində kredit borcunun qaytarılmasını müəyyən olunmuş şərtlərlə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdeh xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bunun nəticəsində cavabdehin iddiaçı qarşısında 687,14 manat, faiz borcuna görə 3,75 manat, dəbbə borcuna görə 32,01 manat, cəmi 722,90 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 687,14 (altı yüz səksən yeddi manat on dörd qəpik) manat, faiz borcuna görə 3,75 (üç manat yetmiş beş qəpik) manat, dəbbə borcuna görə 32,01 (otuz iki manat bir qəpik) manat, cəmi 722,90 (yeddi yüz iyirmi iki manat doxsan qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "İddiaçı" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 687,14 (altı yüz səksən yeddi manat on dörd qəpik) manat, faiz borcuna görə 3,75 (üç manat yetmiş beş qəpik) manat, dəbbə borcuna görə 32,01 (otuz iki manat bir qəpik) manat, cəmi 722,90 (yeddi yüz iyirmi iki manat doxsan qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2566/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2566/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver