Məhkəmə qərarları › İş №2(010)-2567/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2567/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2567/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.08.2019-cu il tarixli, RB/MF-4538_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1143,81 (bir min bir yüz qırx üç manat 81 qəpik) manat, faiz borcuna görə 5,06 (beş manat 06 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1148,87 (bir min bir yüz qırx səkkiz manat 87 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı” ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasındq bağlanmış 23.08.2019-cu il tarixli, RB/MF-4538_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 1152,38 (bir min bir yüz əlli iki manat otuz səkkiz qəpik) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 23.08.2019-cu il tarixdə İddiaçı ASC-nin Yasamal filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 23.08.2019-cu il tarixli, RB/MF-4538 KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 23.08.2019-cu il tarixli, RB/MF-4538 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 23.08.2019-cu il tarixli, RB/MF-4538_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 23-dən gec olmayaraq hər ay 19,70 (on doqquz manat yetmiş qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Maliyyə arayışına əsasən Cavabdeh1 23.08.2019-cu il tarixli, RB/MF-4538 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1143,81 (bir min bir yüz qırx üç manat səksən bir qəpik) manat, faiz borcuna görə 5,06 (beş manat altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 1148,87 (bir min bir yüz qırx səkkiz manat səksən yeddi qəpik) manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.08.2019-cu il tarixli, RB/MF-4538_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1143,81 (bir min bir yüz qırx üç manat 81 qəpik) manat, faiz borcuna görə 5,06 (beş manat 06 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1148,87 (bir min bir yüz qırx səkkiz manat 87 qəpik) manat pul tutulmalıdır. Tərəflərin izahatları İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi 27.05.2021-ci il tarixdə məhkəmə "Elektron Məhkəmə İnformasiya Sistemi"nə məktub göndərərək, həmin gün keçirilən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: "İddiaçı" ASC ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.08.2019-cu il tarixli, RB/MF-4538_KMP saylı krediti müqaviləsindən (güzəştli şərtlərlə) görünür ki, Cavabdeh1 "İddiaçı" ASC-nin Yasamal filialından illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 1152,38 (bir min bir yüz əlli iki manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. 23.08.2019-cu il tarixli, RB/MF-4538_KMP saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. "İddiaçı" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı banka 1143,81 manat əsas borc, 5,06 manat faiz borcu olmaqla ümumilikdə cəmi 1148,87 manat məbləğində borcu vardr. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 474.2 Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, "İddiaçı" ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi (güzəştli şərtlərlə) bağlanılmış və həmin müqavilə ilə iddiaçı Cavabdeh1 05.12.2013-cü il tarixli, RB/MF-4538 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 1152,38 (bir min bir yüz əlli iki manat otuz səkkiz qəpik) manat məbləğində kredit verməyi, cavabdeh isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə görə borcalan müqavilə üzrə ödənişlər vaxtında lazımi qaydada icra edilməzsə bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bununla yanaşı, işi materialları ilə müəyyən olunur ki, iddiaçı ilə digər cavabdeh Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və o Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə görə onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə müəyyən edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bunun nəticəsində onun bank qarşısında 1143,81 manat məbləğində əsas borc, 5,06 manat məbləğində faiz borcu yaranmışdır. Cavabdeh2 zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdehlər müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdirlər. Beləliklə, məhkəmə sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1143,81 (bir min bir yüz qırx üç manat səksən bir qəpik) manat əsas borc, faiz borcuna görə 5,06 (beş manat altı qəpik) manat olmaqla cəmi 1148,87 (bir min bir yüz qırx səkkiz manat səksən yeddi qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "İddiaçı" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1143,81 (bir min bir yüz qırx üç manat səksən bir qəpik) manat əsas borc, faiz borcuna görə 5,06 (beş manat altı qəpik) manat olmaqla cəmi 1148,87 (bir min bir yüz qırx səkkiz manat səksən yeddi qəpik) manat məbləğində vəsait və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "İddiaçı" ASC -nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar