Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2576/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********75091 X8 8 Pro markalı telefon üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat dəbbə; 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76700 Samsung Galaxy S20 Ultra DUAL markalı telefon üçün, 2150.2 (iki min yüz əlli manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 645.8 (altı yüz qırx beş manat, səksən qəpik) manat dəbbə pulu, ümumilikdə, 3528 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3558 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddianın müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdeh, “xxxx” MMC ilə 04.03.2020-ci il və 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********75091 X8 8 Pro markalı telefon və İMEİ kodu **********76700 Samsung Galaxy S20 Ultra DUAL markalı telefon almış və nəticədə 3528 (üç min beş yüz iyirmi səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (12 ay x 52.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********75091 X8 8 Pro markalı telefon üçün ümumilikdə, 732 (yeddi yüz otuz iki) manat olmaqla ondan, 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3045.2 (üç min qırx beş manat, iyirmi qəpik) manat (12 ay x 215.1 manat + 464 manat ilkin ödəniş) İMEİ kodu **********76700 Samsung Galaxy S20 Ultra DUAL markalı telefon üçün ümumilikdə, 2796 (iki min yeddi yüz doxsan altı) manat olmaqla ondan, 2150.2 (iki min yüz əlli manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 645.8 (altı yüz qırx beş manat, səksən qəpik) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 964 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla əlaqədar, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********75091 X8 8 Pro markalı telefon üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat dəbbə; 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76700 Samsung Galaxy S20 Ultra DUAL markalı telefon üçün, 2150.2 (iki min yüz əlli manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 645.8 (altı yüz qırx beş manat, səksən qəpik) manat dəbbə pulunun, cəmi 2711,2 (iki min yedi yüz on bir manat iyirmi qəpik) ödənilməmiş əsas borc, 816,8 (səkkiz yüz on altı manat səksən qəpik) dəbbə pulunun, ümumilikdə, 3528 (üç min beş yüz iyirmi səkkiz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3558 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh öz izahatına əsasən, iddia tələbini qəbul etdiyini, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 04.03.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən X2 “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********75091 X8 8 Pro markalı telefon almış və həmin əşyanı alınmasına görə 630 manat pulu 12 ay ərzində, ilkin ödənişsiz 0 manat, hər ay 52,5 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 21.03.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən X2 “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********76700 Samsung Galaxy S20 Ultra DUAL markalı telefon almış və həmin əşyanı alınmasına görə 3045,2 manat pulu 12 ay ərzində, ilkin ödəniş 464 manat, hər ay 215,1 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 01 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********75091 X8 8 Pro markalı telefon üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 171 (bir yüz yetmiş bir) manat dəbbə pulu olmaqla ümumilikdə 732 (yeddi yüz otuz iki) manat; 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu İMEİ kodu **********76700 Samsung Galaxy S20 Ultra DUAL markalı telefon üçün 2711,2 (iki min yeddi yüz on bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 645,8 (altı yüz qıx beş manat səksən qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 2796 (iki min yeddi yüz doxsan altı) manat miqdarında borcu borcu vardır. Mülki iş materiallarında olan 16 dekabr 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, T.Bağırov küçəsi, 3-cü Mədən küçəsi, ev 132 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********75091 X8 8 Pro markalı telefon üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat dəbbə; 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76700 Samsung Galaxy S20 Ultra DUAL markalı telefon üçün, 2150.2 (iki min yüz əlli manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 645.8 (altı yüz qırx beş manat, səksən qəpik) manat dəbbə pulu, ümumilikdə 2711,2 (iki min yeddi yüz on bir manat iyirmi qəpik) manat, 816,8 (səkkiz yüz on altı manat səksən qəpik) manat, cəmi 3528 (üç min beş yüz iyirmi səkkiz manat) miqdarında borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 2711,2 manat məbləğində əsas borc X3 tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 04.03.2020-ci il tarixli və 21.03.2020-ci il tarixli müqaviləsinin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2711,2 manat məbləğində əsas borca tənasübsüz olaraq 816,8 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 816,8 manat məbləğində cərimə pulu azaldılaraq 80 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2711,2 (iki min yeddi yüz on bir manat iyirmi qəpik) əsas borcu, 80 (səksən) manat cərimə pulu olmaqla, ümumilikdə 2791,2 (iki min yeddi yüz doxsan bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 2711,2 (iki min yeddi yüz on bir manat iyirmi qəpik) əsas borcu, 80 (səksən) manat cərimə pulu olmaqla, ümumilikdə 2791,2 (iki min yeddi yüz doxsan bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2576/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2576/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver