Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2579/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdehin Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə X1 yetkinlik yasına çatanadək saxlanılması üçün sabit pul məbləğində tutulan alimentin məbləğini Azərbaycan Respublikasında 2023-cü il üzrə müəyyən edilmiş ümumi yaşayış minimumu həddinə qədər artırılması, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin mediasiya sessiyasına görə ödənilən 53 manat pulun cavabdehdən, Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Ağcabədi rayon qeydiyyat şöbəsində Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X16 adlı bir övladı doğulmuşdur. Ailə münasibətləri ilk əvvələr yaxşı olsa da, sonradan pisləşmişdir. Ona görə hazırda faktiki olaraq ayrı yaşayırlar. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1014/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 170 sabit pul məbləğində alimentin tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. Eyni zamanda Ağcabədi rayon Məhkəməsinin 2(017)-931/2021 nömrəli, 17 iyun 2021-ci il İtarixli qətnaməsindən "alimentin azaldılması" tələbinə dair iddiaçı Cavabdeh olmaqla onun tərəfindən cavabdeh qismində verilmiş apellyasiya şikayətinə Şirvan Appellyasiya Məhkəməsində baxılaraq Ağcabədi rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2 (017)- 931/2021 nörməli qətnaməsi ləğv edilmişdir. X1 yetkinlik yaşınadək saxlanması üçün təyin olunmuş 170 manat aliment məbləği uşağın ən mininimum həyat tələbatını belə ödəmir. Hesab edir ki, cavabdeh heç olmasa uşağın minumum tələbatını ödəməlidir. Dünyada gedən bahalaşma prosesi, müharibələr, iqtisadi böhran, ərzaq çatışmazlığı onlardan də yan keçmir və sosial-iqtisadi həyatımıza təsirsiz ötüşmür. 170 manat təyin edilən alimentin məbləği artırılaraq ehtiyac meyarının və yaşayış minimumunun 2023-cü ildə təsdiq edilmiş bugünkü həddinə çatdırılması məqsədəuyuğundur. Hazırda respublikamızda 1 uşağın orta hesabla hər ay yalnız qidalanması üçün müəyyən olunmuş sabit pul məbləği 220 manatdır. Cavabdehdən uşağın saxlanması üçün hər ay uşaqlar üçün respublikamızda qəbul olunmuş minimum dolanışıq məbləğində olan sabit pul məbləğində alimentin tutulması labüddür. Bu onun qaçılmaz vəzifəsidir. 2023-cü ildə uşaqlar üçün nəzərdə tutulmuş yaşayiş minimumu 220 manat təşkil edir. Ümumi yaşayış minimumunun məbləği isə 246 manatdır. Hal-hazırda iddiaçı işləmir, yaşamağa evi yoxdur, müvəqqəti olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Şərq massivi 1, mənzil 60-da atası X3 məxsus olan mənzildə uşağı ilə birlikdə müvəqqəti məskunlaşmış, maddi vəziyyəti ağır və acınacaqlıdır, uşağı xəstədir, mütəmadi olaraq loqoped müalicəsini alır, xərcləri qarşılamaqda çətinlik çəkir. Buna görə də, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, oğlu evlənib, ailəsi və uşağı var. Valideyinlərinə də o baxır, aylıq maaşı yoxdur, fəhlə işləyir. Bu səbəbdən də iddianın rədd olunmasını xahiş edir. İş materialları. Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-ci il tarixdə verilmiş “X5 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya MŞB//12/2023-00359 nömrəli işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyası barədə məlumat verilməsinə baxmayaraq, o sessiyada iştirak etməmiş və bu barədə hər hansı məlumat verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Ağcabədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 275344 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 216 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra tərəflər öz soyadlarını saxlamışlar. Ağcabədi İHR-nın Yeniqaradolaq kənd SƏD-i üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, AZ-İV seriyalı, 240494 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 (atası Cavabdeh, anası İddiaçı) 24 noyabr 2018-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1014/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-3352/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, aliment məbləğinin azaldılması barədə 2(017)-931/2021 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Ağcabədi rayon “Asan Xidmət” X10 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Cavabdeh, anası X4) 11 aprel 2023-cü il tarixdə Masallı rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 395 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri: Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: ...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsi: (...)Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin nikahından bir uşaq doğulmuşdur. Tərəflər arasında nikah pozulmamış, lakin məhkəmənin qətnaməsi ilə uşaq ananın himayəsində qalmış və cavabdehdən uşağın saxlanılması üçün aliment tutulurdu. Bu müddət ərzində yaşayış minimumu dəyişdiyindən, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğı göstərən və xərclər çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdehin ikinci uşağının olması, onu birinci uşağı saxlamağa və onun saxlanılması üçün aliment ödənilməsi öhdəlikdən azad etmir. Nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-ci il tarixdə verilmiş “X5 iştirak edilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi üçün məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 53 manat məbləğdən 50 manat xərci də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (220x12=2640 manat) mütənasib olan 46.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1014/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 46.4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair ödənilmiş xərc Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1014/2021 saylı 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Ödənilməmiş 46.4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair ödənilmiş xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva