Məhkəmə qərarları › İş №2(010)-2592/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2592/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2592/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 94.900 manat pul məbləğinin və məhkəmənin hesabına ödədiyi 372 manat dövlət rüsumunun tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 vəsatətlə müraciət edərək, 2(010)-2592/2025 saylı mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-3236/2025 saylı mülki işə birləşdirilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixində 6 saylı notariat ofisində formal olaraq borc müqaviləsi (formal olduğunu iddiaçının özü video çəkiliş apararaq etiraf etmişdir) bağlanmışdır. O, iddiaçının dediyi kimi hərəkət etsə də, iddiaçı hüquq-mühafizə orqanlarına şikayət etdiyindən və öz maraqları üçün fikir irəli sürdüyündən iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixində 6 saylı notariat ofisində aralarında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Onun sözügedən məzmunda iddia tələbi xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş və iddia üzrə cavabdeh İddiaçı qarşı olan 2(008)-3236/2025 saylı iş hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın icraatındadır və həmin iş üzrə ilk hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, hazırda isə proses xx.xx.2025-ci il tarixinə təxirə düşmüşdür. Bütün bunlardan İddiaçı xəbəri olsa da, o nədənsə sübutları, həqiqəti təhrif edən yeni iddia vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında mülki iş olduğu halda tərəfin bu cür şəkildə ayrıca iddia verməsi işin hərtərəfli araşdırılmasına ziddir. İcraatdakı iddia ərizəsi üzrə mübahisə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatındakı işlə eyni (bağlı) olduğundan iddia tələblərinin hərtərəfli, obyektiv araşdırılması üçün iş materiallarının ilkin icraata götürülmüş işə birləşdirilməsi zəruridir. Belə ki, ilkin iddia onun tərəfindən verildiyindən və hazırkı iddia ərizəsinin verilməsindən bir ay öncə digər məhkəmənin icraatına daxil olduğundan icraatdakı işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatındakı işlə birləşdirilməsi qanunvericiliyin tələbidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin “Biri-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti” adlanan 43-cü maddəsində qeyd edilir ki, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi, həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara, işin hallarına, əlavə edilmiş mötəbər sənədlərə və qanunvericiliyin tələblərinə əsasən 2(010)-2592/2025 saylı mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-3236/2025 saylı mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatəti müdafiə edərək, mülki işin aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2.-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, Suraxanı rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş ilkin olaraq icraata qəbul edilmiş iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair mülki işlə birlikdə baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 43.1, 263, 264cü maddəsini rəhbər tutaraq qəraraaldı: Vəsatət təmin olunsun. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(010)-2592/2025 nömrəli mülki iş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair 2(008)-3236/2025 saylı mülki işlə birlikdə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(010)-2592/2025 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar