Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2594/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2017-ci il tarixli müqaviləyə əsasən, Gala-Assos yataq dəsti, DÖŞƏK URETAN üçün 1673 manat ödənilməmiş hissə və 487 manat dəbbə pulu, 10 avqust 2017-ci il tarixli müqaviləyə əsasən Gala-Ebru tv stend üçün 335 manat ödənilməmiş məbləğ və 102 manat dəbbə, cəmi 437 manat, 20 iyul 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********99164 “Samsung Galaxy A 6” markalı telefon üçün 516 manat ödənilməmiş məbləğ və 156 manat dəbbə pulu, cəmi 672 manat, 18 avqust 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********87417 “Samsung Galaxy S9 DUAL” markalı telefon üçün 2078 manat ödənilməmiş hissə və 624 mnat dəbbə pulu, cəmi 2702 manat və ümumilikdə 5971 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6001 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, “xxxx” MMC Cavabdeh 10 avqust 2017-ci il, 10 avqust 2017-ci il, 20 iyul 2018-ci il, 18 avqust 2018-ci il tarixlərindəki Müqavilələrə əsasən müvafiq olaraq Gala-Assos yataq dəsti, DÖŞƏK URETAN, Gala-Ebru tv stend, İMEİ kodu **********99164 “Samsung Galaxy A 6” markalı telefon, İMEİ kodu **********87417 “Samsung Galaxy S9 DUAL” markalı telefon almış və nəticədə 5971 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.08.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4872 manat (24 ay x 203 manat + 0 manat ilkin ödəniş) olan Gala-Assos yataq dəsti, DÖŞƏK URETAN üçün 2160 manat olmaqla ondan, 1673 manat ödənilməmiş hissə, 102 manat dəbbə pulu; 10.08.2017-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1530 manat (18 ay x 85 manat + 0 manat ilkin ödəniş) olan Gala-Ebru tv stend üçün 437 manat olmaqla ondan, 335 manat ödənilməmiş hissə, 102 manat dəbbə pulu; 20.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 780 manat olan İMEİ kodu **********99164 “Samsung Galaxy A 6” markalı telefon üçün 672 manat olmaqla ondan, 516 manat ödənilməmiş hissə, 156 manat dəbbə pulu; 18.08.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2475 manat (24 ay x 99 manat + 99 manat ilkin ödəniş) olan İMEİ kodu **********87417 “Samsung Galaxy S9 DUAL” markalı telefon üçün 2702 manat olmaqla ondan 2078 manat ödənilməmiş hissə, 624 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin 10.08.2017-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş tarixi 29.02.2020-ci il tarixi olmaqla cəmi ödədiyi məbləğ 5055 manat təşkil edir. Ona görə də, 10 avqust 2017-ci il tarixli müqaviləyə əsasən, Gala-Assos yataq dəsti, DÖŞƏK URETAN üçün 1673 manat ödənilməmiş hissə və 487 manat dəbbə pulu, 10 avqust 2017-ci il tarixli müqaviləyə əsasən Gala-Ebru tv stend üçün 335 manat ödənilməmiş məbləğ və 102 manat dəbbə, cəmi 437 manat, 20 iyul 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********99164 “Samsung Galaxy A 6” markalı telefon üçün 516 manat ödənilməmiş məbləğ və 156 manat dəbbə pulu, cəmi 672 manat, 18 avqust 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********87417 “Samsung Galaxy S9 DUAL” markalı telefon üçün 2078 manat ödənilməmiş hissə və 624 mnat dəbbə pulu, cəmi 2702 manat və ümumilikdə 5971 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6001 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 avqust 2017-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 1530 manat olan Gala-Ebru tv stend üçün hər ay 85 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 20 iyul 2018-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 780 manat olan İMEİ kodu **********99164 “Samsung Galaxy A6” markalı telefon hər ay 85 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 18 avqust 2018-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 2475 manat olan İMEİ kodu **********87417 Samsung Galaxy S9 Dual markalı telefon ilkin ödəniş 99 manat olmaqla, hər ay 99 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 10 avqust 2017-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 4872 manat olan olan Gala-Assos yataq dəsti, Döşək Uretan hər ay 203 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC-i tərəfindən tərtib edilmiş 06 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəllərindən görünür ki, “alıcı” Cavabdehnın 10 avqust 2017-ci il tarixli müqavilə üzrə 1673 manat ödənilməmiş hissə və 487 manat dəbbə pulu, 10 avqust 2017-ci il tarixli müqavilə üzrə 335 manat ödənilməmiş məbləğ və 102 manat dəbbə, 20 iyul 2018-ci il tarixli müqavilə üzrə 516 manat ödənilməmiş məbləğ və 156 manat dəbbə pulu, 18 avqust 2018-ci il tarixli müqavilə üzrə 2078 manat ödənilməmiş hissə və 624 dəbbə pulu borcu olmaqla – cəmi 5971 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, 10 avqust 2017-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1673 manat, 10 avqust 2017-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 335 manat, 20 iyul 2018-ci il tarixli müqavilə üzrə 516 manat və 18 avqust 2018-ci il tarixli müqavilə üzrə 2078 manat məbləğində əsas borc məbləği cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 10 avqust 2017-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 20 manat, 10 avqust 2017-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 20 manat, 20 iyul 2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 20 manat və 18 avqust 2018-ci il tarixli müqavilə üzrə 20 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 10 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1673 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, 10 avqust 207-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 335 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, 20 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 516 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu və 18 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 2078 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu “xxxx” MMC-nin xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxx” MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 10 avqust 2017-ci il tarixli müqavilə üzrə 1673 (min altı yüz yetmiş üç manat ) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dəbbə pulu, 10 avqust 2017-ci il tarixli müqavilə üzrə 335 (üç yüz otuz beş) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dəbbə pulu, 20 iyul 2018-ci il tarixli müqavilə üzrə 516 (beş yüz on altı) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dəbbə pulu, 18 avqust 2018-ci il tarixli müqavilə üzrə 2078 (iki min yetmiş səkkiz) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 4.712 (dörd min yeddi yüz on iki) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2594/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2594/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver