Məhkəmə qərarları › İş №2(010)-2608/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2608/2022

06.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2608/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-2606/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləğinin artırılması və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2606/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə yığılmış 4500 manat aliment borcununun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2006-cı il tarixdə faktiki nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuşdur. xx.xx.2011-ci ildə aralarında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-695/2017 saylı xx.xx.2017-ci i tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 137 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra yenidən alimentin atrıılması ilə bağlı məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin dəyişdirilərək 160 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2606/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-695/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin qətnamə icraya yönəldilməsinə baxmayaraq cavabdeh tərəfindən aliment ödənilməmişdir, hazırda cavabdehin aliment borcu 4500 manat təşkil edir. Cavabdehin ona ödədiyi aliment uşağın maddi tələbatının ödənilməsi üçün yetərli deyil. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-2606/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-695/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləği artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya arayışından görünür ki, tərəflər arasında mediasiya prosesi cavabdehin mediasiya prosesində iştirak etməməsi səbəbindən baş tutmamışdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin mənasından göründüyü kimi aliment məbləğinin dəyişdirilməsi o halda baş verir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Yəni, tərəfin gəliri ya artmış, ya da azalmış olsun. Bu halda, iddiaçının tələbinə əsasən aliment məbləği müvafiq olaraq artırıla və ya azaldıla bilər. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən hər ay 193 manat məbləğində alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər imkanının olmasını göstərən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əksinə, iddiaçının nümayəndəsi izahatında da bildirmişdir ki, cavabdeh qət edilən alimnet məbləğini mütəmadi olaraq ödəmir və onun aliment borcu yığılmışdır. Məhkəmə həmçinin iddia tələbinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2606/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə yığılmış 4500 manat aliment borcununun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hisəsi ilə bağlı qeyd edir ki, yığılmış 4500 manat aliment məbləğinin ödənilməsini iddiaçı məhkəmə qətnaməsinin icrası qaydasında tələb edə bilər. Çünki, məhkəmə qətnaməsi əsasında yığılmış borcun qaytarılması məsələsinə yenidən iddia icraatı qaydasında baxılmasına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Vahı̇ d qızının cavabdeh Feyzullayev Namı̇ q İbrahı̇ m oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Mediasiya prosesi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində pul iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar