Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2617/2020 04.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ HakimMəmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək 2020-ci ilin mart ayından başlayaraq xx.xx.2003-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2372/2011 saylı, xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay 76 manat sabit pul məbləğində aliment tutulub xx xxxxxx 1993-cü ildə anadan olmuş X3, 76 manat sabit pul məbləğində aliment tutulub xx xxxxxx 1998-ci ildə anadan olmuş X4 və 76 manat sabit pul məbləğində aliment tutulub xx xxxxxx 2003-cü ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ona verilməlidir. Hazırda uşaqlardan ikisi yetkinlik yaşına çatdığından ancaq bir uşağı üçün - X1 üçün aliment alır. Hazırkı durumda o, bir uşağı saxlamaqda böyük çətinliklərlə qarşılaşmışdır və uşağın təhsil və başqa xərclərini təmin edə bilmir. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin hazırkı iclasında iştirak edə bilməyəcəyini, ona görə də, işin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, işləmədiyini, sağlamlığında problemlər olduğunu, bu səbəbdən də tələb edilən alimenti ödəyə bilməyəcəyini bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2 (010)- 2372 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 1992-ci il tarixində Bakı şəhəri Xətai rayonu VVAQ şöbəsində bağlanmış və 1242 №-si ilə qeyd edilmiş nikah pozuluş, Cavabdeh və İddiaçı nikahından xx xxxxxx 1993-cü ildə anadan olmuş X7, xx xxxxxx 1998-ci ildə anadan olmuş X8 və xx xxxxxx 2003-cü ildə anadan olmuş X2 anaları İddiaçı yanında qalmaları qət edilmişdir. Cavabdeh xx xxxxxx 2011-ci il tarixdən başlayaraq hər ay 76 (yetmiş altı) manat sabit pul məbləğində alimentin tutulub xx xxxxxx 1993-cü il təvəllüdlü X3, 76 (yetmiş altı) manat sabit pul məbləğində aliment tutulub xx xxxxxx 1998-ci il təvəllüdlü X4 və 76 (yetmiş altı) manat sabit pul məbləğində aliment tutulub xx xxxxxx 2003-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, işə əlavə edilmiş məhkəmə qətnaməsindən görünür ki, tərəflərin nikahları pozulmuş, birgə nikahdan anadan olan 3 uşaq İddiaçı yanında saxlanılmış və onların saxlanılmaları üçün Cavabdeh hər uşağa görə 76 manat aliment tutulmuşdur. Hazırda uşaqlardan xx.xx.2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkədə ilbəil yaşayış minimumu artdığından, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manata çatmışdır. Ona görə də, bir uşağın saxlanılması üçün 76 manat vəsait yetərli sayıla bilməz. Məhkəmə hazırkı işdə yetkinlik yaşına çatmamış X5 görə alimentin artırılaraq 170 manat müəyyən edilməsini azyaşlının hüquq və mənafeləri baxımından qanuni hesab edir. İddia tələbinin alimentin 2020-ci ilin mart ayından başlayaraq tutulması hissəsini məhkəmə əsaslı hesab etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.1-ci maddəsinə görə bu Məcəllənin 234.2ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;... Göründüyü kimi, prosessual qanunvericilikdə alimentin artırılması ilə bağlı qəbul edilən qətnamələrin qüvvəyə minməsində istisna nəzərdə tutulmamışdır. Ona görə də, iddia tələbinin hazırkı hissəsi əsaslı deyildir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 76 (yetmiş altı) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin artırılmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutlaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2617/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2617/2020
04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver