Məhkəmə qərarları › İş №2(010)-262/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-262/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-262/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra BOKT "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2021-ci il tarixli, 253 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə günün əvvəlinə əsas borc 1914.73 manat, faiz borcu üzrə 58.56 manat olmaqla, ümumilikdə 1973.29 manat məbləğində tam kredit borcu və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 08-13/Fİ saylı qrup kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə kənd təsərrüfatı (heyvandarlığın inkişaf etdirilməsi) məqsədi ilə 18 ay müddətinə illik 36 faiz ödəmək şərti ilə 2500 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə BOKT "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 253 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixinə olan 1914.73 manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə restrukturizasiya edilmişdir. BOKT "xxxx" MMC ilə Cavabdeh İlham oğlu arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 253 nömrəli restrukturizasiya müqaviləsi üzrə sonuncu tərəfindən heç bir ödəniş olunmamışdır. Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 253 nömrəli restrukturizasiya müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Hal-hazırda Cavabdeh BOKT "xxxx" MMC ilə arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 253 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə günün əvvəlinə əsas borc 1914.73 manat, faiz borcu üzrə 58.56 manat olmaqla, ümumilikdə 1973.29 manat məbləğində kredit borcu mövcuddur. Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, dostu bankdan onun adına kredit götürmüş, o özü yalnız müqaviləyə qol çəkmişdir. Dostuna hər dəfə krediti ödəməsi ilə bağlı bildirdikdə o, bundan boyun qaçırır, bunun onun problemi olmadığını, gedib özünün həll etməli olduğunu bildirir. O, özü üçün heç vaxt bankdan kredit götürməmişdir. Hazırda isə dostuna götürdüyü kredit üzrə borcu olduğuna görə 100 manat məbləğində sosial müavinəti də kəsilmişdir. O bilir ki, müqavilədə onun imzası var və buna görə də borcu ödəməyə məcburdur. Lakin borcu bir dəfəyə bağlaması mümkün deyil, ancaq hissə-hissə ödəniş edə bilər. Odur ki, məhkəmədən borcun ondan hissə-hissə tutulmasını xahiş etdi.

İş materialları.

5. BOKT "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 253 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun və bu Müqavilə imzalanan tarixə 1914.73 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 1914.73 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə Kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə verilir.

6. xx.xx.2020-ci il tarixli, 253 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin 60 ay müddətinə xx.xx.2020 – xx.xx.2025-ci il tarixləri arasında aylıq 40.71 manat (ilk 12 ay güzəştlə 1.6 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.

7. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BOKT "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 1914.73 manat əsas; 58.56 manat faiz; cəmi 1973.29 manat məbləğində borcu vardır.

8. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixli, 253 saylı kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

9. İddiaçı BOKT "xxxx" MMC (Borc verən) və Cavabdeh (Borc alan) arasında xx.xx.2021-ci il tarixli, 253 saylı kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Borc alan və Borc verən arasında bağlanmış başqa bir kredit müqaviləsi üzrə qalıq borc restrukturizasiya olunmuş, Borc verən tərəfindən Borc alana 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 1914.73 manat məbləğində kredit verilmiş, Borc alan isə götürdüyü krediti müqavilə ilə müəyyən edilmiş müddətdə faizi ilə birlikdə Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan - Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən borc verən - iddiaçı BOKT "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə üzrə borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçı ilə aralarında kredit müqaviləsi bağlandığını, müvafiq kreditin verildiyini qəbul etmiş, lakin krediti götürənin üçüncü bir şəxs olduğunu iddia etmiş, hər bir halda müqavilə onun adına olduğundan borcu ödəməyə etiraz etmədiyini, lakin ödənişi ancaq hissə-hissə həyata keçirə biləcəyini bildirmişdir. Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə pulu borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Buna görə də Cavabdeh müqavilə üzrə ödənilməmiş 1914.73 manat əsas borc və 58.56 manat faiz borcu tutularaq iddiаçı BOKT "xxxx" MMC-yə ödənilməlidir.

14. Məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatda kredit müqaviləsi üzrə verilən krediti götürənin başqa bir şəxs olduğunu iddia etsə də, bununla bağlı qeyd etdiklərini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının izahatında qeyd etdiyi halları sübut edilməmiş hesab edərək yuarıda qeyd edilmiş nəticəyə gəlmişdir.

Məhkəmə xərcləri.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

16. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1914.73 manat əsas borc və 58.56 manat faiz borcu olmaqla, cəmi 1973.29 manat (min doqquz yüz yetmiş üç manat iyirmi doqquz qəpik) məbləğində pul və 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməlidir.

18. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1914.73 manat əsas borc və 58.56 manat faiz borcu olmaqla, cəmi 1973.29 manat (min doqquz yüz yetmiş üç manat iyirmi doqquz qəpik) məbləğində pul və 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar