Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2631/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçı, Cavabdeh X9 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdehlər X7 və X11 qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı cavabdehlər X7 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və X8 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinə gedən yolda yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə vurulmuş maddi ziyana görə müştərək qaydada 1537 (bir min beş yüz otuz yeddi) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyinə gedən yolda yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində **-JD-*** dövlət nömrə nişanlı HUNDAY markalı yük maşını ilə MERSEDES BENZ markalı **-BT-*** dövlət nömrə nişanlı minik avtomaşının toqquşması nəticəsində hər iki avtimobil idarəetməni itirmiş və ona məxsus obyektə girərək ona xeyli miqdarda ziyan vurmuşdur. Bundan sonra Sığorta şirkətinin əməkdaşları hadisə verinə gələrək dəymiş ziyan barədə akt tərtib etmişlər. Akta əsasən ümumi ziyan 7765 (yeddi min yeddi yüz altımış beş) manat təşkil etmişdir. Ona dəyən ziyan isə 2894 (iki min səkkiz yüz doxsan dörd) manat hesablanmışdır. Ona dəymiş ziyanın 2894 (iki min səkkiz yüz doxsan dörd) manat ziyanın 1357 (min üç yüz əlli yeddi) manatı Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Qalan 1537 (bir min beş yüz otuz yeddi) manatı Sığorta Şirkəti tərəfindən ona ödənilməmişdir. Ödənilməmənin səbəbi də bu olmuşdur ki, HUNDAY markalı avtomaşına daha böyük ziyan dəymisdir. Ona dəymiş ziyanın 2894 manat olmasını dəfələrlə sığorta şirkətinə müraciət edərək bildirdikdən sonra 19 fevral 2024-cıi il tarixdə ona verilən aktla müəyyən edildi ki, ona 2894 manat ziyan dəyib, 1350 manat zığorta pulu ona ödənilmiş və 1544 manat isə ödənilməyib. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində təhqiqat aparılmış, 13 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda cavabdehlər X17 barəsində İXM-nin 327.1, 332.2-ci maddələri ilə və digər cavabdeh X3 İXM-nin 335.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması göstərilmişdir. Belə ki, hadisə zamanı müəyyən edildiyi kimi MERSEDES BENZ markalı avtomobilin sahibi X12 olmuş, hadisəni isə həmin avtomobil ilə digər cavabdeh X17 törətmişdir. Ona məxsus olan qeyri-yaşayış sahəsini X21 adlı şəxsə icarəyə vermişdir. Hadisədən sui-istifadə edərək Anar Hüseynov obyektdə olan əmlakını dağıtmiş, oranı tərk etmiş və 320 (üç yüz iyirmi) manat icarə haqqını ödəməkdən imtina etmişdir. hazırda cavabdeh dəymiş ziyanı könüllü ödəməkdən imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Ramana qəsəbəsi, Ramana Şuşa şəhərciyi Şuşa küçəsində yerləşən 45 m2 ölçüdə qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsini X18 icarayə vermişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Anar Hüseynov ona zəng vuraraq Hyundai markalı **-JD-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Mercedes markalı **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində zərbədən Hyundai markalı yük maşını ona məxsus mağazaya dəyərək giriş qapısını və orada olan plastik qapı pəncərləri sındıraraq maddi ziyan yetirməsini bildirmişdir. Hadisə Sabunçu rayonu, Ramana Şuşa şəhərciyi Şuşa küçəsində baş vermişdir. Hadisə zamanı orada o olmamışdı. Sonradan bildiyinə görə Mercedes markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil idraəetməni itrərək qarşı əks yola çıxdıqda həmin vaxtı qarşı əks yolda hərəkətdə olan Hyundai markalı **-JD-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşmuş və zərbədən Hyundai markalı yük maşını maqazaya dəyərək yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı hər iki avtomobilin sürücüləri və yanında olan şəxslər xəsarət almışdır. Baş vermiş hadisə zamanı ona məxsus olan qeyri-yaşayış sahəsinə 2894 manat ziyan dəymiş, 1357,54 manat hissəsi sığorta şirkəti tərəfindən pulu ona ödənilmiş, qalan hissə isə ona ödənilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Cavabdeh X12 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində xx.xx.2005-ci il təvəllüdlü övladı Cavabdeh1 Ramana Şuşa şəhərciyinə getməsi üçün Mercedes markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün icazə vermişdir. Bu ünvanla İltifat maşının açarını götürərək çıxıb getmişdir. Bir neçə saat sonra ona məlum olmuşdur ki, oğlu İltifat avtomobili idarə edərək Hyundai markalı ** JD *** dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə zamanı oğlu xəsarət almışdır. Hadisə Sabunçu rayonu Ramana Şuşa şəhərciyi adlanan yolda baş vermişdir. Hadisə zamanı İltifatın yanında kimlərin olması barədə məlumatı yoxdur. Hadisə nəticəsində qeyri-yaşayış sahəsinə dəymiş zərər oranı icarəyə götürmüş Anar adlı şəxsə ödənilmişdir. Belə ki, orada olan əşyalar Anara məxsus olmuşdur.
5. Cavabdeh X17 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Ramana Şuşa şəhərciyinə getməsi üçün anasının mülkiyyətində olan Mercedes markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün icazə alaraq götürmüşdür. Daha sonra o, Sabunçu rayonu, Ramana Şuşa şəhərciyi Şuşa küçəsində avtomobili idarə edərkən Hyundai markalı ** JD *** dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə zamanı xəsarət almışdır. Hadisə zamanı Hyundai markalı yük maşını İddiaçı məxsus mağazaya dəyərək giriş qapısını və orada olan plastik qapı pəncərləri sındırmışdır. Həmin hadisədə o, ağır bədən xəsarətiləri almışdır. Belə ki, hadisə ilə bağlı idarə etdiyi Mercedes markalı avtomobilin icbari sığortası tərəfindən İddiaçı 1357 manat hadisəyə görə ödəniş olunmuşdur. Lakin İddiaçı bununla razılaşmayaraq əsassız yerə əlavə məbləğlərdə pul istəyir.
6. Cavabdeh X9 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh X17 onun oğlu, digər cavabdeh X12 isə onun həyat yoldaşıdır. Belə ki, Mercedes Benz markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil onun həyat yoldaşı Zəminə Babayevaya məxsusdur, lakin həmin avtomobili ailə üzvləri tərəfindən idarə olunur. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində xx.xx.2005-ci il təvəllüdlü övladı Cavabdeh1 Ramana Şuşa şəhəciyinə getməsi üçün qeyd olunan avtomobili idarə edilməsinə həyat yoldaşı Cavabdeh2 icazə vermişdir. Övladı Cavabdeh1 avtomobilin açarını götürərək həmin avtomobili idarə edib, Ramana Şuşa şəhərciyindən hərəkətdə olarkən idarəetməni itirib Hyundai markalı ** JD *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində yük maşını yolun sağ kənarında olan plastik qapı pəncərə sexinə dəyərək yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı oğlu Cavabdeh1 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Baş vermiş yol nəqliyyat hadisəsində günahkar sürücü oğlu Cavabdeh1 və avtomobilin sahibi Zəminə Baxşıyevə inzibati qaydada məsuliyyətə cəlb olunmuşlar. Hadisə zamanı oğlunun yanında kimlərin olmasını dəqiq bilmir, hadisə zamanı o orada olmayıb sonradan gəlmişdir. Hadisə nəticəsində qapı pəncərə sexinin sahibini İddiaçı nə qədər maddi ziyan dəyməsindən dəqiq məlumatı olmayıb. Lakin araşdırma müddətində həmin plastik qapı pəncərə sexində işləyən Anara istifadə olunmuş müxtəlif ölçülü plastik pəncərə və sexin giriş qapısı üçün nəzərdə tutulmuş dəmir jalüz verərək obyektin giriş hissəsinə quraşdırmışdır. Eyni zamanda hadisə zamanı qapının qarşısında müştərinin plastik pəncərənin sınmasına görə ilkin beh kimi verdiyi 250 və 170 manat pulu nəğd şəkildə Anara ödəmişdir. Hal-hazırda oğlu idarə etdiyi Mercedes markalı avtomobilin icbari sığortası tərəfindən İddiaçı 1357 manat baş vermiş hadisəyə görə ödəniş olunmuşdur. Lakin İddiaçı bununla razılaşmayaraq ondan əsassız yerə əlavə məbləğlərdə pul istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
7. Belə ki, iş materiallarına əlavə edilmiş PXA137943 saylı sığorta aktından görünür ki, X7 məxsus, Mercedes Benz markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə 55000.00 manata sığortalamışdır. xx.xx.2023-cü il tarixdə sığortalanmış avtomobil Hyundai HD 35 markalı ** JD *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində kənarda olan obyektə zərər dəymişdir. Dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2894 manat təşkil etmiş, dəymiş zərərə görə İddiaçı sığorta ödənişinin məbləği- 1357,54 manat ödənilmişdir.
8. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş X4, X14, Cavabdeh1 və X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 2005-ci il təvəllüdlü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2-ci maddəsi və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunması qərara alınmışdır.
9. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş X4, X14, Cavabdeh1 və X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 2005-ci il təvəllüdlü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi və X5 barəsində Azərbaycan Respublikası İXMnin 335.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar qüvvədə saxlanılması və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunması qərara alınmışdır.
10. İcbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, X13 “Mercedes Benz” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşını 5000 AZN məbləğində sığortalamışdır.
11. xx.xx.2023-cü il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-Təslim aktından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən plastik kartlar və ŞEN zərflər İddiaçı təhvil verilmişdir.
12. Qiymətləndirmə aktından görünür ki, baş vermiş sığorta hadisəsi nəticəsində həmin avtomobilə 2894 manat məbləğində maddi ziyanın vurulması müəyyən edilmişdir.
13. PXA********** saylı sığorta aktından görünür ki, X7 məxsus, Mercedes Benz markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hyundai HD 35 markalı ** JD *** dövlət qeydiyyat nişanlı yük avtomobil xx.xx.2023-cü il tarixində 10:00 radələrində Bakı şəhəri, Ramana qəsəbəsində toqquşmuş və toqquşma nəticəsində kənarda olan obyektə zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 7765 manat dəyərində müəyyənləşdirilmiş və zərərə görə X6 tərəfindən təqdim olunmuş akt əsasında sığorta ödənişinin məbləği 3642,46 manat məbləğində pul ödənilmişdir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 Publik Hüquqi şəxsi Sabunçu rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 329 saylı ekspertiza rəyindən görünür ki, X10 baş beyin əzilməsi, pnevmosefaliya (kəllə boşluğuna sərbəst havanın yığılması) və sağ təbil pərdəsinin travmatik zədələnməsinə səbəb olan sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı; sağ gözyuvasıətrafı nahiyənin qançırı və gözün ağlı qişasına qansızma müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.
15. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinmişdir.
16. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
17. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş X4, X14, Cavabdeh1 və X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 2005-ci il təvəllüdlü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar qüvvədə saxlanılması və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunması qərara alınmışdır.
İşin faktiki halları.
18. İşin faktiki hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və yol-nəqliyyat hadisəsində sığortalanmış Mercedes Benz markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil Hyundai HD 35 markalı ** JD *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində kənarda olan obyektə zərər dəymişdir. Dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2894 manat təşkil etmiş, dəymiş zərərə görə İddiaçı sığorta ödənişinin məbləği-1357,54 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 927. Əmlak sığortası üzrə sığorta ödənişinə dair əlavə tələblər 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 20. Əmlaka dəyən zərər üzrə sığorta ödənişinin verilməsi qaydası 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
24. İşin faktiki hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və yol-nəqliyyat hadisəsində sığortalanmış Mercedes Benz markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil Hyundai HD 35 markalı ** JD *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində kənarda yerləşən obyektə zərər dəymişdir. Obyektə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2894 manat təşkil etmiş, dəymiş zərərə görə İddiaçı sığorta ödənişinin məbləği-1357,54 manat ödənilmişdir.
25. İşin hallarından görünür ki, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş X4, X14, Cavabdeh1 və X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 2005-ci il təvəllüdlü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2-ci maddəsi və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunması qərara alınmışdır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
27. Məhkəmə hesab edir ki, cavabdehlərdən birinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, digərinin isə nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsə verməsi iş materiallarında öz əksini tapdığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmuşdur. Hazırkı iş üzrə cavabdehlərin yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin hüquqi əsası olmuşdur. Üçüncü şəxsə dəyən zərərin ümumi məbləği 2894 manat təşkil etmiş, dəymiş zərərə görə İddiaçı sığorta ödənişinin 1357,54 manat hissəsi ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki üçüncü şəxsə zərər vurulduğundan və həmin zərər tərəflər arasında bölündüyündən obyektə dəymiş zərərin qalan hissəsi üçüncü şəxsə ödənilməmiş qalmışdır.
28. Bu səbəbdən iddiaçı "xxxx" ASC tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə ödənilməli olan və qalıq qalan 1536.46 manat məbləğində sığorta ödənişini zərər vuran və avtomobilin sahibindən tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
29. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
30. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 35,37 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X2 və X8 birgə qaydada 1536.46 (bir min beş yüz otuz altı manat, qırx altı qəpik) manat məbləğində pul və 35.37 (otuz beş manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər X2 və X8 birgə qaydada 1536.46 (bir min beş yüz otuz altı manat, qırx altı qəpik) manat məbləğində pul və 35.37 (otuz beş manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova